Yeni “Unitree H2” robotu insana daha çox bənzəyir
21.10.2025 [17:25]
“Unitree Robotics” şirkəti ən yeni ixtirası olan humanoid tipli “Unitree H2” robotunu təqdim edib. Şirkət tərəfindən yayımlanan təqdimat videosu peşəkar dairələrdə böyük rezonans doğurub və kommersiya məqsədli robot üçün qeyri-adi çeviklik və sabitlik nümayiş etdirib.
AZƏRTAC dünya mediasına istinadla xəbər verir ki, nümayiş edilən videolarda əsas təəssürat robotun demək olar insanı heyrətləndirəcək dərəcədə hamar hərəkətləridir. H2 sadəcə yerimir, rəqs edir, döyüş sənəti elementlərini yerinə yetirir və məkanda dinamik şəkildə hərəkət edir. Bu dərəcədə azadlıq və koordinasiya robotexnikada insanla maşın arasındakı sərhədin hansı sürətlə itməkdə olduğunu göstərir.
“Biz insanların dünyası ilə qarşılıqlı əlaqə qura biləcək universal platforma yaratmağa diqqət yetirmişik. Hamar hərəkət real qarşılıqlı əlaqənin açarıdır”, – deyə şirkətin mühəndisi qeyri-rəsmi şərhində bildirib.
Boyu 180 santimetr, çəkisi təxminən 70 kiloqram olan H2 tamölçülü humanoid robotdur və istehsalçıların sözlərinə görə, qaçmağa da qadirdir. Yeni robotun tam texniki xüsusiyyətləri hələlik kommersiya sirri olaraq saxlanılsa da, onun əvvəlki modellə müqayisədə mühüm texnoloji sıçrayış etdiyi vizual olaraq aydın görünür. Demonstrasiya səhnələrində robotun davranışı yüksək sabitlik və dəyişkən relyefə uyğunlaşma qabiliyyətindən xəbər verir.
“Fantastik gələcək” effektini gücləndirən digər məqam H2 robotunun bionik üzə malik olmasıdır. Onun funksionallığı açıqlanmasa da, bu faktın özü belə robota psixoloji baxımdan insanlara daha yaxın, eyni zamanda müşahidəçilər üçün bir qədər narahatedici görünüş qazandırır və məşhur elmi-fantastik filmlərin obrazlarını xatırladır.
Ekspertlər qeyd edirlər ki, “Unitree H2”nin bazara çıxışı humanoid robotlar sektorunda rəqabəti ciddi şəkildə gücləndirə bilər. İndiyədək bu sahədə əsasən Amerika şirkətləri üstünlük təşkil etsə də, Çin istehsalçısı açıq şəkildə göstərib ki, dünənə qədər laboratoriya prototipi hesab olunan texnologiyalar bu gün real dünyaya çıxmağa tam hazırdır.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21

