Mətbuatın inkişafına görə Azərbaycan postsovet məkanında lider dövlətlərdən biridir
21.07.2009 [10:12]
Xəbər verdiyimiz kimi, “Yeni Azərbaycan” qəzetinin redaksiyasında 22 İyul - Milli Mətbuat Günü münasibətilə Dəyirmi Masa keçirilib. Dəyirmi Masada milli mətbuat tariximizə bir daha nəzər salınıb. Tədbirdə Azərbaycan Jurnalistləri Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, Azərbaycan Yazıçılar Birliyinin Katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və “Səs” qəzetinin baş redaktoru, “Səs” İnformasiya Agentliyinin direktoru Bəhruz Quliyev iştirak ediblər.
- 134 il öncə böyük ədib Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə Azərbaycan jurnalistikasının əsasını qoydu. ötən dövr ərzində keşməkeşli inkişaf yolu keçən Azərbaycan mətbuatı bu gün dövrünün, zəmanəsinin tələblərinə cavab verir. Bütün bunları nəzərə alaraq milli mətbuatımızın yaranma tarixi olan 22 iyulun əhəmiyyətindən danışmanızı istərdik.
Elçin Şıxlı: Tarixi baxımdan yanaşdıqda 134 il elə də böyük bir vaxt kəsimi deyil. Bununla belə, Azərbaycan xalqının, Azərbaycan milli təfəkkürünün formalaşmasında həmin 134 il böyük əhəmiyyət kəsb edib. Məhz bu 134 ildə Azərbaycan xalqının məsələlərə yanaşma tərzi müasirləşib. Biz hazırda informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə yaşayırıq, qəzeti sıxışdıran yeni texnoloji informasiya portalları yaranır. Bununla belə, mən təsəvvür edə bilmirəm ki, zaman gələcək, qəzet olmayacaq.
Azərbaycan ziyalısı və Azərbaycan jurnalistikası ötən dövr ərzində böyük yol qət edib. Biz müxtəlif xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşən zaman çox vaxt demokratiyadan söhbət düşür. Onlar qeyd edirlər ki, demokratiya Fransa və İngiltərənin timsalında klassik Avropada 250 il yol gəlib, siz hələ yeni-yeni demokratiya yolunu tutmusunuz. Mən etiraz edirəm. Azərbaycanda demokratiya elə jurnalistika ilə yaşıddır. Digər tərəfdən, Azərbaycan Şərqə Xalq Cümhuriyyəti kimi demokratik respublika bəxş edib. Deməli, Azərbaycan xalqı hələ 100 il öncə demokratiyanın nə demək olduğunu anlayırdı. Bu nöqteyi-nəzərdən də ötən 134 ildə bir çox işlər görülüb. Bu yol hələ də davam etdirilir və müəyyən xırda sapmalara baxmayaraq, Azərbaycan jurnalist cameası olaraq düz yoldayıq. Ola bilsin ki, mətləbə çatmanın yollarını fərqli şəkildə görürük. Amma amalımız, nəticəmiz eynidir. Təbii ki, rəngarənglik, fikir fərqliliyi mütləq olmalıdır. Əks halda, cəmiyyətdə həddindən artıq yeknəsək, xəstə görüntü yaranar. Fikirlərin fərqliliyi, müxtəlifliyi cəmiyyətin mükalimə apardığını, inkişaf etdiyini göstərir. Fikrimcə, jurnalistika yaxşı mənada, bu mübahisələrin, mükalimələrin önündə gedir.
- Müasir Azərbaycanın ictimai, sosial, siyasi münasibətlərinin əsasında duran başlıca prinsip demokratiyadır. Bu prinsipin bir qolu olan söz azadlığı, fikir plüralizmi ictimai münasibətlərin formalaşmasında əsas meyarlardandır. Müstəqil Azərbaycan mətbuatının inkişaf tarixinə nəzər salanda görürün ki, ötən əsrin 90-cı illərinin əvvəllərində vəziyyət heç də ürəkaçan deyildi. Sonrakı mərhələdə KİV haqqında qanunun qəbulu, mətbuat üzərində senzuranın ləğvi və digər tədbirlərin görülməsi ilə Azərbaycan mətbuatı yeni bir mərhələyə qədəm qoydu...
Vüqar Rəhimzadə: öncə 22 iyul - Milli Mətbuat Günü münasibətlə bütün Azərbaycan jurnalistlərini təbrik edirəm. Hər bir mətbuat işçisinə cansağlığı, obyektivlik arzulayır, qələmi iti olsun deyirəm. Həqiqətən də ötən 134 ildə Azərbaycan mətbuatı yüksək inkişaf yolu keçib. Situasiyalar, cəmiyyətlər, onların hadisələrə baxış bucağı fərqli olsa da, istər 1875-ci ildə “Əkinçi” qəzeti yarandıqdan sonra, istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet rejimində Azərbaycanda peşəkar qələm sahibləri, jurnalistlər, publisistlər yetişib. Müstəqil mətbuatımız isə 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən formalaşmağa başladı. İlk dövrlərdə çətinliklər böyük olsa da, 90-cı illərin ortalarında proses sürətləndi. Həmin vaxtlarda senzuranın mövcudluğu və digər çətinliklər inkişafın qarşısında maneə idi. Hətta həmin illərdə komendant saatının tətbiqi mətbuatın inkişafına əngəl idi. ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə mətbuatın inkişafında yeni mərhələ başlandı. İstər KİV haqqında qanunun qəbulu və təkmilləşdirilməsi, istərsə də söz, fikir azadlığının qarşısını alan hərbi senzuranın ləğvi müstəqil Azərbaycan mətbuatının inkişafında əhəmiyyətli rol oynadı. Aparılan islahatlar, görülən tədbirlər Azərbaycanda söz azadlığının formalaşmasına təkan verdi. Qəbul olunan KİV haqqında qanun sözün hər bir mənasında sərbəst fəaliyyət göstərmək üçün əsaslı baza rolunu oynadı. Bundan əlavə, davamlı şəkildə mətbuata dövlət tərəfindən yardımların göstərilməsi, o cümlədən, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması və bir müddətdən sonra həmin borcların silinməsi ölkə hakimiyyətinin də müstəqil mətbuatın, söz azadlığının və demokratiyanın inkişafında maraqlı olduğunun göstəriciləri idi. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu ənənə, siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2005-ci ildə mətbuatımızın 130 illik yubileyi ərəfəsində ölkə başçısı bir sıra jurnalistlərə fəxri adların verilməsi haqda sərəncamlar imzaladı, bundan başqa, qəzetlərə yardım göstərilməsi ilə bağlı tədbirlər həyata keçirdi. Dövlət tərəfindən qəzetlərə birdəfəlik yardımların ayrılması artıq ənənə halına salınıb. Bu yaxınlarda Prezident Yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Ulu öndər tərəfindən əsası qoyulan siyasətin inkişaf etdirildiyindən xəbər verir.
- Azərbaycanda jurnalistikaya, jurnalistlərə yaxşı mənada münasibətin formalaşmasında Ulu öndər Heydər Əliyevin bu sahəyə münasibəti mühüm rol oynayıb. Məsələn, müstəqilliyimizin ilk ilində dövlət məmurlarının jurnalistlərlə davranış səviyyəsini yada salaq. Hətta hüquq-mühafizə orqanının rəhbəri hansısa jurnalisti avtomobilin yük yerinə basıb oğurlatdırırdı. Ulu öndərimiz Heydər Əliyevin jurnalistlərə münasibəti isə bu problemləri aradan qaldırdı. Məhz bundan sonra bütövlükdə cəmiyyətin jurnalistlərə münasibəti dəyişdi...
Rəşad Məcid: Dünyanın heç bir yerində üzdə dost görünsələr də, məmurlar jurnalistləri xoşlamırlar. Bu mənada, Azərbaycanda da müəyyən dövrdə fərqli münasibətin şahidi olmuşuq. ümumi götürdükdə mətbuat sahəsində hər zaman problemlər nəzərə çarpıb. Məsələn, senzuranın ləğvindən sonra da mətbuatla məmurlar arasında müəyyən problemlər yaşandı. Bundan başqa, Mətbuat və İnformasiya Nazirliyinin ləğvinin ardından müəyyən boşluqlar oldu ki, hələ o vaxt Mətbuat Şurası yaranmamışdı. O dövrlərdə, şübhəsiz ki, həm də iqtisadi baxımdan sıxıntı yaşayan media yalnız ümummilli liderimiz Heydər Əliyevin dəstəyi nəticəsində ayaqda durdu. Yadımdadır ki, 1999-cu ildə Ulu öndərlə böyük bir tərkibdə media təmsilçisinin görüşü keçirildi. Məhz bu görüşdən sonra Ulu öndər medianın problemləri ilə daha yaxından tanış oldu. Həmin görüşün nəticəsi idi ki, nəşriyyata olan borclar donduruldu və silindi. Mən bu fikri hər zaman təkrarlayıram ki, Ulu öndər Heydər Əliyev Azərbaycan mediasını xilas etdi. Azərbaycan mətbuatı da ümummilli liderimizin bu addımlarını dəyərləndirdi və Ulu öndər Heydər Əliyev “Mətbuatın Dostu” adına layiq görüldü. Həqiqətən də, mediaya, mətbuat nümayəndələrinə, baş redaktorlara, jurnalistlərə, ümumiyyətlə, KİV nümayəndələrinə bu cür münasibətin nəticəsi idi ki, mətbuat özünü cəmiyyətdə güclü sosial institut kimi hiss etdi. Məmurlar da mətbuatdan daha çox çəkinməyə başlayırdılar. çünki dərk edirdilər ki, baş redaktorların ölkə başçısı ilə tez-tez görüşmək, müzakirə aparmaq imkanları var. Yaradılan hər hansı bürokratik problem birbaşa dövlət başçısına deyilirdi. Yadımdadır ki, bizim Ulu öndər Heydər Əliyevlə görüşlərimizdən sonra müxtəlif nazirlərin mətbuat xidmətlərinin rəhbərləri və ya həmin nazirlərə yaxın adamlar zəng vurub maraqlanırdılar ki, orada nə söhbət gedir, hansısa məmur barəsində şikayət olunubmu? Bu səbəbdən hesab edirəm ki, qısa müstəqillik tariximizdə həmin dövr biz jurnalistlər üçün həm uğurlu, həm də dönüş nöqtəsi olub. Ulu öndər Heydər Əliyev mətbuata çox böyük önəm verən insan idi. Heydər Əliyev mətbuatın mövcud durumunu yaxşılaşdırmaqla yanaşı, gələcəyini də fikirləşirdi. Məhz bunun nəticəsi idi ki, Azərbaycanda yazılı mətbuat yaşadı, inkişaf etdi.
Lakin bu, o demək deyil ki, hazırda Azərbaycan mətbuatının heç bir problemi yoxdur. Problemlər hər zaman olub, var və olacaq. Ən əsas problem iqtisadi sferadadır. Yalnız iqtisadi cəhətdən güclü media ona qarşı olan təzyiqlərə davam gətirə bilər. Düzdür, biz hər zaman problemlərdən çıxış yolu kimi reklam bazarının zəifliyini vurğulayırıq. Azərbaycan mediasının iqtisadi inkişafı ölkənin iqtisadi inkişafına adekvat deyil. Məhz bunun nəticəsi idi ki, ölkə başçısı ötən il KİV-ə Dövlət Dəstəyi haqqında Konsepsiya, həmçinin, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə bağlı Sərəncam imzaladı. Yəqin ki, yaxın dövrlərdə bu fondun jurnalistlərin və qəzetlərin həyatında, iqtisadi imkanlarının artmasında hansı rolu oynaya biləcəyini görəcəyik. Arzulayıram ki, bu inkişafı hər bir jurnalist, hər bir qəzet öz həyatında hiss etsin. Təbii ki, Fond Azərbaycan KİV-inin iqtisadi inkişafına zəmin yaratmaq üçün təsis olunub. Əslində, dünya üçün bu cür fondların mövcudluğu təəccüblüdür. çünki, xaricdə mətbuatın inkişafında dövlətin rolu həddindən artıq azdır. Mən arzu edirəm ki, qəzetlər elə güclü iqtisadi potensiala malik olsunlar ki, bir neçə ildən sonra bu fondun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edək.
- Ulu öndər Heydər Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 90-cı illərin ortalarından başlayan bu sistemli fəaliyyət müasir Azərbaycan mətbuatının demokratik çalarlara cavab verməsinə şərait yaratdı...
Bəhruz Quliyev: Burada Azərbaycan mətbuatının 134 yaşı olduğu qeyd edildi. Əgər söhbət müasir jurnalistikadan gedirsə, bu zaman kəsiyi daha az müddəti əhatə edir. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, sonradan Xalq Cümhuriyyətinin dövründə üzeyir Hacıbəyli və digər müdriklərin, qələm sahiblərinin başlatdığı yolda fasilələr oldu. Sovet dövrundə heç bir müstəqil jurnalistikadan söhbət gedə bilməzdi. Müasir jurnalistikaya gəldikdə isə, milli mətbuatın inkişafı konkret olaraq Ulu öndər Heydər Əliyevin mediaya göstərdiyi diqqət və qayğıdan sonra müşahidə olunub. Hətta xatırlayıram ki, Ulu öndər səfərlərə gedən zaman aeroportda kiçik bir jest və bir cümlə ilə mətbuatı hamının diqqət mərkəzinə gətirirdi. Həmişə məmurların bir az kənarda dayanmasını, jurnalistlərin isə daha yaxın gəlməsini istəyirdi. Bu, Ulu öndərin jurnalistikaya diqqəti idi.
Bir məqama da toxunmaq istərdim. Nəzərə alsaq ki, qısa dövr ərzində Azərbaycan jurnalistikası böyük yol keçib, nəticələr qənaətbəxş sayıla bilər. Amma bir sıra məsələlər var ki, onlar hələ də problem olaraq qalır. Məsələn, “reketçilik”. Bu gün hər bir Azərbaycan vətəndaşı “reket jurnalistlər”lə mübarizə aparmalıdır. İkinci bir problem son dövrlərdə jurnalistika təhsilinin aşağı səviyyədə tədrisidir. Təbii ki, istisnalar var, amma əksəriyyət yalnız nəzəriyyəni əzbərləyir, praktikada tətbiq etməyə çətinlik çəkir. Amma hər bir halda mən bədbin deyiləm, problemlərlə yanaşı, uğurlarımız da çoxdur. Məsələn, Dövlət Dəstəyi Fondu KİV-i demək olar ki, asılılıqdan azad edəcək. Fikrimcə, bu, çox böyük addımdır, təkandır. Bu, maddi-texniki bazanın genişləndirilməsinə kömək göstərəcək. Məncə, istər televiziya olsun, istərsə də qəzet, milli maraqları özündə ehtiva edən məsələlərlə ehtiyatla davranmalıdır. Məsələn, hər zaman hərbi sirr məsələsində birmənalı şəkildə ehtiyatlı olmağı nəzərdə tuturam. Müharibə şəraitində, torpaqlarımızın işğal olunduğu bir vaxtda hərbi sirr, milli maraq məsələsi ilə tiraj qaldırmağa cəhd etmək düşmənin dəyirmanına su tökməkdir. Bu mənada, hər bir redaksiyanın, jurnalistin içində daxili senzura olmalıdır. Milli maraq olan yerdə hansı siyasi düşərgədə təmsil olunmağının da fərqi yoxdur.
- Elçin müəllim, istərdik bir araşdırmaçı kimi Azərbaycan mətbuatının inkişaf tarixinin mərhələlərinə toxunasınız. ümumilikdə götürdükdə dünənin rakursundan bu günün mətbuatını necə qiymətləndirmək olar?
Elçin Mirzəbəyli: Təbii ki, Azərbaycan mətbuatı öz inkişaf dövrünü yaşayır. Müstəqil Azərbaycan dövləti istər mətbuatını, istərsə də digər sosial institutlarını qoruyub inkişaf etdirmək gücündədir. ölkəmiz müasir, dünyaya açıq, güclü, iqtisadi cəhətdən yüksək potensiala malik bir dövlətdir. Bu, mətbuatın inkişafına yaradılan zəmində də özünü göstərir. ümumiyyətlə, cəmiyyətlə mətbuatın inkişafı düz mütənasibdir. Cəmiyyət inkişaf etdikcə, paralel olaraq mətbuat da inkişaf edir. Təbii ki, bugünkü mətbuatı ötən illərlə müqayisə etmək çətindir. Nəzərə alanda ki, Azərbaycan mətbuatı çar Rusiyasının tərkibində ikən dünyaya göz açıb, senzuranın, ağır basqıların olduğu bir dövrdə inkişaf yolu keçib, savadsız insanların maariflənməsinə xidmət göstərib, ziyalılarımız xalqı maarifləndirmək üçün necə əziyyətlər çəkiblər, məncə, həmin dövrün çəkisi daha ağır gəlir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, söhbət açdığımız XIX-XX əsrin əvvəllərində peşəkar jurnalistlər də həddindən artıq az idi. Bundan başqa, əlifba, texniki problemlər mövcud idi. Yayım məsələsi bərbad vəziyyətdə idi. Bütün bu məqamları nəzərə alanda Azərbaycan mətbuatının özünün sələflərindən öyrənməli çox şey var. Buradakı çıxışlarda milli mətbuatımızın inkişafında mühüm rol oynamış şəxsiyyətlərdən, o cümlədən, mətbuatın inkişafına təsir göstərən addımlardan bəhs edildi. Mən təkrarlamaq istəməzdim. Demək olar ki, hər gün dünyanın nüfuzlu informasiya portallarını izləyir, bir neçə qəzetin internet saytına baxıram. Oradakı xəbərlərlə tanış olanda görürəm ki, Azərbaycanda fəaliyyət göstərən jurnalistlər həddindən artıq istedadlı və peşəkardırlar. Hətta mən deyərdim ki, poliqrafiya məsələlərini buraya qatmamaqla Azərbaycan mətbuatı artıq Avropa standartlarına uyğun mətbuata çevrilib. İstər bədii keyfiyyətlərinə, istərsə də hadisələrə yanaşmasında, reportajlarda Azərbaycan mətbuatı Türkiyə mətbuatını çox qabaqlayır. Hətta Azərbaycanda orta statistik jurnalistin yazdığı köşə yazısını Türkiyənin ən tanınmış köşə yazarının yazısından üstün tuturam. Bununla yanaşı, mətbuatın indiki problemlərinin kökündə bir sıra subyektiv və obyektiv amillər dayanır: maddi-texniki bazanın aşağı səviyyədə olması, poliqrafiya sahəsinin inkişaf etməməsi və bu kimi problemlər. Söhbət yazılan yazıdan getmir, bu yazının təqdimatı da mühüm rol oynayır. Bu sahədə də böyük problemlərimiz var. Oxucu ilə ünsiyyət qurmaq üçün müxtəlif yollar araşdırılmalıdır. Əgər oxucu yoxdursa, mətbuat orqanı da yoxdur. Fikrimcə, bütün danışılanların fonunda Azərbaycan mətbuatının bir nömrəli problemi oxucu problemidir.
- Qeyd etdiyiniz oxucu problemi haradan qaynaqlanır? Oxucu ilə jurnalistika və jurnalist arasında körpü necə yaranmalıdır?
Elçin Mirzəbəyli: Birinci növbədə, Azərbaycan mətbuatının problemlərini bütünlüklə dövlətin üzərinə yükləmək yanlışlıqdır. Mətbuat öz problemlərindən özü çıxış yolu tapmalıdır. Məsələn, verilən yardımlar əməkdaşlar arasında paylanacaq və maddi-texniki problemlər yenə də olduğu kimi qalacaq. Dövlət dəstəyi və ya yardımla bu problemi həll etmək mümkün deyil. Dünyanın hər yerində qəzetlərin gəlirinin 80 faizi reklamdan əldə olunur. Biz isə hələ də reklam vericilərini qəzetlərə cəlb edə bilməmişik. Dünyanın hər yerində reklam işini agentliklər həyata keçirir. Azərbaycanda belə bir qurum, demək olar ki, yoxdur.
- Bu gün Azərbaycanda kifayət qədər reklam potensialı mövcuddur. Amma bu potensialın realizəsi təşkil olunmur. Bunun səbəbi nədir?
Bəhruz Quliyev: Bayaq oxucuların azalması məsələsinə toxunuldu. Bir məqamı qeyd etmək istəyirəm ki, elektron KİV-lər artdıqca qəzetlərin tirajı mütləq azalır. Bunlar bir-biri ilə tərs mütənasibdir. çünki məkan vahiddir. Bu səbəbdən rəqabət aparmaq üçün yollar düşünülməlidir. Yazılı mətbuatı ayaqda saxlamaq üçün reklam bazarı genişləndirilməlidir. Qəzetlər öz fəaliyyətlərini elə qurmalıdırlar ki, iş adamları üçün önəm daşıyan yalnız tiraj və oxunaqlılıq olsun.
- Elçin müəllim, siz həm də jurnalist təşkilatına rəhbərlik edirsiniz. Azərbaycan Jurnalistlər Birliyinin sədri olaraq, ölkə mətbuatının durumunu necə dəyərləndirərdiniz?
Elçin Şıxlı: Burada problemlərdən, çıxış yollarından, reklam bazarından danışdıq. Bu özü onu göstərir ki, Azərbaycan mətbuatı hələ oturuşma prosesini yaşayır. May ayında Almaniyada həmkarlarımızla görüş keçirmişik. 82 milyon əhalisi olan Almaniyada qeydiyyatdan keçmiş 350 mindən yuxarı KİV mövcuddur. Bunların arasında ümummilli səviyyədə 3-4 qəzet mövcuddur. Yerdə qalanlar məhəlli və inzibati-ərazi xarakterli mətbu orqanlardır. Bizdə isə cəmisi 3500 qəzet qeydiyyatdan keçib. Bəhruz müəllim “reket jurnalistika”sına toxundu. Bu işlə məşğul olanların heç biri peşəkar jurnalist deyillər. Sadəcə, jurnalistika və qəzet bunlar üçün pul qazanmağa bir vasitədir. İnanıram ki, cəmiyyətin inkişaf prosesi onları birmənalı şəkildə siləcək. Burada dövlətin jurnalistikaya diqqətindən, qayğısından danışıldı. Mən elə düşünürəm ki, Ulu öndər Heydər Əliyev öz işində jurnalistikanın ən ümdə prinsiplərindən istifadə edirdi. ümummilli liderimiz hamını dinləyirdi, sonda öz qərarını verirdi. Jurnalistikanın da qızıl qaydası var ki, hər hansı bir informasiya üç mənbədən dəqiqləşdirilməlidir. Heydər Əliyev Azərbaycan jurnalistikasına 1993-94-cü ildən deyil, 1969-cu ildən qayğı göstərir. Sadəcə, dövrün çərçivəsi, konyuktura tamam fərqli şeylər diktə edirdi. Ulu öndər Heydər Əliyev informasiya ilə işləməyi bacarırdı. Əgər hər hansı bir məlumat cəmiyyətə ötürülməli idisə, aeroporta gələn kimi jurnalistləri axtarırdı. çağırırdı, öz fikrini deyirdi və informasiyanın cəmiyyətdə hərəkətinə təkan verirdi.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxGündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38

