Azərbaycan tarixdə ilk dəfə bu il özünü taxılla təmin edəcək
25.07.2009 [11:21]
ölkədə aparılan siyasət, bütün sahələrdə olduğu kimi, aqrar sahədə də uğurlarla müşahidə olunur. Bu fikir bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında da növbəti dəfə bəyan edilib. Dövlət başçısı vurğulayıb ki, dünyanı bürüyən iqtisadi böhran şəraitində Azərbaycanın iqtisadi inkişafı həyata keçirilən düzgün siyasətin nəticəsində baş verir: “Bildiyiniz kimi, bir ilə yaxındır ki, dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüyübdür. Keçən il altı ayın yekunlarını müzakirə edərkən biz gələn o böhranın ilkin görüntülərini, demək olar ki, qeyd etmişdik. Görülən tədbirlər nəticəsində və ümumiyyətlə, Azərbaycanda son illər aparılan islahatlar nəticəsində biz nail ola bilmişik ki, bu böhranın Azərbaycana təsiri minimum dərəcədə hiss olunur. Azərbaycan iqtisadiyyatı uzun illər uğurla inkişaf edir, iqtisadiyyatımız çoxşaxəlidir və bu, əsas amildir ki, bizi bu çətin sınaqda qoruya bilmişdir.
Təxminən bir ilə yaxındır ki, dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə iqtisadiyyat uğurlu inkişafında davam edir. Bu ilin birinci yarısında ümumi daxili məhsul 3,6 faiz artmışdır. çox sevindiricidir ki, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil etmişdir. Bu, çox gözəl göstəricidir və onu göstərir ki, bizim iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin gələcəyi neft amilindən daha az asılıdır. Əlbəttə, neft-qaz sektorunun inkişafı və bu sahədə görülən işlər bizim iqtisadi imkanlarımızı böyük dərəcədə genişləndirmişdir. Biz də bu gözəl imkanlardan səmərəli istifadə etdik və iqtisadiyyatımızın digər sektorlarının inkişafı üçün əməli-praktik işlər görülmüşdür”.
ümumiyyətlə, bu il aqrar bölmənin digər sahələrində də məhsul istehsalının artacağı proqnozlaşdırılır. Belə ki, kənd təsərrüfatı iqtisadiyyatın inkişafını təmin etməklə bərabər iqtisadi siyasətin həyata keçirilməsində əsas faktorlardan birinə çevrilməkdədir. Bu dinamizm Azərbaycanın ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına təkan vermiş olacaq. Xüsusilə qeyd olunmalıdır ki, tarixdə ilk dəfə Azərbaycan özünü taxılla təmin edəcək. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən yardımların, texnika və gübrə alınmasına tətbiq edilən güzəştlərin nəticəsində 2009-cu ildə taxıl əkinlərinin sahəsi daha 215 min 400 hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara çatdırılıb, o cümlədən, buğdanın əkin sahəsi 206 min 700 hektar artırılaraq 810 min 700 hektar təşkil edib. Bu ilin iyul ayının 20-nə olan vəziyyətə görə, 976 min 474 hektar və ya ümumi sahənin 89 faizi biçilib və 2 milyon 557 min 33 ton məhsul yığılıb. Həmin tarixə buğda əkinlərinin 713 min 532 hektarı və ya 88 faizi biçilib və 1 milyon 918 min 673 ton məhsul istehsal edilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu faktı xüsusi olaraq vurğulayıb: “Azərbaycanın tarixində ilk dəfə olaraq, biz özümüzü taxılla təmin edəcəyik. Bu il 3 milyon ton taxıl istehsal ediləcək, bu, böyük göstəricidir. Təkcə bir il ərzində Azərbaycanda 500 min ton əlavə taxıl istehsal olunacaqdır. 2,2 milyon ton buğda istehsalı bizim, demək olar ki, ərzaq təhlükəsizliyimizin əsas hissəsinin təmin edilməsinə xidmət göstərir. Nəyin hesabına biz buna nail ola bilmişik? Mütəmadi qaydada görülən işlər, konkret proqramlar, regional inkişaf proqramının, infrastruktur layihələrinin icrası, “Aqrolizinq”in yaradılması hesabına”.
Onu da xatırladaq ki, hökumət ölkənin ərzaq buğdası ilə təminatının daha da gücləndirilməsi üçün yeni qaydaları təsdiq edib. Nazirlər Kabinetinin bir neçə gün əvvəl təsdiqlədiyi qaydalara əsasən, Dövlət Taxıl Fondunun ehtiyat bazasının gücləndirilməsi nəzərdə tutulur. Taxıl Fondunun saxlanması və istifadəsi qaydalarına əsasən Fövqəladə Hallar Nazirliyi taxılın tədarük edilməsi və saxlanması səlahiyyətlərini yerinə yetirəcək. Fond taxılı istehsalçılarla satınalma müqaviləsinin bağlanması yolu ilə əldə edəcək.
Fondda saxlanılan taxılın istifadəsinə gəlincə, Nazirlər Kabinetinin müvafiq qaydalarına görə, məhsul fövqəladə hallarda istehlakçıların tələbatının ödənilməsinə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısının alınmasına yönəldiləcək. Yəni, həmin ehtiyatlardan ölkədə qıtlıq yarandıqda, daxili bazarda un, çörək və çörək məmulatlarının qiymətində ciddi artım baş verdikdə istifadə olunacaq. Taxılın satışı isə bazar qiymətləri əsasında həyata keçiriləcək. Əgər bazarda həmin məhsulun kəskin qiymət artımı müşahidə olunarsa Fond taxılı bazar qiymətlərindən aşağı qiymətə sata bilər. Bu halda satış qiyməti hökumətlə razılaşdırılacaq. Bu kimi hallar, eləcə də humanitar yardımların göstərilməsi ilə əlaqədar Fondda saxlanan taxıldan istifadə zamanı məhsulun dəyəri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qeyd edək ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artımında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin daha da genişləndirilməsi və aqrar sahənin müasir texnikalarla müntəzəm təchizatı mühüm rol oynayıb. Belə ki, fəaliyyətə başladığı 2005-ci ildən “Aqrolizinq” ASC tərəfindən 745 ədəd taxılyığan kombayn, 2250 ədəd traktor, 132 ədəd ekskovator, 5690 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları və qoşqular, 7 süd zavodu, 13 soyuducu kamera, 7 qarışıq yem zavodu, 7 adda 294 ton pestisid, 237 min ton mineral gübrə, 770 baş damazlıq heyvan, 7189 ton yüksək reproduksiyalı buğda toxumu və s. gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib.
Dövlət başçısı İlham Əliyev də aqrar sahənin inkişafında bu təşkilatın rolunu yüksək qiymətləndirib: “Aqrolizinq”in yaradılması, deyə bilərəm ki, kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi. Ondan sonra əlavə tədbirlərin görülməsi nəticəsində, subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik. Gübrənin alınması, yanacağın, toxumların alınması - bütün bunlar Azərbaycan dövləti tərəfindən həll olunan məsələlərdir. Bundan sonra biz çalışmalıyıq ki, kənd təsərrüfatımız daha çox intensiv inkişaf etsin. Əkin sahələrinin genişlənməsi prosesi, əlbəttə ki, çox müsbət haldır və bunu etmək üçün ciddi meliorasiya tədbirləri görülür və görüləcəkdir. Bu barədə mən öz fikirlərimi deyəcəyəm. Ancaq çalışmalıyıq ki, kənd təsərrüfatımızın intensiv xarakter alan inkişafı bundan sonra da uğurla getsin.
Biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Buna çatmaq üçün artıq az vaxt qalıb və öz ixrac potensialımızı daha da böyük dərəcədə realizə etməliyik. Nəzərə almalıyıq ki, bizim ətrafımızda kifayət qədər böyük istehlak bazarları var və qonşu ölkələrlə Azərbaycanın çox gözəl, işgüzar münasibətləri var, bütün qonşu bazarlar bizim üçün açıqdır, məhsulumuz həmin bazarlara sərbəst şəkildə daxil olur. Azərbaycanda nə qədər çox emal müəssisələri yaranarsa, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı da bir o qədər çox artacaqdır. Yəni bütün bunlar kompleks tədbirlər nəticəsində - ciddi düşünülmüş siyasət, maliyyə resursları, sahibkarlığın inkişafı, “Aqrolizinq”in yaradılması, subsidiyaların, kreditlərin verilməsi və əlbəttə ki, meliorasiya və suvarma tədbirlərinin gücləndirilməsi nəticəsində qısa müddət ərzində mümkün olmuşdur”.
Əlbəttə ki, aqrar sahədə uğurlar nəticə etibarilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca amillərdən biridir. Yerli sahibkarların işinə stimul verilməsi də bu sahənin inkişafında özünün müsbət təsirini göstərir. ümumiyyətlə, aqrar sahənin daha da inkişaf etdirilməsi ilə əlaqədar dövlət başçısı gələcəkdə də müəyyən tədbirlərin görüləcəyini bildirib: “Sovet dövründə Azərbaycan heç vaxt özünü ərzaq məhsulları ilə təmin etmirdi. Biz ərzaq təhlükəsizliyi məsələlərini, demək olar ki, bu il həll etmişik. Növbəti illərdə, sadəcə, əldə edilmiş uğurlar əsasında daha da geniş işlər aparılmalıdır. Bu məqsədlə əlavə tədbirlər görüləcəkdir. Bölgələrdə böyük anbarların, soyuducu kombinatların tikintisi nəzərdə tutulur. Bu, həm sahibkarların öz vəsaiti hesabına olmalıdır, eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış kreditlər hesabına bunu etməliyik”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38

