Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib -Yenilənib

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib -Yenilənib

30.04.2022 [13:55]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Dünya Turizm Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Zurab Pololikaşvili turizmin inkişafına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Söhbət zamanı ölkəmizdə hazırkı postpandemiya dövründə pandemiyadan əvvəlki turizmin inkişaf səviyyəsinin bərpa edilməsi və daha da artırılması istiqamətində həyata keçirilən və görüləcək işlərdən danışıldı. Bu baxımdan ölkəmizin müvafiq strukturları tərəfindən Dünya Turizm Təşkilatının tövsiyələrindən istifadə olunmasının önəmi vurğulandı.

Ölkəmizin əldə etdiyi böyük iqtisadi uğurların, hökm sürən əmin-amanlığın, geniş turizm infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlərin turizmin inkişafı üçün çox yaxşı zəmin yaratdığı bildirildi.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş:
Baxılıb: 952 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30