Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisi Vətənə qayıdıb

20.05.2025 [11:27]

İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

“Light sanda” növü üzrə mübarizə aparan idmançılarımız yarışı 5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurublar.

Qızların yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva (11 yaş, 38 kiloqram) dünya çempionu olub.

Oğlanlar arasında isə Rəsul Əsgərov (11–12 yaş, 36 kiloqram), Hüseyn Əliyev (13–15 yaş, 48 kiloqram), Toğrul Mikayılov (böyüklər, 65 kiloqram), Eller Orucov (böyüklər, 75 kiloqram) qızıl, Əli Baxışov (11–12 yaş, 33 kiloqram) və Əkbər Əhmədzadə (13–15 yaş, 70 kiloqram) gümüş mükafata yiyələniblər.

Azərbaycan yığması bu nəticə ilə komanda hesabında isə 3-cü yerin sahibi olub.

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

Gündəm

Siyasət

Xilaskarlıq missiyası

14 İyun 12:05  

MEDİA

150 ilə sözardı

14 İyun 11:38  

Analitik

Analitik

Ukraynaya “mesaj”...

14 İyun 11:00  

Siyasət

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30