Şəffaflıq naminə
15.11.2025 [10:49]
Büdcə xərclərinin funksional təsnifatı genişləndirilib
Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, balıqçılıq və balıq ovu ilə bağlı xərclər, eləcə də Prezidentin Protokol Xidmətinin xərcləri büdcə xərclərinin funksional təsnifatına əlavə edilib. Büdcə sənədinin “Balıqçılıq və balıq ovu” köməkçi bölməsinə balıqçılıq su obyektlərində həyata keçirilən fəaliyyət növləri, balıqçılıqla bağlı xidmətlərə rəhbərlik, balıq və digər su bioresurslarının mühafizəsi, artırılması, yetişdirilməsi, bərpası və səmərəli istifadəsi, balıq və digər su bioresurslarının ovlanması fəaliyyətinə nəzarət və onların tənzimlənməsi, bu sahədə məlumatların yayılması üzrə xidmətlər və idarə edilməsi, balıqçılıqla bağlı layihələrin hazırlanması və bu qəbildən olan digər xərclər daxildir.
Maliyyə resurslarının səmərəli idarə olunması
Qeyd edək ki, büdcə təsnifatı dövlət büdcəsində gəlir və xərclərin, habelə kredit və borc əməliyyatlarının vahid və sistemli şəkildə qruplaşdırılması, kodlaşdırılması və qeydiyyat sistemidir. Büdcə təsnifatı maliyyə resurslarının məqsədli, səmərəli və effektiv idarə olunmasına imkan verir, dövlət büdcəsi üzərində tam nəzarət və analitik təhlil üçün əsas yaradır. Onun köməyi ilə dövlətin bütün maliyyə axınları şəffaf, idarə olunur, hər bir gəlir, xərc və öhdəlik təsnifat kodları ilə ayrılır, onların təyinatı, mənbəyi və funksiyası aydın şəkildə müəyyənləşdirilir. Bu baxımdan maliyyə siyasətinin uğurla həyata keçirilməsində və dövlətin maliyyə resurslarını düzgün idarə etməsində vahid büdcə təsnifatı mühüm əhəmiyyət daşıyır.
Ölkəmizdə büdcə təsnifatı əsas etibarilə “Büdcə sistemi haqqında” qanun və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq normativ sənədlərlə tənzimlənir. Bu sənədlər təsnifatın vahid, dəyişməz və rəsmi əsaslara uyğun qurulmasını təmin edir. Büdcə təsnifatı dövlət maliyyə nizam-intizamının vacib komponenti olduğundan illik yenilənir və təkmilləşdirilir. Son illərdə Azərbaycanda həyata keçirilən büdcə siyasətinə əsasən, fiskal siyasətin təkmilləşdirilməsi, dövlət maliyyəsi, mühasibat uçotu, dövlət xəzinədarlığı və dövlət maliyyə nəzarəti və dövlət büdcəsi xərclərinin optimallaşdırılması tədbirləri çərçivəsində daha təkmil və müasir yanaşmalar tətbiq olunur. Bu islahatlar həm də vahid büdcə təsnifatı üzrə tədbirləri əhatə etməkdədir.
Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına uyğun olaraq 2025-ci ilin və 2026-cı ilin büdcə sənədlərində təhsil, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı bölmələri üzrə funksional təsnifatlar üzrə risklər təhlil edilib və onların qarşısının alınması (mitiqasiyası) tədbirləri əks olunub. Bu təsnifat maliyyə axınlarının iqtisadi mahiyyətinin aydınlaşdırılmasına kömək etməklə xərclərin şəffaflıq göstəricilərini əks etdirir.
Büdcə xərclərinin DİM ilə uyğunluğu
Vahid büdcə təsnifatı həm də Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması baxımından dövlətin maliyyə baxışlarını əks etdirən strateji addımlardan biridir. Ötən dövr ərzində Azərbaycan DİM istiqamətində ölkə miqyasında bir sıra mühüm irəliləyişlər əldə edib, 2024-cü ildə BMT-yə DİM-in icrasına dair 4-cü Könüllü Milli Hesabatı təqdim edən beş ölkədən biri olub. Eyni zamanda, 2025-ci il üzrə son dərc edilmiş Dayanıqlı İnkişaf Hesabatına əsasən, Azərbaycan 72,9 balla 167 ölkə arasında 64-cü yerdə qərarlaşıb. Ölkə üzrə prioritetləşdirilmiş DİM-lərlə bağlı hədəflərin sayı 88-dən 96-ya, indikatorların sayı isə 119-dan 129-a qədər artırılıb ki, bu da milli səviyyədə daha geniş monitorinq çərçivəsinin formalaşdığını göstərir.
DİM-lərlə bağlı həyata keçirilən tədbirlər kontekstində OMXÇ-də nəzərdə tutulan addımlardan biri büdcə xərclərinin “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorları üzrə büdcə sifarişləri və icra göstəricilərinə dair məlumatlarının hazırlanmasıdır. Həmin strategiya üzrə tədbirlərin büdcə xərclərində funksional təsnifat üzrə göstəricilərinin əhəmiyyətli hissəsi DİM-lərlə əlaqəlidir. Belə ki, “Təhsil” sektoru üzrə 2026-cı il üçün proqnozlaşdırılmış 5 milyard 15,9 milyon manat xərcin 4 milyard 953,8 milyon manatı “keyfiyyətli təhsil” bölməsi üzrə DİM-lə birbaşa əlaqəsi təmin olunub, 62,1 milyon manat məbləğ isə müxtəlif sektorlar üzrə insan kapitalının inkişafı və peşəkar fəaliyyətin stimullaşdırılması tədbirlərinə aid edilib.
Nəticə əsaslı büdcə mexanizminin tətbiqi
Nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu “Sosial müdafiə və sosial təminat” sektoru üzrə 2026-cı il üzrə proqnozlaşdırılmış 4 milyard 578,8 milyon manat məbləğ bütünlüklə, “Yoxsulluğa son”, “Layiqli əmək və iqtisadi artım” və “Bərabərsizliyin azaldılması” DİM-lərlə birbaşa əlaqəliliyi də uzlaşdırılıb. “Kənd təsərrüfatı” sektoru üzrə 2026-cı il üçün proqnozlaşdırılmış 1 milyard 226,5 milyon manatın 89,4 faizi, yəni 1 milyard 095,9 milyon manatı “Aclığa son”, “Yoxsulluğa son”, “Təmiz su və sanitariya”, “Layiqli əmək və iqtisadi artım” və “Dəniz ekosisteminin mühafizəsi” də DİM-lərlə birbaşa əlaqələndirilib. Eləcə də “Ətraf mühitin mühafizəsi” sektoru üzrə 415,8 milyon manat məbləğin 377,3 milyon manatı müxtəlif DİM-lərlə birbaşa əlaqəli şəkildə uzlaşdırılıb.
2026-cı il üzrə” Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarının tədbirləri üzrə iqlim dəyişikliyi ilə əlaqəli 1 milyard 356,7 milyon manat məbləğin 1 milyard 335,5 manatı adaptasiya tədbirləri, 21,2 milyon manatı isə mitiqasiya tədbirləri üçün proqnozlaşdırılıb. Həmçinin, həmin sektorlar üzrə iqlim dəyişikliyi ilə əlaqəli xərclərin 1 milyard 306,3 milyon manatı qarışıq xərclər və 50,4 milyon manatı isə xalis “yaşıl xərclərə” aid edilib. Bütün bunlar vahid büdcə təsnifatı ilə funksional xərclərin tam açıqlığını əks etdirməklə büdcə məlumatları üzrə şəffaflığın gücləndirilməsinə xidmət edir.
Beləliklə, NK-nın “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” müvafiq qərarında dəyişikliklərin edilməsi və balıqçılıq sahəsi üzrə xərclərin, eləcə də Prezidentin Protokol Xidmətinin xərclərinin büdcə xərclərinin funksional təsnifatına əlavə edilməsi büdcədə funksional təsnifatın əhatəsinin daha da genişlənməsinə səbəb olmaqla, şəffaflıq göstəricilərinin miqyasını da artırmış olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
09 Dekabr 14:10
Hərbi
09 Dekabr 14:09
Sosial
09 Dekabr 14:06
Siyasət
09 Dekabr 14:05
Gündəm
09 Dekabr 13:36
Gündəm
09 Dekabr 13:34
İqtisadiyyat
09 Dekabr 12:34
Siyasət
09 Dekabr 12:22
Gündəm
09 Dekabr 12:07
Siyasət
09 Dekabr 11:58
Siyasət
09 Dekabr 11:43
MEDİA
09 Dekabr 11:35
Hadisə
09 Dekabr 11:29
Sosial
09 Dekabr 11:25
Hadisə
09 Dekabr 11:24
İqtisadiyyat
09 Dekabr 11:23
İqtisadiyyat
09 Dekabr 11:22
Siyasət
09 Dekabr 11:14
Siyasət
09 Dekabr 11:05
Analitik
09 Dekabr 10:58
Mədəniyyət
09 Dekabr 10:34
Sosial
09 Dekabr 10:12
Ədəbiyyat
09 Dekabr 09:57
Analitik
09 Dekabr 09:32
Analitik
09 Dekabr 09:15
Sosial
09 Dekabr 08:53
Sosial
09 Dekabr 08:38
Gündəm
08 Dekabr 22:56
Sosial
08 Dekabr 22:54
Gündəm
08 Dekabr 22:24
Sosial
08 Dekabr 22:19
Gündəm
08 Dekabr 21:53
Gündəm
08 Dekabr 21:41
Dünya
08 Dekabr 21:17
Dünya
08 Dekabr 20:49
Dünya
08 Dekabr 20:22
Xəbər lenti
08 Dekabr 19:51
Dünya
08 Dekabr 19:18
Gündəm
08 Dekabr 18:49
Gündəm
08 Dekabr 18:46
Dünya
08 Dekabr 18:27
Analitik
08 Dekabr 18:01
Gündəm
08 Dekabr 17:52
Dünya
08 Dekabr 17:45
YAP xəbərləri
08 Dekabr 16:42
İdman
08 Dekabr 16:30
Siyasət
08 Dekabr 16:22
MEDİA
08 Dekabr 16:20
Siyasət
08 Dekabr 15:59
Siyasət
08 Dekabr 14:18
Dünya
08 Dekabr 13:56
Siyasət
08 Dekabr 13:51
Siyasət
08 Dekabr 13:46
Siyasət
08 Dekabr 13:46
Elm
08 Dekabr 13:01
Sosial
08 Dekabr 12:59
Siyasət
08 Dekabr 12:54
Mədəniyyət
08 Dekabr 12:40
Dünya
08 Dekabr 12:29
İqtisadiyyat
08 Dekabr 12:19
İqtisadiyyat
08 Dekabr 12:18
Hadisə
08 Dekabr 12:17
Gündəm
08 Dekabr 12:17
Sosial
08 Dekabr 12:08
Dünya
08 Dekabr 11:53
Gündəm
08 Dekabr 11:31
Siyasət
08 Dekabr 11:22
Dünya
08 Dekabr 11:19
Elanlar
08 Dekabr 11:14
İqtisadiyyat
08 Dekabr 11:12

