Ermənistan ordusunun mülki insanları, yaşayış məntəqələrini hədəfə alması beynəlxalq cinayətdir
08.10.2020 [09:25]
Milli Məclisin deputatı Anar Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Anar müəllim, son günlər Azərbaycan Ordusu təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi üçün uğurlu hərbi əməliyyatlar keçirir. Bu barədə sizin fikirlərinizi bilmək istərdik...
- Güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Hər bir xalqı dünyada tanıdan, aparıcı söz sahibinə çevirən amillərdən biri də onun silahlı qüvvələridir. Bu gün Azərbaycan Ordusu Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir. Düşmənin təxribatlarının qarşısını layiqli cavab tədbirləri ilə alan ordumuz hansı imkanlara malik olduğunu bir daha işğalçı dövlətə göstərir.
Torpaqlarımızın bir hissəsinin azad olunması, yüksəkliklərin ələ keçirilməsi, düşmənin hərbi obyektlərinin məhv edilməsi onu göstərdi ki, Vətənimizin hər qarışı uğrunda can verməyə hazırıq. Yetər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Azərbaycan Ordusu düşmənə vurduğu son zərbələri ilə ermənilərə nəinki dərs verdi, həm də sübut etdi ki, onların özləri barədə yaratdıqları mif “sabun köpüyü” imiş.
Azərbaycan əsgəri Azərbaycan xalqının ondan gözlədiyi nəticəni əldə etmək üçün artıq neçə gündür işğalçıları məhv etməkdə, onların Azərbaycan xalqına qarşı indiyə qədər sərgilədiyi münasibətinə son qoymaqdadır. Əsgərlərimiz əks-hücum əməliyyatları ilə qısa bir müddətdə xalqımıza sevincli anlar yaşatdı. Elə ilk anlardan etibarən yeddi kəndin işğaldan azad edilməsi, iki yüksəkliyin nəzarətinin ələ keçirilməsi, daha sonra isə Cəbrayıl şəhəri və onun bir sıra kəndlərinin, strateji əhəmiyyət kəsb edən Tərtərin Suqovuşan və Talış kəndlərinin, Füzuli rayonun isə bir neçə kəndinin azad olunması çox böyük hərbi uğurdur.
Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanlar, canını fəda edənlər heç vaxt unudulmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşılır. Dövlətimizin başçısı Azərbaycan bayrağının torpaqlarımızın hər qarışında dalğalanması üçün lazım gələn bütün addımları atır, ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirməkdən ötrü böyük inam və qətiyyətlə çalışır, yurdumuzun işğaldan tam azad edilməsi üçün böyük cəsarət və əzm göstərir. Azərbaycan vətəndaşları da öz dövlətinə və Prezidentinə inanır, Ona güvənir, Azərbaycan dövlətinin və Prezidentinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur. Bu gün maddi-texniki bazası ardıcıl olaraq möhkəmləndirilən Azərbaycan Ordusu işğal altında olan doğma torpaqlarımızın düşmən əsarətindən azad olunacağı günü hər gün daha da yaxınlaşdırır.
- Ermənistan hərbi birləşmələri müharibə qanunlarına zidd olaraq mülki insanları, şəhərləri, mülki obyektləri hədəfə alır. Buna münasibətiniz necədir?
- Əfsuslar olsun ki, ordumuzun əks-hücumlara başladığı və şiddətli döyüşlərin getdiyi ilk gündən bəri Ermənistan tərəfi yenə də öz çirkin xislətini göstərərək mülki əhalini hədəfə alır. İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektlərini atəşə tutması nəticəsində 30-a yaxın dinc sakin həlak olub, xeyli sayda yaralanıb. Eləcə də çoxlu sayda yaşayış evinə, mülki obyektlərə külli miqdarda ziyan vurulub. Bütün bunlar, müharibə qanunlarına ziddir, beynəlxalq cinayətdir. Bununla da, Ermənistan tərəfi ənənəvi şəkildə yenə də belə təxribatlara əl ataraq cəbhədəki məğlubiyyətlərini mülki əhalidən qisas almaqla unutmağa çalışır.
Qürurverici hal isə odur ki, cəbhə zonasında yerləşən kənd və şəhərlərdə yerli əhali öz evlərini əsla tərk etmir. Onların hər biri öz dövlətinə və əsgərinə güvənir. Xalqımızın mətinliyi, dözümlülüyü və Azərbaycan əsgərinin döyüş ruhu Azərbaycan gənci üçün də bir nümunədir. Erməni ordusunda fərarilik, döyüş bölgəsindən qaçmaq halları baş alıb getdiyi halda Azərbaycan qadını öz oğlunu sevinc göz yaşları ilə cəbhəyə yola salır.
Qazandığımız qələbələr, əldə etdiyimiz yüksəkliklər, hərbi sirr kimi olsa da, qarşıda əldə edəcəyimiz uğurların açarı kimi də hesab edilir. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ümid edirik ki, Azərbaycan xalqı olaraq tarixi qələbəni tezliklə qeyd edəcəyik. Azərbaycanın qələbə paradını tezliklə Qarabağda keçirəcəyik.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

