Dünya ölkələri mətbəxlərinin xüsusi tarixi
20.10.2022 [11:15]
Bu gün Beynəlxalq Kulinariya Günüdür
SƏİDƏ
Qida insanların həyatında mühüm rol oynayır: yaşamaq üçün lazım olan əsas ehtiyaclardan biridir. Sağlam qidalanmanın vacibliyi isə son dövrlərdə xüsusilə qeyd olunur. Hər bir ölkədə qida sistemi fərqlidir, yeməklər fərqli üsullarla hazırlanır. Məsələn, Türkiyə ilə qardaş ölkəyik və mədəniyyətlərimiz çox oxşardır. Amma hər iki xalqın mətbəxində oxşar yeməklər tamamilə fərqli üsullarla hazırlanır.
Hər ölkənin mətbəxinin bir tarixi vardır. Yediyimiz ləziz yeməklərin heç biri birdən-birə yaranmayıb. Gəlin, bunlarla bağlı bir neçə maraqlı faktlara nəzər salaq:
* Eramızın I əsrində romalı Marcus Apicius dünyanın ilk yemək kitabını hazırladı. 400-dən çox resepti əhatə edən kitab onun şərəfinə “Apicius” adlandırılsa da, daha çox “Yemək sənəti” kimi tanınır;
* 1765-ci ildə A.Boulanger Parisdə restoran adlanan ilk biznesini açır. Bu, tarixdə bilinən ilk restoran idi. Daha sonra “restoran” sözündən “ictimai yemək yeri” mənasında istifadə edilməyə başlanır:
* Mətbəxdə vəzifələrin baş aşpaz, aşpaz köməkçisi və s. olaraq təyin edilməsi 1870-ci illərdə Fransada olan görkəmli aşpaz Auguste Escoffierin adı ilə bağlıdır. O, bunu mətbəxdəki iş prosesini sadələşdirmək məqsədilə edib.
Hər bi xalqın tarixi, coğrafi şəraiti, adət-ənənələri, dini inancları, dünyagörüşü və məişəti onun kulinariyasının əsas cəhətlərini formalaşdırır. Hər hansı bir ölkənin mətbəxinə nəzər salsaq, orada bioloji, psixoloji, sosial-mədəni və tarixi təsirlərin izlərini görə bilərik. Məsələn, Çində yeyilən bir çox yeməklər bizim xalqımız tərəfindən heç də xoş qəbul edilmir. Onların demək olar ki, bütün heyvanları heç bir fərq qoymadan yeyə bilmələri bizə qəribə gəlir. Çünki bizim tariximiz, dini inanclarımız və dünyaya baxış bucağımız onlardan fərqlənir. Bu da mədəniyyətimizdə və kulinariyamızda əsaslı fərq yaradır.
Oxşar mədəniyyətlərdə bənzər məqamlara rast gəlinsə də, bütün dünya ölkələrinin kulinariyasının bir-birindən fərqli olduğunu deyə bilərik. Müxtəlif xalqların özünəməxsus kulinariyasını təbliğ etmək, sağlam qidalanmanın əhəmiyyətini qeyd etmək, insanların bu haqda məlumatlılığını artırmaq və bu mədəniyyətləri gələcək nəsillərə ötürə bilmək üçün hər il 20 oktyabr Beynəlxalq Kulinariya Günü kimi qeyd olunur.
Ümumdünya Kulinariya Təşkilatının təşəbbüsü ilə 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda 20 oktyabr Beynəlxalq Kulinariya Günü olaraq elan edilib. Azərbaycanda isə bu gün 2007-ci ildən qeyd olunmağa başlayıb. Hər il ölkəmizdə “Beynəlxalq Kulinariya Günü”nə özəl tədbirlər həyata keçirilir. Bunun əsas məqsədi xüsusilə gəncləri Azərbaycanın milli kulinariyasının sirləri ilə tanış etmək və gələcəkdə onların xalqımızı layiqincə təmsil etmələrinə şərait yaratmaqdır.
1991-ci ildə xalqımızın milli mətbəx mədəniyyətinin öyrənilməsi və təbliği məqsədilə Azərbaycan Milli Kulinariya Mərkəzi yaradıldı. Bu mərkəz 1992-ci ildə Ümumdünya Kulinariya Təşkilatları Birliyinin üzvü oldu. Bununla da Azərbaycan MDB məkanında və Türk dünyasında bu quruma qəbul edilən ilk dövlət olaraq tarixə düşüb.
Milli Kulinariya Mərkəzi yarandığı gündən etibarən bu sahədə ən yaxşı mütəxəssisləri öz ətrafına toplayıb. Məhz bunun nəticəsi olaraq göstərə bilərik ki, 1993-cü ildə Azərbaycan milli komandası ilk dəfə Maltada keçirilən Dünya kulinariya çempionatına qoşulub və qızıl medalla Vətənə dönüb. Milli kulinariya ustalarımız?? qatıldığı yarışlarda birinciliyi əldən verməməyə qərarlıdırlar. Onlar dünyanın bir çox ölkəsində xalqımıza məxsus zəngin mətbəx mədəniyyətimizi nümayiş etdirərək ləziz yeməklərimizi dünyaya tanıdırlar.
Beynəlxalq Kulinariya Günü hər bir xalqın öz mətbəxini təbliğ etməsi və dünya mətbəxləri ilə tanış olması üçün xüsusi bir gündür. Hazırda ölkəmizdə bir çox dünya mətbəxlərini təmsil edən restoranlar mövcuddur. Hər kəs ya maraqdan, ya da zövqünə uyğun olduğu üçün belə restoranlara üz tutur. Bu gün niyə də elə günlərdən biri olmasın?
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14

