Jurnalistlər peşə bayramını qeyd etdilər
23.07.2009 [09:33]
SİA-nın məlumatına görə, mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Azərbaycanda Milli Mətbuat Günü iyulun 22-də, 134 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri - “Əkinçi” qəzetinin buraxıldığı gündə qeyd edilir: “ötən əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç klassik qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur”.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası adlı bir qurumun yaradıldığını diqqətə çatdırıb: “Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqram hazırlanıb və dövlət başçısına təqdim edilib. Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə deyib ki, Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar öz əksini tapıb: “Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə bir sıra Beynəlxalq Konvensiya və sazişlərə qoşulub. ümummilli lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib”.
H.Babaoğlu bu Fərmanın KİV-nin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etdiyini bildirib. O, qeyd edib ki, Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata - Avropa Şurasına daxil olmasıdır: “Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən, buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyini artırmaqdır”.
Axşam saatlarında isə Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Mətbuat Şurası ilə birgə 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. Bakı Əyləncə Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli açıb. Azərbaycan milli mətbuatının bünövrəsinin 1875-ci ildə iyulun 22-də “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə qoyulduğunu deyən V.Səfərli həmin qəzetin iki illik fəaliyyəti dövründə cəmi 56 nüsxəsinin işıq üzü gördüyünü bildirib: “Həmin iki il ərzində “Əkinçi” qəzeti ictimaiyyət tərəfindən tanınmış və böyük nüfuz qazanmışdı. Maliyyə çətinliyi ucbatından nəşrinin dayandırılmasına baxmayaraq, “Əkinçi”nin ideyaları həmişə yaşamışdı. Məhz həmin ideyalara əsaslanaraq, Azərbaycanda yeni-yeni nəşrlər işıq üzü görməyə başlamışdı. Onu da deyim ki, Azərbaycanın milli mətbuatı özünün inkişaf tarixində aşağıdakı mərhələlərdən keçib-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki mərhələ, Cümhuriyyət dövrü mərhələsi, sovetlər dövrü və müstəqillik əldə ediləndən sonrakı dövr. Müstəqillik əldə edildikdən sonra Azərbaycan milli mətbuatı çətin və şərəfli bir yol keçib. Milli mətbuatımızın formalaşmasında və inkişafında Ulu öndərimiz Heydər Əliyevin əvəzsiz rolu olub. Milli mətbuatımız həmişə Ulu öndərin diqqət mərkəzində olub. ümummilli lider hər zaman mətbuatımızın problemləri ilə maraqlanıb. Mətbuatın problemlərini yaxından öyrənmək məqsədilə Ulu öndər KİV rəhbərləri ilə görüşlər keçirmiş və problemlərin aradan qaldırılması üçün lazımi göstərişlər vermişdi. Söz və fikir azadlığını təmin etmək məqsədilə 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən mətbuat üzərindən senzura götürülmüşdü. Bir qrup qəzet redaktorlarının müraciətindən sonra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları bir müddətə dondurulmuş və son nəticədə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən həmin borclar ləğv edilmişdi. Azərbaycan milli mətbuatının inkişafına şərait yaratmaq məqsədilə qəzet və jurnalların qeydiyyatı sadələşdirilib və bunun nəticəsidir ki, bu gün respublikamızda 3600-dən çox KİV qeydiyyatdan keçib. Ulu öndərimizin mətbuata qayğısını və köməyini qiymətləndirən “RUH” Jurnalistlərin Müdafiə Komitəsi 2002-ci ildə ümummilli lider Heydər Əliyevi “Mətbuatın Dostu” mükafatı ilə təltif etmişdi. Heydər Əliyevin tövsiyəsi ilə “KİV haqqında” Qanun təkmilləşdirilmiş və Azərbaycan Mətbuat Şurası yaradılmışdı”.
Vüqar Səfərli deyib ki, bu işlər Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də davam etdirilir: “Milli mətbuatın inkişafına yardım məqsədilə 2008-ci ilin avqust ayında KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilmiş və onun əsasında 2009-cu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdı. Fondun yaradılmasında məqsəd müstəqil mətbuatın inkişafına dəstək verməkdir. Bugünkü qəbulu da Fondla Mətbuat Şurası təşkil etmişdi. Bir daha mən sizi bu bayram münasibətilə təbrik edirəm”.
Vüqar Səfərli sonra sözü Mətbuat Şurasının sədri Əflatun Amaşova verib. çıxışına bayram münasibətilə bütün KİV təmsilçilərini təbriklə başlayan Ə.Amaşov budəfəki tədbirin əvvəlkilərdən fərqləndiyini deyib: “Vüqar müəllimin də qeyd etdiyi kimi, bu tədbiri Fondla Mətbuat Şurası birlikdə təşkil edib. Bundan əvvəl isə, bu cür tədbirləri Mətbuat Şurası təkbaşına təşkil edirdi. Həmin vaxt tədbirin təşkilində müəyyən çatışmazlıqlar, əsasən də maliyyə çatışmazlıqları olurdu. Lakin artıq çətinliklər arxada qalıb. çünki Fondumuz və maliyyəmiz var. Biz bundan sonra da, bu cür kütləvi tədbirləri birlikdə keçirəcəyik. Bu gün doğrudan da, bayramdır. 134 il əvvəl Azərbaycanda ilk mətbu nəşrin əsası qoyulub. Hər bir xalqın ictimai-siyasi tarixində onun mətbu nəşri hansı rolu oynayıbsa, “Əkinçi” də Azərbaycan üçün həmin rolu oynayıb. Qısa müddət ərzində işıq üzü görməsinə baxmayaraq, “Əkinçi” əsrlərlə qalmış çoxsaylı problemələri üzə çıxardı, cəhalətdə qalan bir xalqa maarifçilik ruhu bəxş etdi. Məhz bu ruhda həm milli özünüdərk var idi, həm ana dilinin təbliği ilə bağlı mübarizə var idi, həm də çoxsaylı mütərəqqi ideyalar və fikirlər var idi. Həsən bəy Zərdabi bu qəzeti yaradarkən özünün çox möhtəşəm məktəbini yaratdı. Bu gün bizim hamımız Həsən bəyin davamçıları hesab olunuruq. “Əkinçi”dən sonra keçən əsrin əvvəllərində işıq üzü görən istər “Kaspi” olsun, istər “Şərqi rus”, “Həyat”, “Zənbur”, istərsə də digər kütləvi informasiya vasitələri məhz bu qəzetdən örnək götürdülər. “Əkinçi” ideyaları püxtələşdi, Demokratik Respublikanın vaxtında aparıcı ideyaya çevrildi. Sovet dönəmində “Əkinçi” ideyaları ayrı-ayrı jurnalistlərin qəlbində və yaradıcılığında özünü göstərdi. Ən nəhayət, çağdaş Azərbaycan jurnalistikasının formalaşmasında məhz “Əkinçi” ideyaları mühüm rol oynadı.
Hörmətli xanımlar və cənablar, biz 134 illik yubileyi, həm də gözəl bir hadisənin fonunda keçiririk. Artıq Azərbaycanda uzun müddət üçün nəzərdə tutulmuş strateji bir kursun başlanğıcını yaşayırıq. Bu, dövlətin mətbuata sistemli yardımının başlanğıcıdır. Bu vaxta qədər Azərbaycan dövləti özünün mətbuatına çoxsaylı yardımlar edib və mən bunları bir-bir sadalamaq istəmirəm. Ancaq KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması, həmin konsepsiyadan irəli gələn məsələlərin həyata keçirilməsi üçün KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuatın inkişafına konseptual baxışının bariz nümunəsidir. Hansı KİV müstəqildirsə, hansı KİV müstəqilliyə meyillidirsə, dövlət ona yardım edəcək. Dövlət həmin KİV-in maddi bazasını möhkəmləndirəcək. Eyni zamanda, dövlət jurnalistlərin peşəkarlığının artırılması üçün tədbirlər görür. Bu da mətbuatın inkişafına, mətbuatın özünütənzimlənməsində mühüm rol oynayır. Mən burada bir məsələni də vurğulamaq istəyirəm. Bütün bunlar Azərbaycan Prezidentinin mətbuata diqqət və qayğısının nəticəsidir. Mən Azərbaycan jurnalistlərinin adından Prezidentə minnətdarlıq etmək istəyirəm. Bir daha sizləri 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik edirəm”.
Daha sonra çıxış üçün söz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova verilib. öz növbəsində o da, KİV təmsilçilərini bayram münasibətilə təbrik edərək, qələm əhlinə yaradıcılıq sahəsində yeni-yeni uğurlar arzulayıb: “Azərbaycan mətbuatı yarandığı gündən bu vaxta qədər sözün həqiqi mənasında böyük inkişaf yolu keçib. Mətbuatımız bu inkişaf yolunda öz milli ənənələrini formalaşdırıb. Mətbuat təmsil etdiyi jurnalistlər və ziyalılar vasitəsilə cəmiyyət qarşısında üzərinə müəyyən missiyalar götürüb və böyük şərəflə bu missiyanı həyata keçirib. Mən düşünmürəm ki, 1875-ci ildə böyük maarifçi alim Həsən bəy Zərdabi Azərbaycan əkinçisi, kəndlisi, ən nəhayət vətəndaşı üçün “Əkinçi” adlı qəzetini təsis edərkən, çox böyük imkanlı adam idi. Yaxud da bu qəzeti təsis etməkdə Həsən bəy Zərdabinin hansısa siyasi maraqları var idi. Mən əminəm ki, Həsən bəy Zərdabi həmin qəzeti məhz öz xalqını, o dövr üçün əkinçi kəndlinin təşkil etdiyi Azərbaycan xalqını formalaşdırmaq, onu maarifləndirmək, xalqımızı dünyada baş verən ictimai-siyasi, mədəni-iqtisadi inkişafla tanış etmək və millətini inkişaf yoluna çıxarmaq məqsədini daşıyırdı. “Əkinçi”dən başlanan milli mətbuat öz inkişafını sonrakı dövrlərdə Azərbaycan maarifçilərinin simasında davam etdirdi. İndiyə qədər elm, mədəniyyət, bir sözlə, bütün sahələrdə tanınmış insanların əksəriyyəti demək olar ki, mətbuat vasitəsilə Azərbaycan xalqının qarşısında duran vəzifələrin reallaşmasında öz imkanlarından istifadə ediblər. Mirzə Cəlil, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, sonrakı dövrdə ADR-in qurucuları Məmməd Əmin Rəsulzadə, üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, eyni zamanda, sonrakı dövrlərdə Azərbaycanın qabaqcıl ziyalılarının əksəriyyəti mətbuat sahəsində fəaliyyət göstərirdilər. Bu insanlar mətbuatda fəaliyyət göstərərkən nə qarşılarına mətbuatdan istifadə edərək cəmiyyətdə tanınmaq, hansısa əlavə üstünlüklər əldə etmək məqsədi qoymuşdular, nə də ki, mətbuatdan ictimai-siyasi, sosial resurs kimi istifadə edib özlərini bu və ya digər mövqeyə çatdırmaq məqsədi daşıyırdılar. Həmin dövrün imkanlı adamları qəzetləri təsis edib ziyalılara hədiyyə şəklində verir, onu maliyyələşdirirdilər ki, bu qəzetlər millətin maariflənməsində iştirak etsinlər. Sovet hakimiyyəti dövründə Azərbaycan mediası əlbəttə ki, sosialist realizm prinsiplərinə qoşulmağa məcbur edildi və demək olmaz ki, bu 70 ildə Azərbaycan mediası inkişafdan qaldı. Qətiyyən belə deyil. Azərbaycanın bütün tanınmış jurnalist nəsli məhz bu 70 ildə yetişdi. Jurnalistika vasitəsilə Azərbaycan dili, Azərbaycan mədəniyyəti inkişaf etdirildi. Azərbaycan jurnalistikası yeni-yeni ənənələr, yeni-yeni dəyərlərlə zənginləşdirildi və bu gün biz müstəqilliyimiz yolunda həmin bu dəyərlərdən istifadə edirik. Sonrakı dövrdə müstəqillik əldə etdik. Sabir Rüstəmxanlının və onun ətrafındakı digər Azərbaycan ziyalılarının təsis etdiyi yeni nəsl qəzetlər və onların xidmətləri də qeyd edilməlidir. Azərbaycan mediası bu gün sözün həqiqi mənasında inkişaf edir. Postsovet məkanında Azərbaycan mediası bəlkə də ən qabaqcıl yerdədir. Bu gün Azərbaycan mediası Rusiya və Ukrayna kimi böyük dövlətlərin mediası ilə rəqabət aparmaq gücündədir. Əlbəttə ki, mediamızın müəyyən problemləri də var. Medianın peşəkarlıq səviyyəsi aşağıdır. 5 peşəkar jurnalist varsa, 55 jurnalist vəsiqəsi gəzdirən var. Təəssüflər olsun ki, bu gün Azərbaycan mediasında ziyalıların dəst-xətti az hiss olunur. Bu gün cəmiyyəti yönəltmək imkanı olan ziyalıları qəzetlərin səhifələrində az görürük. Qəzetlərin səhifələrində daha çox gördüyümüz insanlar isə Azərbaycan cəmiyyətinə nə mənəvi ruh verə bilərlər, nə də cəmiyyəti yönəltmək imkanına malik deyillər. Azərbaycanın müstəqil mediasının inkişafında ümummilli liderimiz Heydər Əliyevin rolunu xüsusi olaraq vurğulamaq istəyirəm. Mən Azərbaycan tarixində media ilə, jurnalistika ilə bu qədər yaxından maraqlanan, media ilə bu qədər yaxından işləyən ikinci siyasətçi tanımıram. Heydər Əliyev qədər jurnalistikaya diqqətlə, həssas yanaşan və jurnalistikanın imkanlarından cəmiyyətdə, siyasətdə istifadə edən ikinci bir siyasətçi tanımıram. Bu gün də biz mediadan siyasi resurs kimi, hakimiyyətə gəlmək vasitəsi kimi istifadə edirik. Lakin Heydər Əliyev bu sahədə birinci idi və mən əminəm ki, Ulu öndərimiz uzun müddət Azərbaycanın mediasının yaddaşında qalacaq. Ulu öndər Heydər Əliyev 1998-ci ilin avqust ayının 6-da özünün tarixi Fərmanı ilə media üzərində bütün dövlət tənzimləmə mexanizmlərini ləğv edərək, mediaya azadlıq vermək missiyasını həyata keçirdi. Heydər Əliyevin dövründə Azərbaycan mediasının bugünkü ənənələrinin əsası qoyulub. Müstəqil jurnalistikanın əsası qoyulub. Müstəqil jurnalistika cəmiyyətin aparıcı institutlarından birinə çevrilib. Media bütün sahələr üzrə azadlığa çıxıb. Məhz Ulu öndər Heydər Əliyevin dövründə medianın maddi-texniki bazasının inkişafı ilə bağlı çoxlu fərman və sərəncamlar imzalandı. Ulu öndər Heydər Əliyevin şanlı xatirəsi Azərbaycan mediasının, Azərbaycan jurnalistlərinin xatirəsində əbədi yaşayacaq.
Hazırki dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan jurnalistikası qarşısındakı ən böyük xidməti Heydər Əliyev yolunun davam etdirilməsi, həmçinin, Heydər Əliyevdən sonra Azərbaycan mediasının tarixinə düşən KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasıdır. Həm Konsepsiya, həm də Fond Azərbaycan mediası üçün əbədi xidmət məqsədi daşıyır. Konsepsiya davam edəcək və jurnalistlərin təşəbbüsü ilə növbəti illərdə öz vəzifə və istiqamətlərini dəyişəcək. Bu konsepsiya üzərində qurulmuş mətbuatın inkişafı missiyası, xüsusilə də, bu Konsepsiya əsasında yaradılan Fond müstəqil mətbuata daim dəstək verəcək. Bu gün Azərbaycan dövlətinin media siyasətinin mahiyyətini bir taktika təşkil edir - Azərbaycan mediası inkişaf etsin, getdikcə müstəqilləşsin və gələcəkdə digər öhdəliklərdən xilas olsun. Azərbaycan mediası vətəndaşlarımızın informasiya ehtiyaclarını ödəsin və real, obyektiv informasiya daşıyıcısı olsun. Bir daha sizləri Azərbaycan Milli Mətbuatının 134 illiyi münasibətilə təbrik edirəm”.
Digər çıxışlardan sonra bədii hissə keçirilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxGündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38

