Radikal düşərgədə yeni maliyyə ittihamı
21.11.2012 [17:48]
İsa Qəmbərin son açıqlamalarında AXCP-ni hədəfə alması nəyin göstəricisidir?
Bəzi radikal müxalifət partiyalarının maraqlı xarici qüvvələr, daha doğrusu anti-azərbaycançı dairələr tərəfindən maliyyələşdirilməsi ilə bağlı fikirlər zaman-zaman istər mətbuatda, istərsə də siyasi kluarlarda səslənib. Radikal düşərgənin məhz həmin maraqlı qüvvələrin diktəsi ilə hərəkət etməsi, həmin dairələrin maraqlarını qoruması, milli mənafeni heçə sayması, üstəlik Azərbaycan xalqının maraqlarını qorumaması bu deyilənləri təsdiqləyən faktlardır. İkinci bir tərəfədən, həmin partiyaların rəhbərlərinin adıçəkilən dairələrin nümayəndələri ilə gizli görüşlər keçirməsi də həmin radikal düşərgə təmsilçilərinin məhz ermənipərəst xarici qüvvələr tərəfindən maliyyələşdiyini deməyə əsas verir.
Maraqlıdır ki, bu fakt özü radikal düşərgə rəhbərlərinin də dilindən səslənib. Hələ bir neçə ay öncə Müsavat partiyasının sədri İsa Qəmbər özü də etiraf etmişdi ki, radikal müxalifət partiyaları bəzi QHT-lərin xarici təşkilatlardan qrant almaq prosesində və bu pulların “xərclənməsində” iştirak edir. Həmin dövrdə də vurğulanmışdı ki, həmin donor xarici təşkilatların əsas görüş yeri Müsavat partiyasının qərargahı və AXCP sədridir. Bundan başqa, Müsavat sədrinin AXCP-nin mətbəxinə daha yaxından “bələd” olduğunu nəzərə alaraq, həmin vaxt qeyd olunmuşdu ki, İ.Qəmbər məhz Ə.Kərimlinin xarici maliyyələşməsi ilə bağlı eyhamlar vurur.
Bir neçə gün öncə isə, KİV-ə açıqlamasında İ.Qəmbər yenidən bəzi radikal düşərgə partiyalarının xaricdən maliyyələşdiyini vurğulayıb. Həmçinin, 2013-cü il prezident seçkilərində düşərgədən başqa bir namizədin irəli sürülməsinə İ.Qəmbər “hakimiyyətlə işbirliyi” adlandırıb.
Amma bu məsələlər yenidən radikal düşərgədə söz dueli ilə müşayiət olunub. İ.Qəmbərə cavabında keçmiş müttəfiqi ADP sədri Sərdar Cəlaloğlu deyib ki, İsa Qəmbərə belə bir fakt məlumdursa, adı ilə açıqlasın, çünki bu vətənə və dövlətə xəyanətdir.
Vahid namizəd məsələsində isə keçmiş müttəfiqi İsa Qəmbərin mövqeyini şantaj xarakterli adlandırıb: “Ya İsa Qəmbər olmalıdır vahid namizəd, ya da kimsə. Belə anlaşılır ki, onun namizədliyini müdafiə etməyənləri indidən İsa Qəmbər hökumətin adamı elan edib. Mən İsa Qəmbərin bu mövqeyinin yanlış olmasına görə, hətta ona ən yaxın olan AXCP ilə - hansı ki, İctimai Palatada bir yerdədirlər, çox ciddi konfliktlər əmələ gəlib”.
Qeyd edək ki, İ.Qəmbərin açıqlamalarının ardından AXCP öz müttəfiqinə olduqca sərt cavablar verib. Bu isə düşərgə, ən əsası isə formal adı qalan İP daxilində gərginliyin hansı həddə olduğunu və müttəfiqliyin “səmimiliyini” bir daha nümayiş etdirib. Baş verənlər növbəti dəfə sübut etdi ki, radikal düşərgə təmsilçiləri yalnız şəxsi maraqları, xarici dairələrdən aldıqları pullar xatirinə seçkidə iştirak etmək istəyir. Çünki həmin insanlar dərk edir ki, xalqdan heç bir dəstəyi olmayan radikal düşərgə yalnız və yalnız yalan və pafos üzərində “pul qazana” bilər.
Qeyd etdiyimiz kimi, verilən açıqlamalar nəticəsində partiyaların funksionerlərinin arasındakı ziddiyyət və çəkişmə artıq açıq xarakter alıb. Son dövrlərdə “maliyyə müzakirələrinin” yenidən açılması, vahid namizəd məsələsinin gündəmə gətirilməsi Ə.Kərimli ilə İsa Qəmbərin bir-birilərinə qarşı yeni bir “savaş” başlatmasından xəbər verir. Yeri gəlmişkən, hər zaman olduğu kimi, bu dəfə də hər iki partiyanın üzvləri sosial şəbəkələrdə yenə öz “müttəfiqini” hədəfə alıb. Bu isə, hər iki partiyada yenidən kompromat mübarizəsinin başlanmasına işarədir. Vurğulamaq yerinə düşər ki, sosial şəbəkələrdə başlanan bu tənqid və təhqir, şantaj dolu hədələrin arealının genişlənməsi və mətbuat səhifələrinə transfer olunması da istisna deyil. Necə deyərlər, sandığın ağzı artıq açılıb, çölə tökülən pambığın cavabını kimin verəcəyi maraqlıdır...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

