Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Belarusun Baş naziri Sergey Sidorskini qəbul edib

Prezident İlham Əliyev Belarusun Baş naziri Sergey Sidorskini qəbul edib

08.07.2009 [11:09]

Görüşdə dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Belarusun Baş naziri Sergey Sidorskini qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev əlaqələri inkişaf etdirmək, inteqrasiya olunmaq və əməkdaşlığı genişləndirmək üçün hər iki tərəfdə ümumi istəyin olduğunu vurğulayıb. Qısa vaxt ərzində birgə istehsal sahələrinin yaradılmasını yaxşı təcrübə kimi dəyərləndirən Prezident İlham Əliyev bu təcrübəni digər sahələrə də tətbiq etməyin zəruriliyini bildirib. Dünyadakı mövcud iqtisadi və maliyyə böhranı şəraitində əməkdaşlığın əhəmiyyətini qeyd edən dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, Belarusun Baş naziri Sergey Sidorskinin Azərbaycana səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcək.
Belarusun Baş naziri Sergey Sidorski Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırıb. Sergey Sidorski bildirib ki, dünyadakı maliyyə böhranına baxmayaraq dövlətlərimizin başçılarının müəyyənləşdirdiyi uğurlu siyasət nəticəsində əlaqələrimiz inkişaf edir və bu siyasət əməkdaşlığımızın daha da genişlənməsi üçün yaxşı imkan yaradır.
Azərbaycan Prezidenti İlham Əliyev prezident Aleksandr Lukaşenkonın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1153 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31