Prezident İlham Əliyev Xızı rayonunda səfərdə olub
20.07.2011 [00:55]
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə Xızı şəhərinin mərkəzində salınmış Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə parkda görülmüş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev prospektində yerləşən parkda yaşıllıq zolaqları salınıb, 6 mindən çox dekorativ kol və ağac əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb, bayraq meydanı yaradılıb. Parkda sakinlərin istirahəti üçün hər cür şərait var. Heydər Əliyev Mərkəzinin binası parka xüsusi gözəllik verir.
Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, bina ilə tanış olub.
Prezident İlham Əliyevə məlumat verilib ki, Mərkəzin tikintisinə bu ilin mayında başlanmışdı. Burada ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, xarici ölkələrə və regionlara səfərlərini əks etdirən 14 fotoguşə yaradılıb, Ulu öndərin büstü qoyulub.
Mərkəzdə 90 nəfərlik akt zalı, konfrans zalı, müasir avadanlıqla təchiz olunmuş xidməti otaqlar var. Burada Azərbaycan tarixini və ədəbiyyatını, xarici dil öyrənmək istəyənlər, eləcə də rəsm həvəskarları üçün şərait yaradılıb.
Mərkəzin kitabxanasında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, görkəmli alim, akademik Zərifə xanım Əliyevanın oftalmologiya elminə verdiyi töhfələrdən, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətlərindən bəhs edən nəşrlər var.
Dövlətimizin başçısı Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
ümumi sahəsi 120 kvadratmetrə yaxın olan inzibati binanın foyesində Ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli liderin və Prezident İlham Əliyevin fəaliyyətini, o cümlədən YAP-la bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb. 50 nəfərlik iclas zalı, bütün otaqlar lazımi avadanlıqla təchiz olunub, təşkilatın daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Yeni binada istilik sistemi də quraşdırılıb, ətraf ərazidə yaşıllıq zolağı salınıb, dekorativ ağaclar əkilib.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.
Açılış mərasiminə toplaşan rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verib ki, şirkət tərəfindən inşa olunan bu müasir səhiyyə ocağı dördmərtəbəli əsas korpusdan və yardımçı binalardan ibarətdir.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdikdən sonra mərkəzlə tanış olub.
Binanın foyesində Ulu öndər Heydə
r Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.
Prezidentə məlumat verilib ki, mərkəzdə qəbul və hemodializ, əməliyyat bloku, stasionar və reanimasiya şöbələri, konsultativ diaqnostika poliklinikası var. Müayinə və müalicəni daha da sadələşdirmək məqsədilə qəbul və hemodializ şöbələri birinci, konsultativ diaqnostika poliklinikası ikinci, stasionar və reanimasiya şöbələri isə üçüncü mərtəbədə yerləşdirilib. Hemodializ şöbəsində beş hemodializ aparatı quraşdırılıb. Onlardan biri ayrıca otaqda qoyulub və infeksion xəstələr üçün nəzərdə tutulub. Şüa-diaqnostika şöbəsi kompyuter tomoqraf və rentgen aparatları ilə təchiz olunub. Konsultativ diaqnostika poliklinikasında bütün növ xəstəliklərin müayinəsi və müalicəsi üçün kabinetlər yaradılıb. Endoskopik kabinet tibbin ən son nailiyyətlərinin məhsulu olan fibroqastroskop və kolonoskopla təchiz olunub.
Mərkəzin laboratoriyasında biokimyəvi, mikrobioloji, hematoloji və immunoloji-seroloji analizlərin aparılması mümkündür. Stasionar şöbədə hər biri iki çarpayılıq 10 palata var. Əməliyyat blokunda xaricdə istehsal olunan yüksək keyfiyyətli tibbi avadanlıq quraşdırılıb.
Əsas korpusda regional və yerli konfransların, müxtəlif tədbirlərin keçirilməsi üçün 155 nəfərlik akt zalı var.
Mərkəzdə 205 nəfər daimi işlə təmin ediləcək.
Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirən Prezident İlham Əliyev əhaliyə yüksək tibbi xidmətin göstərilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Müalicə-Diaqnostika Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı səhiyyə ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

