/ / Azərbaycan ilk illərdən Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyub
Azərbaycan ilk illərdən Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyub
23.05.2012 [00:32]
Xəbər verdiyimiz kimi, mayın 21-də ABŞ-ın çikaqo şəhərində keçirilən NATO-nun Sammiti çərçivəsində dövlət və hökumət başçılarının Əfqanıstan üzrə görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
NATO-nun sayca 25-ci sammiti 13 illik fasilədən sonra yenidən ABŞ-da keçirilib. Dünyanın 28 ölkəsinin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri toplantıda 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması və bundan sonra ölkədə vəziyyətə nəzarətin milli təhlükəsizlik qüvvələrinə verilməsi ilə bağlı hərəkət strategiyası müzakirə olunub.
Görüşü açan NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, bu gün burada Əfqanıstan dövlətinin və əfqan xalqının gələcəyi müzakirə edilir.
Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstandakı fəaliyyətindən danışan NATO-nun baş katibi qeyd edib ki, bu qüvvələr terror ilə mübarizədə fəal rol oynayıblar. Hazırda Əfqanıstanda NATO qüvvələrinin səlahiyyətlərinin ölkə polisinə və hərbçilərə həvalə olunması prosesi davam edir.
ABŞ Prezidenti Barak Obama da görüşdə çıxış edərək Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərəfindən Əfqanıstanda həyata keçirilən əməliyyatları yüksək qiymətləndirib və bildirib ki, alyansın iki il əvvəl Lissabon Sammitində qəbul olunmuş qərara əsasən, NATO qüvvələrinin səlahiyyətlərinin yerli təhlükəsizlik qüvvələrinə verilməsi prosesinə başlanıb. Əfqanıstanın 75 faiz ərazisinə artıq əfqanlar özləri nəzarət edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev də görüşdə çıxış edib.
Dövlətimizin başçısı Azərbaycanın ilk illərdən Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyduğunu vurğulayıb. Azərbaycanın bu sahədə alyansın ən fəal üzvlərindən biri olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, ölkəmiz Əfqanıstanda öz hərbçilərinin iştirakı ilə sülhyaratma missiyasını davam etdirir. Eyni zamanda, Azərbaycan əfqan hərbçilərinin müxtəlif sahələrdə hazırlanması və treninqlərin keçirilməsi ilə Əfqanıstana öz töhfəsini verir.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan Əfqanıstana öz yardımını 2014-cü ilədək davam etdirəcək, lazım gəldikdə ondan sonra da əlindən gələni əsirgəməyəcək.
Görüş başa çatdıqdan sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın çikaqo şəhərinə işgüzar səfəri başa çatıb. Azərbaycan dövlətinin başçısını çikaqonun “O Hare” Beynəlxalq Aeroportunda ABŞ-ın rəsmi şəxsləri yola salıblar.
Dünən dövlətimizin başçısı Bakıya qayıdıb. Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
* * *
Mayın 21-də çikaqoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük Britaniyanın Baş naziri Devid Kemeronun görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf səviyyəsindən məmnunluq bildirilib, bu əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub.
ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqdan gözəl nəticələrin əldə olunduğu qeyd edilən görüşdə “bp” şirkəti ilə birgə səylər nəticəsində “Cənub” dəhlizinin yaradılması istiqamətində uğurlu addımlar atıldığı və bu prosesin davam etdirildiyi vurğulanıb.
Bundan əlavə, Əfqanıstanda vəziyyətin yaxşılaşdırılmasına, bu ölkədə sülhün və təhlükəsizliyin təmin olunmasında birgə əməkdaşlığa böyük əhəmiyyət verildiyi qeyd edilib.
Görüşdə tərəflər arasında bir sıra regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35

