Uzun iş saatları nələrə səbəb ola bilər?
16.05.2025 [08:11]
“Peşə və Ətraf Mühit Təbabəti” jurnalında onlayn dərc olunan yeni bir ilkin tədqiqatın nəticələrinə görə, uzun iş saatları beynin strukturu üzərində nəzərəçarpacaq dəyişikliklərə səbəb ola bilər. Xüsusilə, bu dəyişikliklər iş yaddaşı, emosional tənzimləmə və problemlərin həlli kimi icra funksiyaları ilə əlaqəli beyin bölgələrində müşahidə olunub. Tədqiqatçılar qeyd edirlər ki, xroniki olaraq uzun müddət işləmək, yəni həftədə 52 saat və ya daha çox işləmək, idrak və emosional sağlamlığa təsir edə biləcək neyroadaptiv dəyişikliklərə yol aça bilər. Bu müşahidələr beynin spesifik sahələrində struktur fərqləri üzə çıxaran neyroimaging texnikaları - voksel əsaslı morfometriya (VBM) və atlas əsaslı analiz - vasitəsilə aparılıb.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat Gachon Regional Peşə Kohort Tədqiqatı (GROCS) çərçivəsində aparılıb və tibb işçiləri üzərində fokuslanıb. Tədqiqatda 110 iştirakçı yer alıb, onlardan 32 nəfəri uzun iş saatlarına məruz qalan, 78 nəfəri isə standart iş saatlarında çalışan şəxslər olub. Qeyd olunur ki, uzun saatlarla işləyən iştirakçılar daha gənc, daha yüksək təhsilli və iş stajı daha az olan şəxslər idi.
Nəticələr göstərib ki, uzun iş saatları ilə işləyənlərdə beyin bölgələrində, xüsusən də icra funksiyası və emosional tənzimləmə ilə bağlı sahələrdə əhəmiyyətli struktur dəyişikliklər baş verib. Məsələn, atlas əsaslı analiz orta frontal girusda 19 faiz həcm artımı qeydə alıb. Bu sahə diqqət, iş yaddaşı və dil emalı ilə əlaqəli frontal lob funksiyalarında iştirak edir. Eyni zamanda, VBM analizi diqqət, planlaşdırma və qərar qəbul etmədə rol oynayan üstün frontal girus və emosional emal və özünüdərk funksiyaları ilə əlaqəli insulada da dəyişikliklər aşkarlayıb. Tədqiqatçılar bu nəticələrin müşahidə xarakteri daşıdığını və səbəb-nəticə əlaqəsini tam təsdiqləmədiyini vurğulayırlar. Uzunmüddətli və daha genişmiqyaslı tədqiqatların aparılması, bu struktur dəyişikliklərin uzun iş saatlarının nəticəsimi, yoxsa əvvəlcədən mövcud olan meyillərdən qaynaqlanması sualına aydınlıq gətirə bilər. Buna baxmayaraq, müəlliflər bildirirlər ki, bu tapıntılar peşə stressinin beyində neyroadaptiv reaksiyalar doğurması ehtimalını gündəmə gətirir və uzun iş saatlarının koqnitiv və emosional pozuntular üçün potensial bioloji əsasını ortaya qoya bilər.
Tədqiqatın nəticəsi olaraq vurğulanır ki, həddindən artıq işləmə hallarına peşə sağlamlığı baxımından yanaşmaq, iş yerlərində sağlam iş saatı siyasətlərinin formalaşdırılması və bu sahədə profilaktik tədbirlərin görülməsi olduqca vacibdir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10

