/ / Prezident İlham Əliyev Nizami və Xətai rayonlarında körpələr evi və uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub
Prezident İlham Əliyev Nizami və Xətai rayonlarında körpələr evi və uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub
01.03.2012 [22:51]
Prezident İlham Əliyev əvvəlcə paytaxtın Nizami rayonundakı 110 nömrəli körpələr evi və uşaq bağçasına gəlib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov binada əsaslı təmir və yenidənqurma zamanı görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, bağçanın binası 1965-ci ildə inşa olunub. Son dəfə 1976-cı ildə əsaslı təmir edilib. Müəssisə 12 qrupdan ibarət 220 uşaq üçün nəzərdə tutulub. Hazırda burada fəaliyyət göstərən 7 qrupda 150 uşaq tərbiyə alır. Qalan 5 qrupun otaqlarında isə məcburi köçkünlər məskunlaşıb. Diqqətə çatdırıldı ki, binanın ümumi sahəsi 1700 kvadratmetrdir. İki mərtəbədən və 6 korpusdan ibarət körpələr evi və uşaq bağçasının binası dövlət başçısının tapşırığı ilə qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq əsaslı təmir edilib. Qazanxana yenidən qurulub, yeni istilik sistemi yaradılıb, bina isti və soyuq su ilə tam təchiz edilib. Körpələr evi və uşaq bağçasının yeməkxanası da ən müasir tələblər səviyyəsindədir.
Bağçanın bir hektarlıq həyətyanı sahəsində də abadlıq və quruculuq tədbirləri görülüb. Burada uşaqların əylənməsi üçün xüsusi guşələr yaradılıb. Binanın və ərazinin işıqlandırma sistemi tamamilə yenidən qurulub, işıq dirəkləri yeniləri ilə əvəz edilib. Dövlətimizin başçısı İlham Əliyev Xətai rayonundakı 251 nömrəli körpələr evi və uşaq bağçası binasının da yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış olub. Burada görülən işlərlə bağlı Prezidentə məlumat verilib. Qeyd olunub ki, bu körpələr evi və uşaq bağçasının binası 1984-cü ildə inşa olunub. 120 yerlik bağçada 6 qrup fəaliyyət göstərir. İki mərtəbədən və 4 korpusdan ibarət binanın ümumi sahəsi 1100 kvadratmetrdir. Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri nəticəsində burada uşaqların təlim və tərbiyəsi üçün ən müasir şərait yaradılıb. Körpələr evi və uşaq bağçasında qazanxana tamamilə yenidən qurulub, müasir istilik sistemi yaradılıb, daimi olaraq isti və soyuq su ilə təchiz edilib.
Müəssisənin 3500 kvadratmetrlik həyətyanı sahəsində də abadlaşdırma işləri aparılıb, uşaqların əylənməsi üçün lazımi şərait yaradılıb. İşıqlandırma sistemi yeniləri ilə əvəz edilib.
Körpələr evi və uşaq bağçalarının hər ikisində təhlükəsizlik kameraları quraşdırılıb.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06

