Elxan Məmmədov: Cüdoçularımızın Avropa çempionatındakı nəticələri idmanımız üçün böyük uğurdur
03.11.2025 [15:16]
Cüdoçularımızın Avropa çempionatında əldə etdikləri nəticələr idmanımız üçün böyük uğurdur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi cüdoçularda ibarət Azərbaycan millisinin böyük məşqçisi Elxan Məmmədov Moldovanın paytaxtı Kişineuda gənclər arasında Avropa çempionu olan yığmanın nəticələri ilə bağlı danışarkən deyib.
Mütəxəssisin sözlərinə görə, Azərbaycan idmançıları cüdo tarixində ilk dəfə 66 və +100 kiloqram çəki dərəcələrində U-23 qitə çempionatında qızıl medal əldə edərək mühüm nailiyyətə imza atıblar: “100 kiloqramda Kənan Nəsibovun çıxışından çox razı qaldıq. O, Azərbaycan cüdosu üçün nadir tapıntıdır. Yarımfinalda gürcüstanlı idmançıya qalib gəlməsi sevindirici haldır. Çünki gürcüstanlılar yuxarı çəki dərəcələrində hər zaman dominantlıq ediblər. Həmin cüdoçu gənclər arasında Avropa və dünya çempionudur. Kənanın belə idmançıya qarşı əldə etdiyi qələbə bizə ikiqat sevinc yaşatdı. 66 kiloqramda isə İslam Rəhimovdan uzun zamandır medal gözləyirdik. Neçə illərdir beynəlxalq yarışlarda nəticə verə bilmirdi. Zədə ona özünü daha yaxşı tərəfdən göstərməyə imkan vermirdi. Şükürlər olsun ki, bu dəfə ümidləri doğrultdu. Final görüşündə xarakter göstərdi”.
O, bəzi cüdoçuların isə gözlənilən nəticəni göstərə bilmədiklərini söyləyib: “Turnirdə 9 idmançı ilə təmsil olunduq. Təbii ki, komandanın hər bir üzvündən medal gözləyirdik. Təəssüf ki, Hüseyn Allahyarov (60 kiloqram), Vüsal Qələndərzadə (81 kiloqram) və Əjdər Bağırov (100 kiloqram) mükafatçılar sırasında yer ala bilmədilər. Ola bilsin ki, psixoloji və ya fiziki baxımdan yorğun olublar. Amma bu idmançılarımız böyüklərdən ibarət yığmaya da cəlb olunurlar. Potensialı yüksək olan gənclərdir. Bu uşaqlarla 2028-ci Los-Anceles Olimpiadasına qədər daha güclü komanda olacağıq”.
Xatırladaq ki, Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla həm ümumi komanda hesabında, həm də kişilər arasında birinci yeri tutub. Yarışda təkcə kişi cüdoçuların çıxış etməsinə baxmayaraq, yığmamız 37 ölkə arasında lider olmağı bacarıb.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53

