Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Şimal”dan gələn işıq...

“Şimal”dan gələn işıq...

28.07.2023 [10:12]

İqtisadiyyatın bel sütunu - elektroenergetika

Mübariz FEYİZLİ

Son 20 ildə elektroenergetika sahəsində əldə olunan uğurlar - infrastrukturun modernləşdirilməsi, şəbəkənin dayanıqlılığının artırılması, yeni generasiya güclərinin yaradılması Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması baxımından strateji önəm daşıyır. Qürurverici haldır ki, respublikamız qısa müstəqillik tarixində elektrik enerjisini idxal edən ölkədən bu sahədə də ixracatçı ölkəyə çevrilib.

Eyni zamanda, əldə olunan uğurlar arxayınçılıq üçün əsas yaratmır. Prezident İlham Əliyev bu sahədə də strateji yanaşmalar sərgiləyərək ölkənin elektroenergetika sisteminin dayanıqlılığının daha da artırılmasını hədəfləyən qərarlar verir. Təkcə son vaxtlarda bu sahədə dövlət başçısının iştirakı ilə ayrı-ayrı mühüm infrastruktur obyektlərinin açılışı və yaxud təməlqoyma mərasimi keçirilib.  2022-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə “AzərEnerji”nin 9 enerji obyekti tikilərək istismara verilib, 2 enerji obyektinin təməli qoyulub, 6 enerji obyektinin tikintisinə baxış keçirilib. Cari il fevralın 13-də  Bakıda “Gülüstan” sarayında Prezident İlham Əliyevin iştirakı ilə yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Dövlətimizin başçısı tədbirdəki çıxışında Mingəşevir şəhərində yaradılacaq yeni elektroenergetika infrastrukturunun təməlinin qoyulmasını əlamətdar hadisə kimi səciyyələndirərək vurğulayıb ki, ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. Yeni stansiyanın 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub. İyulun 26-da isə dövlətimizin başçısı Bakıda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Şimal” Elektrik Stansiyasının yeni estakadasının, su nasos stansiyalarının və “Şimal” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Artan istehsal gücü

Hazırda Azərbaycanın elektroenergetika sistemində ümumi gücü 6642 MVt olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158,1 MVt olan 30 su elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 MVt gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 MVt olan 8 ?ünəş elektrik stansiyası və ümumi gücü 7,4 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5%-ni təşkil edir.

Son 20 ildə ölkə üzrə  generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də genişmiqyaslı yenidənqurma işləri görülüb. Hazırda respublikamızda ümumi gücü 28619 MVA olan 110-500 kV-luq 240 yarımstansiya istismardadır. Şəbəkənin dayanıqlığının yüksək səviyyədə təmin olunmasının məntiqi nəticəsi olaraq ölkədə elektrik enerjisinin istehsalı getdikcə artır. 2023-cü ilin yanvar-iyun aylarında ölkə üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 381,2 mln. kVt·st, yəni 2,8% artaraq 13 907,9 mln. kVt·st olub. Altı ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 12 826,1 mln. kVt·st, SES-lərdə 891,0 mln. kVt·st, digər mənbələr üzrə isə 190,8 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 31,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 32,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 126,8 mln. kVt·st elektrik enerjisi istehsal edilib. 2023-cü ilin birinci yarımili üzrə elektrik enerjisinin ixracı 1265,2 mln. kVt·st, idxalı isə 137,5 mln. kVt·st olub. İlin sonuna və qarşıdakı illərdə respublikamızda elektrik enerjisinin istehsalında əhəmiyyətli həcmlərdə artım gözlənilir. Belə ki, 2023-cü ildə ölkəmizdə 29,9 milyard kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur. Azərbaycanın quruda 26 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı var. İşğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Zəngəzurda isə külək, günəş və hidroenerji potensialı 10 qiqavatdan çoxdur. Bu potensialdan yararlanmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 2026-cı ildə 24%-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaq hədəfi çərçivəsində Azərbaycanın elektroenergetika tarixində ilk dəfə olaraq xarici investisiya əsaslı külək və günəş elektrik stansiyalarının təməli qoyulub. Ümumi investisiya dəyəri 500 milyon dollardan çox olan 240 MVt gücündə “Xızı-Abşeron” KES və 230 MVt gücündə “Qaradağ” GES layihələri üzrə hazırda işlər davam etdirilir.  Ölkəmizdə energetika sahəsində xarici investisiya əsaslı ilk layihlər çərçivəsində tikiləcək bu stansiyaların istismara verilməsi nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisinin istehsalı, 330 mln.m3-dən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması gözlənilir.

Şərqi Zəngəzurda yaradılan müasir infrastruktur

Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərin elektroenergetika sisteminin bərpası istiqamətində də mühüm layihələr reallaşdırlır. Qısa müddətdə bəhs olunan ərazilərə elektrik enerjisinin verilməsi təmin olunub. Energetiklər sözün əsl mənasında eksteremal şəraitdə fədəkarlıqla çalışıblar.

İşğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Bəhs olunan konsepsiya investorlar da daxil olmaqla hər kəs üçün bu bölgəni ekoloji cəhətdən təmiz enerji ilə təchiz edəcək böyükmiqyaslı fəaliyyətin aydın mənzərəsini yaradır. Burada kiçik su elektrik stansiyalarının bərpası, Laçın-Kəlbəcərdə külək elektrik stansiyasının inşasına da xarici investisiyanın cəlbi başlıca prioritetlərdəndir. Bu ərazilərdə ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpası üçün araşdırmalar aparılır. Hazırda ümumi gücü 26,9 MVt olan 5 kiçik su elektrik stansiyasının (“Çıraq-1”, “Çıraq-2”, “Qamışlı”, “Meydan” və “Soyuqbulaq”) tikintisi üzrə işlər həyata keçirilir. Laçın şəhərinin və kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması nəticəsində ümumi gücü 6,5 MVt olan iki su elektrik stansiyasında da bərpa işləri mümkün olub. Beləliklə, postmüharibə dövründə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır.

Bundan əlavə, Cəbrayıl rayonu ərazisində Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi və istismarı üzrə işlər davam etdirilir. Hazırda hər iki hidroqovşağa aid bəndlərin tikintisi başa çatıb. Su elektrik stansiyalarının beynəlxalq tenderlər keçirilməklə tikintisi nəzərdə tutulur. Bu layihələrin istismara verilməsi təkcə Azərbaycana illik 358 mln. kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq.

Şimal” Elektrik Stansiyasının istismarında yeni mərhələ

“Şimal” Elektrik Stansiyası Azərbaycanın elektroenergetika şəbəkəsinin çox mühüm infrastruktur obyektlərindən biridir. Ümumi gücü 800 MVt olan bu infrastruktur obyekti ölkənin ikinci böyük elektrik stansiyasıdır və Bakının 40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edir. Son 20 ildə Xəzər dənizində suyun səviyyəsinin iki metrə yaxın aşağı düşməsi “Şimal” Elektrik Stansiyasının işində ciddi çətinliklər yaratmışdı. Suyun səviyyəsinin gündən-günə aşağı düşməsi stansiyanın soyutma suyu ilə təchiz olunmasında ciddi problem yaradırdı və ən böyük həcmdə enerji istehsal edən “Şimal-1” və “Şimal-2” Elektrik stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz idi. Bu təhlükəni aradan qaldırmaq üçün təxirəsalınmaz şəkildə “AzərEnerji” ASC tərəfindən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluğunda estakada və 2 yerdə su nasos stansiyası tikilib. Estakadanın möhkəmliyini təmin etmək məqsədilə hər birinin uzunluğu 30 metr olan 1000 ədəd dəmir boru svay 20 metr dənizin dibinə vurulub və betonlanıb.

Layihənin yüksək peşəkarlıqla icrası sayəsində hazırda hər birinin məhsuldarlığı 9000 kubmetr/saat olan 8 nasosdan 2-si ehtiyatda saxlanılmaqla 6 ədədi daim işlək vəziyyətdə olur. Bununla da nasoslar vasitəsilə dənizin 8,5 metr dərinliyindən götürülən aşağı temperaturda 54 min kubmetr su mövcud kanala vurulur.

Stansiyalarda SCADA sistemi tətbiq edilərək, nasos və klapanların avtomatik idarə olunması və rəqəmsal mühafizəsi üçün nəzarət-ölçü cihazları, lokal idarəetmə panelləri, “PLC” idarəetmə sistemi quraşdırılıb. Həmçinin bu idarəetmə sistemi mərkəzi idarəetmə otağındakı monitorlara inteqrasiya edilib ki, bu da nasosların məsafədən işə qoşulmasına və açılmasına, avadanlıqların iş rejimlərinə nəzarət və tənzimlənməsinə, kanalda suyun səviyyəsinə nəzarətə, şandorun avtomatik açılıb-bağlanmasına şərait yaradır.

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31