AZƏRTAC “Bakı-2015”in rəsmi media tərəfdaşı oldu
13.05.2015 [10:08]
Mayın 11-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb.
Sazişi AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq imzalayıblar.
Azərbaycanda ən böyük və yeganə rəsmi informasiya agentliyi olan AZƏRTAC “Bakı-2015”i işıqlandırmaq üçün ümumilikdə 50-dən çox əməkdaşını, o cümlədən müxbir, fotomüxbir və operator cəlb edib. Agentliyin Oyunlarla bağlı xəbərləri və fotoları oxuculara 7 dildə təqdim olunur. Müqaviləyə əsasən, AZƏRTAC “Bakı-2015” ilə bağlı videoxəbərləri Azərbaycan dilində təqdim edəcək. Oyunlarla bağlı bütün bu xəbərlər AZƏRTAC-ın saytında yaradılan “Bakı-2015” bölməsində yerləşdirilir.
AZƏRTAC yarışlarda iştirak edən yerli və xarici idmançılar haqqında xəbərlər, reportajlar hazırlamaqla birinci Avropa Oyunlarını həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliğ edir.
Sazişin imzalanması ilə bağlı fikirlərini bölüşən “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Biz AZƏRTAC-ın “Bakı-2015”in rəsmi informasiya tərəfdaşı olmasından çox məmnunuq. İnanırıq ki, AZƏRTAC-ın bu Oyunları işıqlandırması Azərbaycanda daha çox insanın idmanla məşğul olmağa həvəsləndirilməsi işinə mühüm töhfə verəcək. AZƏRTAC “Bakı-2015”in rəsmi media tərəfdaşı olmaqla bir milyarddan çox tamaşaçının izləyəcəyi birinci Avropa Oyunlarının brendinin beynəlxalq miqyasda təbliğində böyük rol oynayacaq”.
AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov sazişin əhəmiyyətindən danışaraq deyib: “Dünya informasiya məkanında layiqli yer tutan, mötəbər beynəlxalq media qurumlarında fəal təmsil olunan agentliyimizin həyatında bu gün əlamətdar bir hadisə baş verir. Biz AZƏRTAC-ın Azərbaycanda keçiriləcək mötəbər idman yarışını - birinci Avropa Oyunlarını təbliğ etməsi üçün “Bakı-2015”in rəsmi media tərəfdaşı olmasından böyük məmnunluq duyuruq. AZƏRTAC təmsil olunduğu dünyanın ən böyük informasiya alyansları, eləcə də əməkdaşlıq etdiyi 130-dan artıq ölkənin xəbər agentlikləri vasitəsilə birinci Avropa Oyunlarının təbliğində fəal iştirak edir, hazırlıq prosesini geniş işıqlandırır. Birinci Avropa Oyunlarının informasiya təminatına 50-dən çox əməkdaşını cəlb edən, eləcə də bütün potensialını səfərbərliyə alan AZƏRTAC üzərinə düşən məsul missiyanın öhdəsindən layiqincə gəlməyə, bu möhtəşəm idman bayramının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliğinə öz töhfəsini verməyə çalışacaq”.
Baş direktor bildirib ki, Avropanın 50 ölkəsindən 6 mindən çox atletin 253 dəst medal uğrunda mübarizə aparacağı bu çoxşaxəli idman bayramının yüksək səviyyədə keçiriləcəyindən əminəm. Son illərdə ölkəmizin bir çox mötəbər beynəlxalq forumlara, konfranslara, idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsi, eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin uğurla və sürətlə apardığı hazırlıq işləri, həmçinin Prezident İlham Əliyevin bu prosesi daim diqqət mərkəzində saxlaması, “Bakı-2015” Əməliyyat Komitəsinin peşəkar komandasının fəaliyyəti bunu deməyə əsas verir.
Sazişə əsasən, AZƏRTAC “Bakı-2015” birinci Avropa Oyunlarının loqosunu və “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi informasiya agentliyi” nişanını öz xəbərlərində, foto və videomateriallarında istifadə etmək və yayımlamaq hüququ əldə edib.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09

