Yeni dünya düzəninə doğru...
04.03.2023 [10:00]
Nizam şərtlərinin müzakirə edildiyi məkan: BAKI
Sivilizasiyaların dialoq məkanı yenidən diqqət mərkəzində...
XXI əsrin ikinci onilliyi çağırışları ilə yeni reallıqlar formalaşdırır. Başqa sözlə, dünya mühüm dəyişikliklərin astanasındadır. Ötən əsrin son on illiyindən başlayan və 30 il davam edən yeni dünya düzəni dəyişmək üzrədir. Bu dəyişikliklər isə özündə yeni iqtisadi-siyasi, hətta hərbi münasibətlər sistemini ortaya çıxaracaq. Maraqldır ki, artıq beynəlxalq hüquq normaları dünyanın təhlükəsizlik arxitekturasının əsas təməllərini təşkil edə bilmir - bu norma və prinsiplərin aşınması olduqca böyük təhdidlər yaradır. Nəticə etibarı ilə, dünya mütləq qütbləşməyə doğru addımlayır.
Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir: “Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir”.
Vahid qütb uğrunda mübarizə - “Soyuq müharibə”dən sonra Şərq-Qərb qarşıdurması
Ümumiyyətlə, 40 ildən artıqdır ki, dünyada vahid qütbə və ya şəriksiz liderə çevrilmək uğrunda davam edən mübarizə müasir dövrdə daha açıq kontekstdə təzahür etməkdədir. Bu yolda qarşı-qarşıya olan tərəflər illərlə fərqli coğrafi areallarda nümayiş etdirilən “hərb qonaqlıqlardan” yayınırdılar - 30 il ərzində hərb meydanında üz-üzə gəlinməməsinin əsas səbəblərindən biri də məhz bu idi. Amma ötən ilin fevralın 24-dən sonra proseslərin məcrası dəyişdi. Başqa sözlə, Rusiya-Ukrayna müharibəsi dünyanın yeni nizam astanasında olduğunun anonsunu verdi. Bəs bu nizam kimləri qalib, kimləri isə məğlub elan edəcək? Və ya yeni nizamda dünyanın siyasi cəhətdən yenidən şəkilləndirilməsi hansı əsaslara söykənəcək? Qaşı tərəf və ya tərəflər bu şəkilləndirməni əli qoynunda sadəcə müşahidə edəcəkmi? Bunu araşdırmaq üçün bir balaca haşiyəyə çıxmaq gərəkir...
...Ötən əsrin sonunda siyasi qütbləşmədə yeni konturlar açılmışdısa, sonrakı dönəmdə yaranan sükut artıq pozulur. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə bildirdiyi kimi yeni dünya düzəni yenidən formalaşmaqdadır: “İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur”.
Afrika: yeni nizam yolunda ilk “təcrübə”...
Qeyd edildiyi kimi, SSRİ-nin parçalanmasının ardından bu dövlətin nüfuz dairəsində olan Yaxın Şərq və Afrika ölkələri, siyasi-iqtisadi parametrlərinə görə “sovet sosializminə” uyğunlaşdırılmış dövlətlər tədricən yeni nizamda fərqli yol seçmək məcburiyyətində qalmışdı. “Məcburiyyət” isə rəngli inqilablar, məzhəb çəkişmələri, etnik qarşıdurmalar və bu kimi ştrixlərdir. Başqa sözlə, yeni nizam yolunda bəzi regionların şəkilləndirilməsi illər öncə başlayıb ki, bu gün artıq son mərhələsini yaşamaqdadır.
Məsələn, bir sıra beynəlxalq politexnoloqların dünya liderliyi uğrunda mübarizənin şərti olaraq “göy qanadı” adlandırdığı tərəf, yəni Qərb bloku dünyanın əksər regionlarında yumşaq güc vasitəsilə ilə yeni nizam yolunda özü üçün əlverişli zəmin formalaşdırıb. Bu zəmin müstəqil subyekt olan dövlətlərin qeyri-adekvat demokratiya adı altında maraqlar ətrafında birləşdirilməsini təmin etdi. Misal olaraq Afrika regionunu, Yaxın Orta şərqi göstərmək olar:
- Əksər dövlətlərdə formalaşdırılan “silahlı müxalifət” hakimiyyətin tez-tez əl dəyişməsinə səbəb oldu ki, bu da, öz növbəsində milli dövlət anlayışını aradan qaldırdı;
- “Göy qanad”ın “demokratik idarəçilik” vədinin ortaya qoyduğu reallıqlarla verdikləri vəd üst-üstə düşmədi;
- Ağır yaşam şərtləri, bitməz müharibələr həmin ölkələrin həyat tərzinə çevrildi.
“Ərəb baharı”nda qəti qələbə qazanan “inqilabçı mərkəzlər” isə yeni nizam üçün geniş üfüqlər açdı. Məsələn, radikal çevrilişlər dövrünü sona çatdırdı, siyasi aktivliyi az da olsa yumşaltdı və ölkələrin daxilində həll edilməsi olduqca çətin problemlər formalaşdırdı. Beləliklə, həmin regionlar istər-istəməz tərəfə çevrildilər - onların multilateral siyasət yürütmə imkanları məhdudlaşdı. Vaxtilə Qərb blokunun aktiv şəkildə fokuslandığı “Yaxın Orta Şərq” layihəsi müəyyən epizodik (Suriyanın timsalında) məqamlar istisna olmaqla bunu təmin etdi - beləliklə, qısa zamanda əldə edilən nailiyyətlər blokların ilkin qarşıdurmadakı fərqini ortaya çıxardı. Beynəlxalq mütəxəssislərin “Qırmızı qanad” adlandırdıqları qarşı tərəf qədim Asiya və ya Avropada öz hədəflərinə çatmağı planlışdıra bilərdi.
Asiya: iqtisadi maraqlar hərbi qarşıdurmaları istisna edir...
Asiyada isə vəziyyət tamam fərqlidir. Düzdür, burada Qərb blokunun patronajlığı o qədər də aktiv hiss olunmur. Bunun da özlüyündə bəzi səbəbləri var. Birincisi, ortada tarixi Şərq dövlətçilik ənənələri var ki, Qərb bloku öz planlarında bunu gözardı edə bilməz. Başqa sözlə, Uzaq Şərq üçün nəzərdə tutulan yeni dünya düzənində bəzi əlavə və dəyişikliklər qaçılmazdır:
- Çin amili nəzərdən qaçmamalıdır;
- Hərbi toqquşmalar arzuolunan faktorlar deyil - hətta Qərb blokunun Uzaq Şərqdə hərbi aktivliyinin təmin edilməsi üçün infrastrukturlar olsa belə;
- Yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması “bir kəmər, bir yol” layihəsinin kölgəsində inkişaf edəcək - bu, tərəflərin arzusundan asılı olmayaraq həyata keçəcək.
Yəni, Qərb-Şərq qarşıdurmasının ortaya çıxardı yeni dünya düzənində ənənəvi “Asiya buzu” sındırılmayıb. “Göy qanad”ın öz planlarını həyata keçirmək üçün ən böyük maneəsi də məhz iqtisadi nizamın formalaşdırılmasında Şərqə ehtiyac duymasıdır. Əks halda Qərb bloku uzaq Asiyaya nəzərən bu qədər sakit və təmkinli davranmazdı...
Avropa: mərkəzçi qanad reallığı qəbul etmir...
Avropa üçün isə mənzərə tam fərqli xarakter daşıyır. Belə ki, yeni düzəndə Avropanın bəzi ölkələri “göy qanad”da yer almış kimi görünsə də, özünün “xamelion” xarakterindən də əl çəkmir. Başqa sözlə, burada avrosentristlərlə anqlosakson ittifaqı arasındakı tarixi çəkişmələr yenidən ortaya çıxır:
- Mərkəzçi avropalılar ənənələrə sadiqliyin tərəfdardır;
- Mühafizəkar Mərkəzi Avropa yeni düzəndə lider olmayacağını anlayır;
- Köhnə qitənin “orbitr”
funksiyası əlindən çıxır - artıq “beynəlxalq aləm” dedikdə əsas olaraq Avropa Birliyi və onun törəmə təşkilatları anlaşılmayacaq.
Beləliklə, bu kimi faktorlar mərkəzçi avropalıları tam olaraq “göy qanad”da yer almasına mane olur. İndiki halda Fransa, Almaniya və başqa ölkələrin timsalında Qərb, yoxsa Şərq “maraqları” arasında gəzişmələrin şahidi oluruq. Hətta Aİ rəsmilərinin, Avropa ölkələri prezidentlərinin son dövrlər üçün planlaşdırdıqları “şərq səyahətləri”nin də əsasında bu amil dayanır.
Cənubi Qafqaz: hər iki qütbün maraqlarının uzlaşdığı “stansiya”
Nəhayət, yeni düzənin yerləşdiyimiz Cənubi Qafqaz regionu üçün nələr vəd etdiyinə gəlincə... Azərbaycanın 2020-ci ilin Vətən müharibəsində əldə etdiyi qələbə region üçün yeni siyasi-iqtisadi, o cümlədən hərbi reallıqlar formalaşdırdı. Bu reallıqların əsas məqamlarından biri isə ölkəmizin regional güc mərkəzi kimi tanınmasıdır. Yəni, həm Şərq, həm də Qərb bloku həm regional, həm də qlobal layihələrin təşəbbüsçüsü, əsas iştirakçısı, tərəfi kimi Azərbaycanı tanıyır. Bu gün qlobal səviyyədə Azərbaycanın sözü, imzası etimad və dəyərə malikdir. Azərbaycan uzun illərdir ki, məhz sivilizasiyaların dialoq mərkəzinə çevrilib - bu isə yeni düzənin şərtlərinin də məhz Cənubi Qafqazda, Bakıda formalaşdığını göstərir. Azərbaycan bütün maraqları eyni masa arxasına toplaya bilir: Şərq - Qərb mübarizəsinin ən real razılaşma “stansiyası” Zəngəzur dəhlizi sayılır. Bu “stansiya” həm Qərb üçün, həm də Şərq üçün maraqların uzlaşması ünvanı kimi xarakterizə olunur...
Qoşulmama Hərəkatının rolu gücləndirilməlidir
Və sonda... Yeni düzənin formalaşmasında böyük siyasi təşkilatların rolu məsələsinə gəldikdə isə, burada BMT-nin son illərdəki fəaliyyəti, daha doğrusu zəif fəaliyyəti xüsusi vurğulanmalıdır. Son dövrlərdə artan kataklizmlər qlobal təhlükəsizliyə açıq təhdidlər yaradır. Bu gün dünyanın əksər bölgələrində qlobal və ya lokal hərbi qarşıdurmalar müşahidə olunmaqdadır. Bunun qarşılığında isə sülhə xidmət göstərməli olan beynəlxalq platforma kimi BMT-nin fəaliyyəti ardıcıl sayıla bilməz. Başqa sözlə, yaranan vəziyyət nonsesdir. BMT-nin bəzi məqamlarda susqunluq nümayiş etdirməsi, proseslərə müdaxilə etmək istəməməsi, əksinə kənardan izləyici funksiyasında dayanmağa üstünlük verməsi bir sıra suallar yaradır. Qeyd edildiyi kimi, aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Fakt ortadadır: BMT TŞ-nin Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı qəbul etdiyi 4 qətnamə 30 ilə yaxın icra edilmədi - Azərbaycan bu qətnamələrin icrasını öz üzərinə götürdü. Demək ki, bu sahədə də müəyyən dəyişikliklər edilməlidir. Bununla bağlı formul da məhz Bakıda səsləndirildi. Prezident İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10

