Dünyada 6G... - bizdə isə 5G hazırlanır...
28.01.2022 [10:02]
Strategiyanın təsdiqlənməsi prosesinin sürətlənməsi doğru olar və bu vacibdir
Nicat DİLQƏMLİ
Texnologiyanın işıq sürətilə inkişaf etdiyi dövrdə ölkəmizdə bu sahədə müəyyən boşluqların, çatışmazlıqların olduğunu görmək təəssüf doğurucudur.
Sözügedən sahəyə dövlət tərəfindən yüksək diqqət ayrılmasına baxmayaraq, sözün həqiqi mənasında hələ də yerimizdə saymağa davam edirik. Belə ki, hələ dünən Radiotezliklər üzrə Dövlət komissiyası tərəfindən Azərbaycanda tezlik zolaqlarının ayrılması cədvəlini və radiotezliklər spektrinin perspektiv istifadə planları təsdiq olunub. Bu barədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” adlı seminarda çıxış edərkən deyib. Onun sözlərinə görə, bu, qarşıdakı 10 il ərzində ölkədə keçid metodologiyanın hansı tezliklərlə, hansı formada inkişaf edəcəyinin yol xəritəsidir.
“Bu gün biz artıq yeni bir çağırışın qarşısındayıq. Yəni 5G texnologiyanın tətbiqi üçün hansı tezliklər ayrılmalıdır? Dünyada buna fərqli yanaşmalar var. Uzun bir araşdırmalardan sonra artıq ölkənin 5G strategiyası demək olar ki, hazırlanıb və hazırda bu strategiya razılaşdırılma və müzakirə mərhələsindədir”, - deyə R.Rüstəmov qeyd edib.
Hələ yeni-yeni bizə gəlib çatan 5G bizim üçün hansı imkanları yaradacaq, hansı sahələrin inkişafına dəstək verəcək?
Məsələ ilə bağlı suallarımızı cavablandıran Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu texnologiyalar öz gəlişi ilə digər yüksək texnologiyalara söykənən ayrı-ayrı sahələrin də inkişafını stimullaşdırır: “Artıq dünyada, qonşu ölkələrdə 5G ilə bağlı xeyli irəliləyişlər var. Belə ki, bu şəbəkəni test rejimində işə salanlar var. Sözügedən texnologiyalar yalnız 5G, 6G-dən ibarət deyil, həm də özü ilə ayrı-ayrı innovasiyaları dartıb gətirir. 5G tətbiqi digər texnologiyalara söykənən sahələrin inkişafını stimullaşdırır, ağıllı şəhərlər, ağıllı kəndlər 5G-nin üzərində qurulur, bunların tətbiq edilməsi digər sahələrin də inkişafını təmin edəcək bir addımdır”.
O.Gündüz bu işlərin sürətlənməsinin əhəmiyyətini də vurğulayıb: “Biz regionun qabaqcıl ölkəsiyik və buna görə də 5G ilə bağlı tezliklərin hazırlanması istiqamətində bəlli tezliklər tələb olunur. Bu tezliklər də müvafiq qurumlar tərəfindən istifadə üçün hazırlanmalıdır və dövlət qurumu da müsabiqə təşkil etməlidir, auksiona çıxarılmalıdır. Və ya mobil operatorlara təklif olunmalıdır və müsabiqə nəticəsində tezliklər verilməlidir. Ona görə də hesab edirəm ki, strategiyanın təsdiqlənməsi prosesinin sürətlənməsi doğru olar və bu vacibdir”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59

