Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Cənubi Qafqazda müharibə olacaqmı?

Cənubi Qafqazda müharibə olacaqmı?

08.02.2023 [10:31]

Rusiyalı politoloqdan yeni müharibə “anonsu”

Artıq bir ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsinin beynəlxalq münasibətlər sisteminə təsir göstərməsi, daha çox qütblərarası savaş kimi xarakterizə olunması sirr deyil. Hətta bu müharibədən ən çox ziyan çəkən regionun da məhz Avropa olduğu ilk baxışdan bəlli olur - istər iqtisadi sferada, istərsə də təhlükəsizlik məsələsində Avropa baş verənlərdən daha çox təsirlənir. Eyni zamanda, bütün dünyaya bəllidir ki, bu savaşın necə bitməsindən asılı olmayaraq dünyanın yeni siyasi, iqtisadi, hətta hərbi nizamı formalaşacaq. Siyasi mütəxəssislər yeni nizamın daha çox iqtisadi münasibətləri özündə əks etdirəcəyini düşünür.

Bəzi siyasi analitiklər fərqli düşüncədədirlər. Hətta bununla bağlı proqnozlar da səsləndirirlər. Həmin politoloqlar Rusiya-Ukrayna müharibəsinin birincilərin məğlubiyyəti ilə yekunlaşmasının nəticələri haqda fərqli düşüncəyə malikdirlər. Məsələn, rusiyalı politoloq Dmitri Trenin İrəvanda keçirilən “Ermənistan və qlobal Rusiya-Qərb qarşıdurması: 2022-ci ilin yekunları” adlı videokonfransda çıxışı zamanı bildirib ki, Rusiyanın Ukraynadakı məğlubiyyəti Avrasiya məkanında sabitliyin ciddi şəkildə pozulması təhlükəsi yaradacaq və bir çox dondurulmuş münaqişələri təzədən alovlandıracaq. Onun sözlərinə görə, Avrasiyada, o cümlədən Qafqazda çox şey Ukrayna münaqişəsinin nəticəsindən asılı olacaq. “Resurs, motivasiya baxımından açığı, Rusiyanın qələbəsi kifayət qədər gözləniləndir. O halda Avrasiyada vəziyyət daha stabil olacaq. Qələbə Rusiyaya sistemyaradıcı güc kimi çıxış etmək üçün yeni imkanlar açacaq. Əgər bu baş verməzsə, o zaman bizi Cənubi Qafqaz da daxil olmaqla, Avrasiyanı yeni münaqişələr və qeyri-sabitlik gözləyir”, - Trenin iddia edib.

Dmitri Trenin ortaya qoyduğu iddia ilk növbədə onun milli mənsubiyyətindən irəli gəlir. Hər bir halda politoloqun məsələlərə bu kimi baxış sərgiləməsi anlaşılandır - hətta Rusiyanın regiondakı rolu baxımından da Dmitri Trenin fikirləri mübahisəyə açıqdır. Birincisi, Rusiyanın regiondakı vəziyyətinə nəzər salaq - rəsmi Moskva Ukraynada məğlub olacağı tərqdirdə, nə üçün hansısa ölkə ilə yeni münaqişəyə başlamalıdır? Və ya Rusiya nə vaxt regionun stabilləşdirici faktoru kimi çxış edib? Azərbaycan əməkdaşlığını milli maraqlar çərçivəsində inkişaf etdirir

Regionun əsas siyasi-iqtisadi aktoru sayılan Azərbaycanla Rusiya arasında hər hansı bir problem yoxdur. Çünki aradakı münasibətlər düz mütənasiblik təşkil edir. Başqa sözlə, Azərbaycan Rusiya ilə də digər ölkələr kimi milli maraqları çərçivəsində əməkdaşlıq edir. Regionda yaranan suallara cavab tapılması prosesi qarşılıqlı maraqlar müstəvisində həllini tapır. 2020-ci ilin Vətən müharibəsində qələbə qazanaraq bölgədə yeni siyasi reallıqlar formalaşdıran Azərbaycan Cənubi Qafqaz üçün də mühüm perspektiv yaradıb. Bu perspektiv isə bütövlükdə regionun fərqli qütblərlə əməkdaşlığına imkan yaradır. Məsələn:

- Azərbaycan Rusiya ilə əməkdaşlıq edir. İki ölkə arasında ticarət dövriyyəsi artan xətlə inkişaf edir. Dövlətlərarası dialoq səviyyəsi qaneedicidir;

- Azərbaycan Çinlə yaxından əməkdaşlıq edir. Hətta enerji layihələri ilə bağlı yeni planlar qurulur - yeni enerji vasitələrinin dövriyyəsi müzakirə edilir;

- Azərbaycan Qərblə yeni enerji əməkdaşlığına start verib. Cənub Qaz Dəhlizi vasitəsilə ölkəmiz Avropanın enerji təminatında mühüm rola malikdir;

- Azərbaycan ABŞ ilə münasibətlərini strateji partnyorluq səviyyəsinə uyğunlaşdırıb. Bu əlaqələr artıq bir neçə istiqaməti özündə ehtiva etməkdədir.

Bir sözlə, Azərbaycan üçün hər hansı bir təhdid müzakirə mövzusu ola bilməz. Çünki Azərbaycan bütün tərəflərlə münasibətini özünün milli maraqları çərçivəsində formalaşdırır, inkişaf etdirir. Əgər Dmitri Trenin Rusiyanın regiondakı sülhməramlı kontingentinə nəzərən buna işarə vurursa, yenə də səhv edir - çünki bu kontingent də məhz Azərbaycanın razılığı ilə regiondadır. Yəni, sülhməramlıların xidmət dövrü başa çatdıqdan sonra Azərbaycan razı olmasa, həmin kontingent də burada olmayacaq. “Qafqaz əsiri” və ya yeni əsrin Qafqazı...

Cənubi Qafqazın digər iki ölkəsinə gəldikdə isə, Ermənistan onsuz da uzun illərdir ki, for-post statusunda yaşamağa öyrənib. Bu gün Paşinyanın “Qərb yolu” seçməsi də heç nəyi dəyişmir - çünki Ermənistanın əsas resursları, infrastrukturu bu və ya digər şəkildə Rusiyanın nəzarətindədir. Ona görə də Ermənistana qarşı hər hansı bir aqressiya gözlənilən sayıla bilməz. Bəlkə də, Trenin bu fikirləri Aİ-nin Ermənistandakı hazırki müşahidə missiyasına nəzərən səsləndirib. Belə olan halda isə iş dəyişir - Rusiya sadəcə müharibənin sonunda Ukraynada uğrayacağı (Treninin məntiqinə görə) məğlubiyyətin cavabını Ermənistanda qaytarmağa çalışacaq. Amma bu dəfə bütövlükdə Qərb koalisiyasına. Bu isə Kremlin işinə nə qədər yarayar, onu dəqiq qiymətləndirmək mümkün deyil.

Gürcüstan ilə Rusiyanın münasibətləri də artıq uzun müddətdir ki, açıq kontekstdə inkişaf edir - rəsmi Tbilisi hətta Rusiyanın yer aldığı layihələrdə belə iştirak etmir. Beləliklə, Rusiyanın Gürcüstanla bağlı hər hansı bir eskalasiya düşüncəsi də yeni, genişmiqyaslı qarşıdurmaya yol aça bilər. Yəni, Rusiyanın ehtiyatsız davranışı “Qafqaz əsiri”nə çevrilməsinə yol aça bilər. Çünki  yeni əsrin Qafqazı XX əsrin Qafqazından çox fərqlənir...

KTMT üzvü olan ölkələr müstəqil qərarvermə imkanlarını qoruyur...

Görünür ki, rusiyalı analitik öz ölkəsinin geosiyasi önəmini, əhəmiyyətini və çəkisini şişirtmək niyyətindədir - hətta bunu açıq dillə çatdırmağı özünə “borc” bilir. Məsələn, yəqin ki, Trenin Rusiyanı Avrasiyada sabitləşdirici faktor kimi təqdim etməklə onun həm də KTMT-dəki rolunu qabarıq şəkildə diqqətə çatdırmağı düşünür. Amma yenə də yanılır. Düzdür, Rusiyanın KTMT daxilindəki lider qismində təmsilçiliyi danılmazdır - amma təşkilatın üzvü olan digər ölkələr də, öz milli maraqları müstəvisində hərəkət etmək müstəqilliyini itirməyiblər. Buna misal olaraq Ermənistanın illərdir ki, KTMT-nin hərbi qüvvələrinin Cənubi Qafqaz regionuna gətirə bilməməsini misal göstərmək olar. Qurum üzvü olan ölkələr Azərbaycanla münasibətlərini nəzərə alaraq buna “qol qoymurlar”. Eyni zamanda, Rusiya - Ukrayna müharibəsi fonunda da KTMT üzvü olan ölkələrin tutduğu mövqe də bütün sualları cavablandırır - təşkilat qütb savaşında yer almaq niyyətində olmadığını açıq şəkildə göstərdi. Əgər Trenin “yeni müharibə” deyərkən, bunu nəzərdə tutursa, yenə də səhv edir - çünki KTMT üzvü olan ölkələrin mütləq əksəriyyəti artıq fərqli hədəflərə inteqrasiyalarını gücləndiriblər...

Terrorçu ilə dost olanın...

Treninin fikirləri ilə bağlı son “versiya”nın oxları İrana tuşlanıb. Burada isə məsələ dəyişir - çünki hazırki məqamda beynəlxalq aləmin İrana münasibəti ilə Rusiyaya münasibəti eyni müstəvidə qərarlaşmır. İran beynəlxalq aləm üçün daha çox “maraq” kəsb edir. Yəni, Qərb İranı daha çox “yola gətirmək” niyyətindədir. Bu ölkənin apardığı zərərli siyasəti, təhlükəni, terroru özü üçün təhdid sayır. Bu mənada, Qərbin İrana qarşı atacağı hər hansı bir addımda Rusiyanı qarşısında görməsi həm arzuolunan sayılmaz, həm də mümkünsüzdür. Çünki İran Rusiyanı Ukrayna qarşısında təkcə açıq şəkildə dəstəkləmədi - əksinə, verdiyi dronlarla onun işini daha da çətinləşdirdi. Çünki İran bütün dünyada terroru himayə edən ölkə kimi “şöhrət tapıb”. Bu mənada, Rusiyanın “terrorçunun müttəfiqi” kimi də özünü “oda atmaq” istəməsi inandırıcı sayıla bilməz. Bir sözlə, terrorçu ilə dostluq edənin “dronu” özünü partladar...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31