Mühafizəkarların 14 illik hakimiyyəti başa çatdı
06.07.2024 [10:25]
Leyboristlər seçkilərdə hökumət formalaşdırmaq üçün tələb olunan yerləri qazanıb
Böyük Britaniyada iyulun 4-də keçirilən parlament seçkilərində Leyboristlər Partiyası qələbə qazanıb. 46 milyon seçicinin olduğu ölkədə seçki günü 650 seçki dairəsində səsvermə qutuları qurulub. Seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb və saat 22.00-da bağlanıb. Səsvermə nəticəsində parlamentə 650 deputat seçilib. Parlamentdə üstünlük qazanmaq istəyən partiyaya ən azı 326 yer lazım idi.
Qeyd edək ki, parlament seçkilərində səsvermə başa çatdıqdan sonra ilk olaraq “exit-poll”un nəticələri açıqlanıb. Keçirilən “exit-poll” Leyboristlər Partiyasının parlamentdə böyük bir üstünlük qazandığını təsdiqləmişdi. Belə ki, sorğuya əsasən Keir Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyası 650 nəfərlik parlamentdə 410 yer, Mühafizəkarlar Partiyası 131 yer, Liberal Demokratlar 61 yer, Reform partiyası 13 yer, SNP partiyası isə 10 yer qazanıb. Digər kiçik partiyalar isə parlamentdə qalan yerlərə yiyələniblər. “Exit-poll” “Ipsos UK” şirkəti tərəfindən “Sky News”, BBC və “ITV News” kanalları üçün keçirilib.
Qeyd edək ki, Britaniyada Mühafizəkarlar Partiyası son 14 ildir ki, hakimiyyətdə idi. Səslərin sayılmasından sonra artıq Mühafizəkarlar Partiyasının öz hakim mövqeyini itirdiyi məlum olub. İlkin rəsmi nəticələr Leyboristlər Partiyasının qələbə qazandığını təsdiləyib. Leyboristlər Partiyası artıq parlamentdə hökuməti qurmaq üçün lazım olan çoxluğu toplaya bilib. İlkin nəticələrə əsasən Keir Starmerin liderlik etdiyi partiya parlamentdəki 650 nəfərlik yerdən 392-sini qazanıb. Mühafizəkarlar Partiyası isə 101 yerə sahibdir. Liberal Demokratlar isə 60 nəfərlik yerə yiyələnib. Yekun nəticələrə əsasən, bu rəqəmlər dəyişə də bilər.
Böyük Britaniyanın Baş naziri Rişi Sunak isə sonuncu dəfə xalqa müraciət edib. Məğlubiyyətə uğramış Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak çıxış edərək vəzifəsindən istefa verəcəyini açıqlayıb. O, yeni lider seçilənə qədər vəzifədə qalacağını deyib. Sunak vurğulayıb ki, iki ilə yaxın müddətdə Baş nazir olarkən qarşısına qoyduğu ən mühüm vəzifə iqtisadiyyatda sabitliyi bərpa etmək olub. O, inflyasiyanın hədəf səviyyəyə qayıtdığını, ipoteka faizlərinin aşağı düşdüyünü deyib. Sunak, həmçinin Leyboristlər Partiyasının lideri Keir Starmeri seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
Böyük Britaniyadakı formal prosesə əsasən Rişi Sunak dünən Baş nazir postundan istefasını Kral Çarlza təqdim edib və Kral Çarlz Keir Starmeri növbəti hökuməti formalaşdırmağa dəvət edib. Daha sonra Keir Starmer Kral III Çarlzla görüşüb və kabineti formalaşdırmaq mandatı alaraq, Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb.
Ölkənin yeni Baş naziri olacaq Keir Starmer isə tərəfdarlarına qısa mesaj ünvanlayıb: “Biz bunu etdik, siz qələbə üçün kampaniya apardınız, bunun üçün mübarizə apardınız, səs verdiniz və indi o an gəlib çatdı, dəyişiklik indi başlayır”.
Qeyd edək ki, parlament rəsmi olaraq iyulun 17-də açılacaq və sonra yay tətilinə çıxacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

