Evdə internet sürətinin ölçülməsi zamanı provayder adlarının fərqli görünməsi nə ilə bağlıdır?
24.02.2026 [23:20]
Son dövrlərdə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) evdə internet sürətinin ölçülməsi zamanı istifadə edilən platformalarda, o cümlədən “speedtest” xidmətlərində ekranda müqavilə bağladıqları internet xidmət təchizatçısının (İSP) adı əvəzinə, sürət göstəriciləri aşağı olan provayderlərin adlarının görünməsi ilə bağlı vətəndaşların müraciətləri daxil olur.
AZƏRTAC xəbər verir ki, agentlik sürət ölçmə platformalarında göstərilən provayder adının əsasən istifadəçinin internetə qoşulduğu IP ünvanının beynəlxalq qeydiyyat məlumatları və şəbəkənin AS (Autonomous System) identifikasiyası əsasında avtomatik müəyyən edildiyini bildirir.
"Buna görə də bəzi hallarda müqavilə bağlanmış brend adı ilə texniki identifikasiya məlumatları arasında uyğunsuzluq müşahidə oluna bilər. Bununla yanaşı, agentlik reytinq nəticələrinin dərcindən sonra bəzi provayderlər üzrə brend təqdimatı ilə faktiki şəbəkə identifikasiyası arasındakı fərqlərin sistematik xarakter daşıması ehtimalını araşdırır. Xüsusilə şəbəkə strukturlarının və IP resurslarının məqsədli şəkildə bölüşdürülməsi nəticəsində ölçmə nəticələrinin fərqli brendlər altında cəmlənməsi və bunun bazarda reytinq göstəricilərinə təsir göstərməsi halları ciddi narahatlıq doğurur.
İKTA bəyan edir ki, qeyd olunan hallar təsdiqini tapacağı təqdirdə bu cür praktika həm istehlakçıların düzgün və şəffaf məlumatlandırılması prinsipinə, həm də sağlam və ədalətli rəqabət mühitinə zidd davranış kimi qiymətləndiriləcək. Hazırda məsələ ilə bağlı geniş texniki və hüquqi təhlil aparılır. Araşdırmaların nəticələrindən asılı olaraq, zərurət yaranacağı halda ictimaiyyətə əlavə məlumat veriləcək və qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüləcək", - deyə İKTA-nın məlumatında bildirilir.
İnternet xidmət təchizatçılarına bir daha xatırladılır ki, brend təqdimatı ilə faktiki şəbəkə identifikasiyası arasında uyğunsuzluq yaratmaq, eləcə də reytinq və ölçmə platformalarının nəticələrini manipulyasiya etməyə yönəlmiş hər hansı cəhdlər bazar etimadına ciddi zərbə vurur və qəbuledilməzdir.
"İKTA şəffaflıq, düzgün məlumatlandırma və ədalətli rəqabət prinsiplərinə ciddi şəkildə əməl olunmasını təmin etmək məqsədilə bu sahədə nəzarət tədbirlərini davam etdirəcək və hər hansı qeyri-şəffaf praktikanın qarşısının alınması üçün zəruri addımlar atacaq”, - deyə agentliyin məlumatında qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59

