Oyun bitdi...
22.12.2023 [10:00]
Və futbol başladı
İlk və həlledici zərbə!
Dünən hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə dolduran, bizlərə sonsuz qürur yaşadan tarixi anlara şahidlik etdik. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəldilər. Baş verənlər nə idi - möcüzə, xəyal, yoxsa reallıq? Yox, hisslərimizə sahib çıxaq, şahidi olduqlarımız bir vaxtlar xəyalımızın hüdudlarına belə sığışdıra bilməyəcəyimiz gerçəklik idi. Fantaziya gəmisi bizləri mücərrəd, yeri-yurdu bilinməyən bir şəhərə aparmamışdı. Məkan həmin məkan idi - o məkan ki, orada cəmi dörd il bundan qabaq işğalçı Ermənistanın baş naziri lovğa-lovğa “Qarabağ Ermənistandır və nöqtə” demişdi...
Etiraf edək, onun dilindən bu ifadəni eşitmək bizə çox ağır gəldi, qəzəbimiz aşıb-daşdı. Hər kəs özlüyündə barışmadı, etiraz etdi bu absurd deyimə. Bu etiraz ondan qaynaqlanırdı ki, Şuşa, Xankəndi, Ağdam, digər şəhər və kəndlərimiz işğal altında olsa da, biz bütün varlığımızla, şüurumuz və qəlbimizlə bilirdik ki, o yerləri bizimdir.
Düz üç onillik ərzində Ermənistanın siyasi rəhbərliyi, Qarabağdakı separatçılar və onlara havadarlıq edən xarici qüvvələr triosu bu siyasi oyunu davam etdirmək üçün min cür fitnə-fəsada, qərəzçiliyə, qarayaxmalara, şantaja əl atdılar...
Nəticə iflas oldu. Azərbaycan, şəxsən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev strateji düşüncə və yanaşmaları, Qarabağ siyasətində qətiyyəti və ardıcıllığı, tələsmədən və gecikmədən bütün bu oyun ssenarilərini pozmağa nail oldu. 2020-ci ildə 44 gün ərzində aparılan ədalətli müharibədə Silahlı Qüvvələrimizin rəşadəti ilə qazanılan şanlı Qələbə sayəsində torpaqlarımızın böyük hissəsi hərbi-siyasi yolla işğaldan azad edildi. Qalib Ordumuz 2023-cü il sentyabr ayının 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirini uğurla başa çatdırmaqla siyasi oyunbazlığın tabutuna son mismarlarını vurdu. Artıq bütün Qarabağda suverenliyimiz tam təmin olunub və bu yerlərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Qarabağ üzərindən oynanılan siyasi oyunbazlığın sonunu gətirən Azərbaycan burada ilk futbol yarışı təşkil edib. 30 ildən sonra bu tarixi oyunda topa ilk zərbəni də Qalib Prezidentin vurması dünya daha bir mesajdır - məkrli oyun bitib - Qarabağda sülh, əmin-amanlıq simvolu olan idman oyunları başlayır! Oyunun nəticəsinə, kimin məğlub, kimin qalib olduğuna diqqət çəkməyəcəyik. Bütün hallarda qalib Azərbaycan və xalqımızdır. Xankəndi stadionunda keçirilən futbol oyunu çox doğru olaraq Qarabağa gələn əmin-amanlığın, sülhün müjdəsi kimi dəyərləndirlir. Yarışda “Qarabağ” komandasının və Mərkəzi Ordu İdman Klubunun üz-üzə gəlməsinin böyük rəmzi mənası var. Bu yerlərə qayıtmaq “Qarabağ”ın haqqı idi - ona çatdı. Eyni zamanda, bu qayıdış məhz güclü Ordumuzun sayəsində baş tutub. Prezident İlham Əliyevin Xankəndi stadionunda “Qarabağ” - MOİK oyunu başlamazdan əvvəl etdiyi çıxışında bildirdiyi kimi, Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

