Qarabağ abadlaşır...
21.09.2024 [09:48]
Tarixi torpaqlarımıza ləyaqətli dönüş
Qalib Azərbaycanın postmüharibə dövründə yeni strateji mərhələ üçün müəyyənləşdirdiyi əsas prioritetlərdən biri işğaldan azad olunmuş ərazilərin bərpası və ora soydaşlarımızın layiqli şəkildə qayıdışının təmin edilməsidir. İşin həcmi çox böyükdür - 11 min kvadratkilometr ərazidə erməni vandalları tərəfindən dağıdılmış hər şeyi yenidən bərpa etmək, infrastruktur qurmaq, əziz Qarabağımızın tarixi simasını özünə qaytarmaq, yaşayış üçün normal şərait yaratmaq lazımdır.
Bərpa və quruculuq proseslərinə İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra start verilib. İşlər getdikcə daha da intensivləşir. Göz önündə yeni, daha müasir Qarabağ formalaşır, otuz il ərzində işğalın ağır fəsadlarına məruz qalan bu yerlər indi cənnətə çevrilir. Əlamətdar haldır ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə xüsusi həssaslıqla yanaşır və müxtəlif istiqamətlərdə reallaşdırılan layihələrin icrasını şəxsi nəzarətində saxlayır. Ölkə Prezidenti Azərbaycanın Dövlət Suverenliyi Günü ərəfəsində növbəti dəfə işğaldan azad olunmuş ərazilərə gələrək burada çoxsaylı obyektlərin, yaşayış məntəqələrinin açılış və təməlqoyma tədbirlərinə qatılıb, işlərin gedişi ilə tanış olaraq Özünün dəyərli tövsiyələrini verib.
Xankəndidə Qarabağ Universiteti!
Təbii ki, Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq bu dəfə də Qarabağda açılış və yaxud təməlqoyma tədbirlərinə ayrı-ayrı ünvanlarda qatılıb. Onun Dövlət Suverenliyi Günü ərəfəsində Xankəndidə olması, burada Qarabağ Universitetinin və tələbə yataqxanasının təmirdən sonra açılışına qatılması, yeni təhsil müəssisəsinin müəllim və tələbə heyəti ilə görüşüb onların önündə çıxış etməsi xüsusi önəm daşıyır. Tarixin ironiyasına bir baxın. Ermənistan Xankəndini - tarixi şəhərimizi 30 il ərzində sözün əsl mənasında separatizm mərkəzinə çevirmişdi. Burada qondarma rejimin qanunsuz “prezident”, “parlament” seçkiləri keçirilir, hansısa vəzifələr təsis edilir və Azərbaycan əleyhinə bəyanatlar səsləndirilirdi. Xankəndidə yuva salan separatçılar o qədər azğınlaşmışdılar ki, onlar Bakıya tanklarla gələcəklərini bildirirdilər.
2023-cü il sentyabrın 19-20-də keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsinə uyğun olaraq Qarabağ üzərində suverenliyimiz tam təmin olundu, o cümlədən də Xankəndidəki separatizm yuvası dağıdıldı. Qarabağ ərazisində suverenliyimiz lokal xarakterli əməliyyatların nəticələrinə uyğun olaraq tam təmin ediləndən sonra Azərbaycan cəmiyyəti Xankəndidə və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəyahət, o şərəfli və tarixi gün də gəldi. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini bizlərə tarixi gündə - Onun Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı.
Bu gün isə artıq Xankəndidə yerləşən Qarabağ Universitetinin qapıları 30 ildən sonra ilk dəfə azərbaycanlı tələbələrin üzünə açılıb. Xatırladaq ki, Prezident İlham Əliyev 28 noyabr 2023-cü il tarixində Qarabağ Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Universiteti publik hüquqi şəxs yaradılıb və təhsil müəssisəsinə cari tədris ilində ilk dəfə tələbə qəbulu həyata keçirilib. “Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir”. Bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə deyib.
Qeyd etmək yerinə düşər ki, gənclərimizdə Qarabağ Universitetində təhsil almağa böyük istək var. İlk tədris ilində burada 1104 tələbə təhsil alacaq. Tələbələrin 980-ni I-IV ixtisas qrupları (o cümlədən birinci qrup üzrə 290, ikinci qrup üzrə 330, üçüncü qrup üzrə 330, dördüncü qrup üzrə 30 tələbə) üzrə, 124 nəfəri xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupu üzrə qəbul olub. Əlamətdar haldır ki, 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində universitetinin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.
Xankəndidə Zəfər, Şuşada Bayraq meydanları
Separatçıların əsarətindən azad edilən Xankəndidə mərkəzi meydanın Zəfər meydanı adlandırılması böyük rəmzi məna daşıyır. Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib: “Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”.
Hazırda Xankəndidəki Zəfər meydanında yeni layihələr icra olunur. Prezident İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub. Mərkəzin binası dörd mərtəbədən və bir zirzəmi qatından ibarət olacaq. Buradakı hoteldə, ümumilikdə, 102 otaq inşa ediləcək. Otaqlardan 91-i standart, 4-ü suit, 4-ü isə “executive” qonaq otaqlarıdır. Digər 3 otaq isə sağlamlığı məhdud insanlar üçün nəzərdə tutulub.
Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə son səfəri çərçivəsində Şuşada Bayraq Meydanının açılışında iştirak edib. Şuşada Bayraq Meydanının yenidən qurulması işlərinə 2024-cü ilin may ayında başlanılıb. Meydanın layihəsi “Chapman Taylor” şirkətinin konsepsiyası əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və alış-veriş mərkəzinin inşa edilməsi nəzərdə tutulur.
Xankəndidə yaradılan sosial təyinatlı infrastruktur
İşğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış Proqramına uyğun olaraq həm də sosial təyinatlı infrastruktur yaradılır. Prezident İlham Əliyev bəhs olunan səfəri çərçivəsində Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli ?ərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Nizami Gəncəvi adına Xankəndi şəhəri 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmiri nəzərdə tutulub.
Bu təhsil ocağı böyük tarixə malikdir və 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərib. Məktəbin səmərəli fəaliyyətinin təmin edilməsinin zəruriliyi nəzərə alınaraq Xankəndi sakinlərinin böyük bir qisminin müvəqqəti məskunlaşdığı Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 30 dekabr tarixli Sərəncamına əsasən 300 şagird yerlik yeni bina tikilib.
Bildirilib ki, Xankəndidə 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında başlanılıb. Məktəbin layihəsi 0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edir.
Dövlətimizin başçısı həmçinin Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib. Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir. Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb.
Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunduqdan sonra Qarabağa həmçinin Azərbaycan mədəniyyəti qayıdır. Prezident İlham Əliyev sentyabrın 19-da Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub. Dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verilərək bildirilib ki, Xankəndi Dövlət Dram Teatrının binası 1932-ci ildə Azərbaycan Hökuməti tərəfindən tikilib istifadəyə verilib. 1949-cu ildə binanın konstruksiyasına müəyyən əlavələr olunub. Bina sovet dövrü memarlığının əsas elementlərini özündə əks etdirir.
Mədəniyyət Nazirliyinin və digər qurumların mütəxəssisləri tərəfindən 2023-cü ilin noyabrında Xankəndi şəhərində yerləşən mədəniyyət müəssisələrinin monitorinqi aparılan zaman teatrın binasına da baxış keçirilib. Məlum olub ki, işğal dövründə bina istismar üçün yararsız vəziyyətə salındığına görə əsaslı təmirə ehtiyacı var.
Yaradılan bir sıra infrastruktur obyektləri isə Qarabağda turizmin inkişafına xidmət göstərəcək. İşğaldan azad olunmuş digər ünvanlarda olduğu kimi, Xankəndidə də turist yerləşdirmə obyektləri yaradılır. Prezident İlham Əliyev Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub. Ümumi sahəsi 5 min kvadratmetrə yaxın olan hotel beş mərtəbə və zirzəmi qatından ibarətdir.
Üzeyir Hacıbəylinin xatirəsinə böyük ehtiram
Ölkəmizdə peşəkar milli musiqimizin banisi olan Üzeyir Hacıbəylinin xatirəsinə böyük ehtiram bəslənilir. İşğal dövründə erməni vandalları dahi bəstəkarın Şuşadakı abidəsini güllə ilə deşik-deşik etmişdilər. Sabiq dövlət başçısı Heydər Əliyevin işə qarışması sayəsində həmin abidə əsirlikdən xilas edilərək Bakıya gətirilmişdi. Zəfərimizdən sonra isə heykəl tarixi yerinə qaytarılıb, həmçinin bəstəkarın yeni abidəsi yaradılıb. Prezidenti İlham Əliyev Qarabağa son səfəri çərçivəsində Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına ev-muzeyində yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, Üzeyir Hacıbəylinin ev-muzeyində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərinə 2022-ci ilin aprel ayından başlanılıb. Bərpa prosesi evin ilkin görünüşünə uyğun olaraq analizlərin hazırlanması, bünövrələrin möhkəmləndirilməsi, döşəmənin, fasadların və dam örtüyünün bərpası, daxili və xarici bəzək işləri, qapıların, pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasını, həmçinin həyətyanı sahənin yaşıllaşdırılmasını əhatə edib. Ərazidə mövcud divar daşlarının sökülərək ölçülərinə görə inventarlaşdırılması, dağılmış hissələrdə bünövrələrin qazılması və sahənin ümumi təmizlənməsi işləri aparılıb. Həmçinin material analizi üzrə nümunələr götürülərək Türkiyədəki laboratoriyada tədqiq edilib, konservasiya və restavrasiya hesabatları yerinə yetirilib. Ev-muzeyinin daxilində divarlar və arakəsmələr hörülüb, döşəmənin bərpası və yenidən qurulması işləri görülüb. Həyətin daş divarının bərpası üzrə bünövrənin qazılıb betonlanması, tarixi görkəminə uyğun hörgüsü və dekorativ elementlərin qoyulması işləri həyata keçirilib. Muzey binasında aparılan bərpa işlərinin yekununda yeni ekspozisiya yaradılıb.
Ağdam yenidən dirçəlir
Otuz illik işğalın ən kədərli izlərini Ağdamın simasında tapmaq mümkündür. Ağdam şəhəri erməni vandalları tərəfindən o dərəcədə dağıdılıb ki, xarici jurnalistlər onu “Qafqazın Xirosiması” adlandırıblar. Postmüharibə dövründə isə Ağdam yenidən dirçəlir. Prezident İlham Əliyev Ağdam rayonunun Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub.
Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yaşayış məskənlərindən biri də Xıdırlı kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır.
Quruculuq işlərinin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub.
Dövlətimizin başçısı, eyni zamanda, Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasiminə qatılıb. Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb.
Səfər çərçivəsində dövlətimizin başçısı Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə də tanış olub. Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 13 yanvar tarixli ?ərəncamı ilə Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.
Ağdam şəhərində “Aghdam City Hotel”in inşası tamamlanıb. Açılış mərasiminə Prezident İlham Əliyevin də qatıldığı hotelin binası 5 mərtəbədən ibarətdir. Ən müasir standartlara cavab verən hotelin binasında 130 otaq vardır. Burada qonaqların zövqünü oxşayan interyer işləri görülüb.
Yeni istehsalatların yaradılması Qarabağda əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm rol oynayır. Prezident İlham Əliyev səfər çərçivəsində Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılış mərasimlərində iştirak edib. Xatırladaq ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı dövlətimizin başçısının 2021-ci il 28 may tarixli ?ərmanına əsasən yaradılıb. Sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
İmarət Kompleksi bərpadan sonra
Ağdamın məşhur İmarət Kompleksinə bərpadan sonra ikinci həyat verilib. Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib.
Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində inşa edilmiş digər xan saraylarından fərqli olaraq dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. İşğalda olmuş ərazilərdəki digər tarixi-mədəni və dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ildə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işlərinə başlanılıb. Ərazisi 3,3 hektar olan kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir. Kompleksdə yaradılan Qarabağ atları parkında qədim dövrlərdən şöhrəti dünyanı dolaşan Azərbaycanın Qarabağ atlarının auksionunun keçirilməsi, eyni zamanda, parkda müxtəlif vaxtlarda bu atların iştirakı ilə təlim və şou-proqramların təşkili nəzərdə tutulur.
Ağdam şəhərində Prezident İİlham Əliyev həmçinin “İmarət” stadionunun təməlini qoyub. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq inşa ediləcək stadion üçün 19,2 hektar torpaq sahəsi ayrılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
14 Oktyabr 09:54
Dünya
14 Oktyabr 09:38
Hadisə
14 Oktyabr 09:17
MEDİA
14 Oktyabr 08:34
Sosial
14 Oktyabr 07:40
İdman
13 Oktyabr 23:34
Din
13 Oktyabr 22:19
İqtisadiyyat
13 Oktyabr 21:32
Mədəniyyət
13 Oktyabr 20:18
Dünya
13 Oktyabr 19:35
Sosial
13 Oktyabr 18:21
Sosial
13 Oktyabr 17:24
Hadisə
13 Oktyabr 16:31
Dünya
13 Oktyabr 15:38
İdman
13 Oktyabr 14:26
Siyasət
13 Oktyabr 13:47
Diaspor
13 Oktyabr 13:35
Siyasət
13 Oktyabr 13:11
Hərbi
13 Oktyabr 12:48
Dünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25