Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan yeni ölkələrin bazarlarına çıxmağa imkan verəcək layihələri dəstəkləyir

Azərbaycan yeni ölkələrin bazarlarına çıxmağa imkan verəcək layihələri dəstəkləyir

08.07.2009 [11:06]

Prezident İlham Əliyev: Əgər NABUCCO qaz kəməri tikilsə və bizə münasib kommersiya şərtləri təklif etsələr, biz bundan istifadə edəcəyik
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Vesti v subbotu” verilişinə müsahibəsində Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafı, regional əməkdaşlıq, enerji siyasətinin şaxələndirilməsi və digər məqamlara toxunub. Prezident İlham Əliyev ötən həftə Rusiyanın dövlət başçısı Dmitri Medvedevin respublikamıza səfəri zamanı imzalanan sazişlərin mühüm əhəmiyyətini qeyd edərək ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsi üçün əlverişli zəmin yarandığını xatırladıb. Azərbaycanın dövlət başçısı qaz sahəsində əməkdaşlıqdan bəhs edərək bildirib ki, Rusiya ilə ölkəmiz arasında qaz nəqlinə dair imzalanmış saziş həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına cavab verir.
Xatırladaq ki, bir çox siyasi-iqtisadi ekspertlər iddia edirlər ki, guya bu saziş Rusiyanın iqtisadi maraqlarına hesablanıb və Kreml Xəzər regionunun enerji resurslarına və tranzit marşrutlarına nəzarəti əlinə keçirmiş olur. Amma real situasiyanı təhlil etdikdə bu iddiaların nə qədər yanlış olduğu ortaya çıxır. Yeni saziş enerji ehtiyatlarının diversifikasiyasını genişləndirən Azərbaycanın dünya bazarlarına çıxışı üçün növbəti qapı deməkdir. Respublikamız Rusiya istiqamətində nəzərdə tutulan kəmərlə yanacaq ixracını həyata keçirməklə daha əlverişli satış bazarı qazanır. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, bu saziş bizim üçün yeni, böyük bazara çıxmaq imkanı, qaz satışının tamamilə şaxələndirilməsini təmin etmək imkanı deməkdir: “Bizim qaz ixracı əvvəldən Qərbə istiqamətlənmişdi və bu gün Azərbaycan qazı artıq dörd ölkəyə satılır. Buna görə də Rusiya bazarına çıxış, əlbəttə, böyük əhəmiyyət kəsb edir. İndiki halda infrastruktur, qaz kəməri artıq mövcuddur. Əlavə investisiyalara ehtiyac yoxdur, tranzit dövlətlər yoxdur, ona görə də tranzit barədə danışıqlarla məşğul olmaq “ləzzətindən” məhrumuq. Rusiyanın cənub regionlarının Azərbaycandan göndərilən qazla təmin edilməsinə ehtiyac var”.
Bir daha onu vurğulamaq gərəkdir ki, Xəzər regionu dünyanın enerji təchizatında mühüm yer tutduğundan və Azərbaycanın dünya enerji bazarında nüfuzu və mövqeyi daha da möhkəmləndiyindən rəsmi Moskva respublikamızın diversifikasiya siyasətindən kənarda qalmaq istəmir.
Rusiya ilə Azərbaycan arasında qaz anlaşmasının ölkəmiz üçün mühüm iqtisadi əhəmiyyəti tariflərin dünya bazarı prinsiplərinin tələblərinə tam cavab verməsidir. Rusiyanın Azərbaycana təklif etdiyi tariflər bu gün respublikamızın mavi yanacaq satdığı digər dövlətlərin ödədiyi qiymətlərdən daha yüksəkdir. Eyni zamanda, Azərbaycan hazırda qaz satdığı dövlətlərlə müqayisədə Rusiya ilə əməkdaşlıq nəticəsində daha böyük məbləğdə valyuta əldə edəcək. çünki respublikamızın qaz satışı ilə bağlı qiymət razılaşmasında ən yüksək tariflərə nail olduğu şirkət məhz “Qazprom”dur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sazişin qarşılıqlı faydalı olan yaxşı kommersiya şərtləri var. Bütün bu və digər detallar onu deməyə əsas verir ki, Rusiya respublikamızla qaz əməkdaşlığında daha sərfəli şərtlər təklif etməklə Azərbaycanın maraqlarını ödəmiş olur.
Qeyd etdik ki, bu gün bir sıra analitik tədqiqat mərkəzləri Rusiya ilə ölkəmizin yanacaq sahəsində əməkdaşlığına müəyyən siyasi notlar əlavə edərək qaz sazişinin Avropa istiqamətindəki tranzit xətlərinin perspektivinə və rentabelliyinə mənfi təsir göstərəcəyini əsaslandırmağa çalışırlar. Bu cür yanaşmanın da kökündən yanlış olduğunu və proseslərin real prizmadan şərh edilmədiyini görmək mümkündür. Azərbaycan həmişə, bütün beynəlxalq enerji sammitlərində birmənalı şəkildə bəyan edib ki, respublikamızın qaz ehtiyatlarının həcminin artması həm alıcı dövlətlərin sayının artmasına, həm də yanacağın nəql marşrutlarının coğrafiyasının genişlənməsinə səbəb olmaqdadır. ölkəmiz dünya bazarına çıxış üçün bütün sərfəli tranzit marşrutlarından faydalanmağa çalışacaq. O cümlədən, ən rentabelli marşrutlardan biri kimi dəyərləndirilən NABUCCO layihəsi də Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev “Vesti v subbotu” verilişinə müsahibəsində bir daha bu məsələyə münasibətini bildirərək qeyd edib ki, ölkəmizin qaz ehtiyatları çox böyükdür və buna görə də respublikamız yeni ölkələrin bazarlarına çıxmağa imkan verəcək layihələri dəstəkləyir. “Əgər NABUCCO qaz kəməri tikilsə və bizə münasib kommersiya şərtləri təklif etsələr, əlbəttə, biz bundan istifadə edəcəyik”.
Bununla yanaşı, qazın satışında etibarlı tərəfdaş və uzunmüddətli əməkdaşlıq mühüm rol oynadığından respublikamız bu amili də xüsusi dəyərləndirir. “Əsas məsələ uzunmüddətli münasibətlərin etibarlı olması, hər hansı bazar konyunkturunun artıq razılaşdırılmış mövqelərə düzəlişlər etməməsidir. Buna görə də müqavilə öhdəliklərinin etibarlı və uzunmüddətli olması hər bir ölkə üçün, o cümlədən, dünyada qazın əsas təchizatçısı olan Rusiya üçün, həm də bizim üçün prioritet məsələdir”.
Prezident İlham Əliyev uzun müddətdir ki, geniş müzakirə mövzusu olan Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə də aydınlıq gətirib. Dövlət başçısı bildirib ki, Xəzərin enerji ehtiyatları, ekoloji təhlükəsizliyi, milli sektorların müəyyən edilməsi məsələləri təkcə sahilyanı dövlətləri deyil, daha geniş formatda bir sıra başqa ölkələri də narahat edən məsələlərdir. “Əlbəttə, biz istərdik ki, Xəzər dənizinin delimitasiyası məsələsinin tam tənzimlənməsinə nail olaq. Bunun üçün yaxşı baza vardır. Mən hesab edirəm ki, bunun üçün zəmin artıq mövcuddur. Məsələn, Azərbaycan və Rusiya, Azərbaycan və Qazaxıstan, Rusiya və Qazaxıstan arasında ikitərəfli sazişlər imzalanmışdır. Bu müqavilələr həm də çoxtərəfli, beştərəfli sazişin əsası olmalıdır”.
Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan iqtisadiyyatının artım dinamikası ilə bağlı vəziyyəti də ətraflı şəkildə şərh edərək ölkəmizin dünya böhranının təsirlərinə məruz qalmadan itkisiz çıxdığını xatırladıb.
Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1201 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31