Alimlər: Xəstəlik peyvəndin yan təsirlərindən daha az qorxu yaradır
22.02.2026 [14:18]
Dünyanın müxtəlif ölkələrində peyvəndləməyə münasibətdə skeptisizm artır. Tədqiqatçılar bunu ilk növbədə dövlət institutlarına və ekspertlərə etimadın zəifləməsi ilə əlaqələndirirlər. Peyvənd dozası çox vaxt yalnız tibbi preparat kimi deyil, həm də dövlət hakimiyyətinin simvolu kimi qəbul olunur.
AZƏRTAC xəbər verir ki, Lund Universitetinin (İsveç) dosenti Mia-Marie Hammarlinin sözlərinə görə, COVID-19 pandemiyası dövründə Skandinaviya ölkələrində peyvənd skeptiklərinin mövqeyini araşdıran tədqiqat göstərib ki, peyvəndlərə şübhə ilə yanaşanların bir çoxu kifayət qədər məlumatlıdır və çox vaxt xəstəliyin özündən daha çox peyvəndlərin mümkün yan təsirlərindən qorxur. Bununla yanaşı, peyvəndin qəti əleyhdarları nisbətən azdır, belə ki, insanların çoxu seçici yanaşma nümayiş etdirirlər.
Bir sıra ölkələrdə peyvəndləmə səviyyəsinin azalması fonunda qızılca xəstəliyinə yoluxma halları artır. Pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə yoluxma halları xüsusilə Yaxın Şərqdə, Şimali Afrikada, Avropada və Cənub-Şərqi Asiyada təxminən 8 faiz artım göstərib. Qlobal miqyasda milli peyvənd proqramları sayəsində qızılcanın yayılmasını əhəmiyyətli dərəcədə azaltmaq mümkün olub, lakin son onilliklərdə yoluxma səviyyəsinin azalması tempi zəifləyib. Hazırda ən çox yoluxma halları Meksika və ABŞ-də qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatı qızılca, parotit və məxmərək xəstəliklərinə qarşı kollektiv immunitetin formalaşması üçün uşaqların ən azı 95 faizinin peyvənd olunmasını tövsiyə edir.
Mia-Marie Hammarlin qeyd edib ki, kütləvi peyvəndləmə həm də siyasi əhəmiyyət daşıyır.
“Əgər insan dövlətə və siyasətçilərə tənqidi yanaşırsa, peyvənd onun siyasi baxışlarını ifadə etmək vasitəsinə çevrilə bilər”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, hakimiyyətə etimadsızlıq və sosial ədalətsizlik hissi skeptisizmi gücləndirə bilər. Tədqiqatçılar hesab edirlər ki, cəmiyyətdə daha dərin parçalanmanın qarşısını almaq üçün COVID-19 pandemiyasının dərslərini nəzərə almaq və məcburi peyvənd məsələlərinə ehtiyatla yanaşmaq vacibdir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42

