Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanda gimnastika yarışları bərpa olunur

Azərbaycanda gimnastika yarışları bərpa olunur

05.01.2022 [15:03]

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2020-ci ildə milli yarışları keçirməyə hazırlaşır. “Yeni Azərbaycan” federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ilin ilk 3 ayı ərzində Milli Gimnastika Arenasında müxtəlif gimnastika növləri üzrə 4 milli yarış keçiriləcək. 
Belə ki, yanvarın 29-da batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı, fevralın  24-25-də akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı, martın 16-da bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı, martın 25-26-da isə qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatları keçiriləcək. 
Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə bir sıra idman növlərində olduğu kimi, gimnastikada da 2020-2021-ci illər ərzində keçirilməsi nəzərdə tutulan yerli yarışlar təxirə salınmışdı. Yarışların Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Paylaş:
Baxılıb: 929 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30