Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / İntizam Komitəsi üç klubu cərimələyib

İntizam Komitəsi üç klubu cərimələyib

14.05.2025 [13:35]

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXXIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Sabah” – “Şamaxı” oyununda əsasnamənin tələbləri pozulduğuna görə meydan sahibləri 500 manat cərimə edilib.

“Kəpəz” – “Sumqayıt” görüşündə Gəncə təmsilçisinin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.

“Kəpəz”in azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “sari-göylər” 1000 manat, oyun bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün 1500 manat ziyana düşüb.

Oyununun 89-cu dəqiqəsində “Sumqayıt” qapıçısı Rəşad Əzizli və yarımmüdafiəçi Vüqar Mustafayev təcavüzkar davranışlarına görə birbaşa qırmızı vərəqə aldıqları üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıblar, klub isə 6000 manat məbləğində cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Paylaş:
Baxılıb: 340 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

YAP xəbərləri

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28