Alov festivalının növbəti ünvanı: Qədim Bərdə
14.05.2015 [10:21]
Birinci Avropa Oyunlarının məşəli mayın 13-də Yevlaxdan Nüşabə yurduna - Aran Qarabağın qədim şəhəri Bərdəyə gətirilib.
AZƏRTAC xəbər verir ki, gündən-günə gözəlləşən və inkişaf edən Bərdə şəhərinin girişindəki Dövlət Bayrağı meydanında birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi olub.
Bərdə şəhər 1 nömrəli incəsənət məktəbinin müəllimi Səxavət İsmayılov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.
Məşəlçilər yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Nüşabə küçəsi və Heydər Əliyev prospektindən keçməklə, Bərdə türbəsinə, sonra isə mərkəzi meydana gəliblər. Rayonun fəal gənclərindən olan Fuad Ağayev səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. Oyunların sonuna qədər şəhərdə qalacaq çıraq rayon ictimaiyyətinə təqdim edilib.
Əsl xalq bayramına çevrilən Alov festivalında birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin konsert proqramı bərdəlilərin bayram sevincini daha da artırıb. 50 min nəfərə yaxın insanın izlədiyi festival, o cümlədən idmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, Alov şousu bərdəlilərdə xoş ovqat yaradıb.
Məşəl yürüşündə iştirak edən sonuncu məşəlçi Fuad Ağayev təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Birinci Avropa Oyunlarının məşəlini daşıyanlardan biri də mən olduğum üçün qürur hissi keçirirəm. İlk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada qazandığı nüfuzdan xəbər verir. Bu əlamətdar hadisə Azərbaycanın tarixinə parlaq səhifə kimi həkk olunacaq. Birinci Avropa Oyunları ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin nümayişinə şərait yaradacaq, bütün dünya Azərbaycanı izləyəcək. Birinci Avropa Oyunlarının alovu bütün insanları, bütün dünyanı birliyə, həmrəyliyə, dostluğa çağırır”.
Məşəl yürüşü mərasiminin sevincini yaşayan Mirzalıbəyli kənd tam orta məktəbinin müəllimi Nizami Quliyev fikirlərini belə ifadə edib: “Bu gün kiçikdən böyüyə minlərlə Bərdə sakini “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün meydana toplaşıb. Siz insanların çöhrəsindəki sevinc və bayram coşqusuna baxın. Bunu görmək çox gözəldir. İnanırıq ki, idman sülh və dostluq elçisi kimi Azərbaycan həqiqətlərini, xalqımızın arzu və istəklərini bütün dünyaya çatdıracaq. Qoy, Azərbaycan qalib gəlsin”.
Budo döyüş növü üzrə dördqat dünya çempionu Anar Süleymanov isə deyib: “Alov festivalında ikiqat sevinclə iştirak edirəm. Bu böyük bayrama bir neçə gün əvvəl İtaliyada keçirilən dünya miqyaslı yarışdan qazandığım birinciliyin qələbə sevinci ilə qatılmışam. Çox ölkələrdə idman yarışlarında olmuşam. Həmişə arzum olub ki, belə yarışlar Azərbaycanda da keçirilsin. Artıq bu arzum da reallaşır. Doğma rayonumda bu cür möhtəşəm festivalın keçirilməsinə, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsinə görə sevincimin həddi-hüdudu yoxdur. Yarışlarda iştirak edən idmançılarımıza uğurlar arzulayıram”.
Alov festivalı atəşfəşanlıqla başa çatıb.
Mayın 14-də məşəl karvanı Goranboy və Naftalana yollanacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31

