Səsini itirən şəhər
28.10.2022 [11:20]
MÜŞFİQƏ
Düşünün, bir səhər yuxudan oyanırsınız. Hər şeyin yenə bir öncəki gün kimi davam edəcəyindən əminsiniz, amma birdən nələrinsə qaydasında olmadığının fərqinə varırsınız. Bir ömürboyu sizinlə var olan səsiniz sizi tərk edib, yarıyolda qoyub. Daha özünüzü ifadə edə biləcəyiniz bir səsiniz yoxdur. Bundan sonra özünüzü necə ifadə edə biləcəksiniz? Sevincinizi, istəklərinizi, dərdinizi və ən əsası, haqq səsinizi insanlara necə çatdıracaqınız?
Kafkanın “Çevrilmə”si gerçək həyatda baş verərsə?
Eynilə, Kafkanın “Çevrilmə” əsərinin qəhrəmanı Qreqor Zamza kimi... Zamza bir sabah yatağında özünü nəhəng bir ev böcəyinə çevrilmiş halda tapır. “Paltom belə ağır ikən, necə daşıyım bu dünyanın yükünü çiyinlərimdə?” deyən qəhrəmanımız sonda bu qənaətə gəlir: Əgər bu sistemdə kiçik bir insan olmaya ara versəniz, kiçik bir böcək olarsınız, ailəniz daxil heç kim sizi sevməz, istəməz və diksinər. Ya Zamza kimi böcəyə, ya da səssiz bir varlığa çevrildiniz. Heç bir fərqi yoxdur. Günümüzdə nəinki insanlar, hətta şəhərlər də öz səsini itirir. Nazim Hikmətin məşhur “Səsini itirən şəhər” şeirində də deyildiyi kimi: “Nafile! konuşmaz sesini kaybeden şehir”.
Səs ən vacib ünsiyyət vasitəsidir və onun insan üzərindəki təsiri insanoğlu var olduğu gündən məlumdur. Həqiqətən də, səsimiz malik olduğumuz ən böyük gücdür. Bizim haqqımızda çox şeydən xəbər verir. Hiss-həyəcanımızı, qorxumuzu, sevincimizi, narahatlığımızı, bir sözlə, bütün hisslərimizi ətrafa ayna kimi yansıdır. Hər halda, səsinizdən səmərəli istifadə edərək vəziyyəti öz xeyrinizə çevirməyi bacarmalısınız. Mütəxəssislər belə deyirlər.
Hər insanın özünəməxsus səs tonu var. Əgər bütün insanlar eyni səslə danışsaydı, necə olardı? Heç də ağlabatan səslənmir, deyilmi? Bu zaman insanları görmədən, yalnız səslə ayırd etmək çətinləşərdi. Mahnılar və ifaçılar indiki kimi zövq verməzdi. Həyat daha sıxıcı olar və monotonlaşardı. Baxın, səsin gücü və sirri budur!
Səsini itirənlərin intiharı
Psixoloq Elmir Əkbər qəzetimizə açıqlamasında bildirib ki, səsin əhəmiyyəti bizim təsəvvür etdiyimizdən də çoxdur. Onun sözlərinə görə, səsini itirən insanlar ağır depressiayaya düşə, hətta intihar belə edə bilərlər: “Səsin itirilməsinə insanlar bəzən adi yanaşırlar, amma səs insanın kimliyinin ayrılmaz tərkib hissəsidir. Biz insanları sadəcə zahiri görünüşə yox, həm də səsinə görə tanıyırıq. Buna görə də insan səsini itirərsə, sanki özünün böyük bir hissəsini itirmiş kimi hiss edə bilər. Hətta incəsənətdə olan insanlar o qədər dərin və ağır depressiayaya düşə bilərlər. Nəticədə, intihar cəhdləri ola bilər. Dünya təcrübəsində belə hallar dəfələrlə yaşanıb. Ona görə də bu məsələyə xüsusi həssaslıqla yanaşmaq lazımdır”.
Psixoloq deyir ki, əgər kimsə, belə bir problemlə rastlaşırsa, mütləq peşəkar mütəxəsislərə müraciət etməli, psixioloji dəstək götürməlidir.
Səs xəstəliklərinin müalicəsində istifadə edilən üsullardan biri də səs terapiyasıdır. Terapiyaya başlamazdan əvvəl xəstənin səs probleminin səbəbi müəyyən edilir. Təxminən 6-10 seansa problem öz həllini tapır.
120 milyonluq “Qışqırıq”
Norveçli rəssam Edvard Munkun “Qışqırıq” tablosu səsin və səssizliyin mahiyyətini dünyaya çatdıran ən möhtəşəm əsərdir. Sənət tarixində ikinci ən məşhur əsərdə (red - birinci yerdə Leonardo da Vinçinin “Mona Liza”sı gəlir) insanın ekzistensial iztirabları təsvir edilib. Rəsm əslində intihar düşüncəsinin ifadəsini ehtiva edir. Kişinin körpünün qarşısında olması intiharla əlaqələndirilir. Deyilənə görə, Munk rəsmi çəkərkən uğursuzluq, xəstəlik və qarşılıqsız sevgi ilə mübarizə aparırmış. Bu əsər bir növ, rəssamın səsi, qışqırtısı imiş. Həmin “səs” təxminən 5 il əvvəl Nyu-Yorkda keçirilən hərracda rekord qiymətə - 120 milyon dollara satılıb.
İçimizdəki səsi dünyaya yayacaqlar
Yəqin ki, çox vaxt fərqində olmadan öz içimizdə, beynimizdə söhbətlər aparırıq. İçimizdəki səs bizə düzgün mühakimələr yürütməkdə kömək edir, bəzən qınayır, bəzən dəstəkləyir, bəzən də yanlışı-doğrunu görməkdə kömək olur. Beləcə, düşüncələr bir-birini əvəz edir. Görəsən, hər düşündüyümüzü səsə çevirsək, dünyada nələr baş verərdi? Ümumiyyətlə, düşüncələri səsə çevirmək mümkündürmü? Bu suala cavab tapmaq üçün alimlər illərdir ki, kəşflər aparıblar. Nəhayət, beyni oxuyan və fikirləri səsə çevirən cihaz hazırlayıblar. Tədqiqata Kaliforniya Universitetinin komandası rəhbərlik edir. “Nature” jurnalında dərc edilən araşdırmaya görə, sistem öncə danışma qabiliyyətini itirmiş insanların yenidən ünsiyyət qura bilməsi üçün istifadə ediləcək. Texnologiya iki mərhələdə işləyir. Birinci mərhələdə beynin dodaq, dil, qırtlaq və çənəni hərəkət etdirən hissəsinə elektrodlar yerləşdirilir və beynin bu hissəsində elektrik siqnalları aşkar edilir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14

