“Alçaq ərazilər”dən anti-Azərbaycan siyasəti...
15.10.2024 [09:06]
Qərəzli qətnamələr etirazla qarşılandı
Ermənipərəst “xor”un yeni “solisti” Niderland da Fransanın “yolunu gedir”. Özünü “Qərb demokratiyası”nın nümayəndəsi kimi qələmə verən rəsmi Amsterdam bunu fəaliyyətində əks etdirmir - separatizmə açıq dəstək göstərmək, cinayətkara azadlıq tələb etmək kimi qeyri-hüquqi “tələblər” səsləndirməklə Niderland Krallığı da ümumi “Qərb ansambl”ının uğursuz nümayəndəsinə çevrilir...
Oktyabrın 10-da Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən Azərbaycan əleyhinə birtərəfli və qərəzli 2 qətnamə qəbul edilib, Niderland xarici işlər naziri bu qətnamələrə dəstək verib. Qətnamələrin “mahiyyətinə” diqqət yetirdikdə sifariş əsasında hazırlandığı, xüsusi məqsədlərə xidmət etdiyi, erməni lobbisinin və “avrosentrizmin önündə gedən” Fransanın arzularını ifadə etdiyi açıq-aydın ortadadır. Paralel olaraq bu “qətnamələr” də Qərbin anti-Azərbaycan “konsepsiyasının” ştrixlərini özündə əks etdirir. Bir müddət öncə ABŞ-ın 60-a yaxın deputatının məlum “müraciəti”, Avropa İttifaqının ayrı-ayrı strukturlarının “arzusu”, Fransa parlamentinin “cəhdləri” nəticə etibarı ilə bu qətnamələrlə üst-üstə düşür.
Absurd tələb...
Niderlandlı “parlamentarilər”in keçmiş separatçı rejim üzvlərinə “azadlıq” tələbi anlaşılan deyil - bu şəxslər məhkəmə qarşısında konkret ittiham aktı ilə məsuliyyət daşıyırlar. Görəsən, eyni məsələyə Niderlandda hüquqi yanaşma necədir? Niderland torpaqlarında separatizmlə məşğul olan, cinayətlər törədən şəxslər azad edilirmi? Və ya Niderlandın bu hüquqi prosedura spektik baxışı haradan qaynaqlanır? Ortadakı ikili standartları yaradan səbəblər nədir? Və ya erməni “mədəni irsi”nin guya təhlükə altında olması məsələsi... Bu da həm reallıqdan, həm də həqiqətdən kənar bir iddiadır. Birincisi, Azərbaycanın tarixi əraziləri işğaldan azad edilən zaman həmin şəhər və kəndlərdəki, rayonlardakı yaşayış evlərinin, tarixi abidələrin, dini tikililərin hansı dərəcədə dağıdılması, təcavüzə məruz qalması, təhqir olunması faktları bütün dünya tərəfindən əyani şəkildə müşahidə edildi. Erməni vandalizminin nəticələri bütün bölgələrdə faktoloji sübutlarla ortaya qoyuldu. İkincisi isə, ermənilər Azərbaycanın bəzi tarixi abidələrini “özününküləşdirməyə” çalışır - bu kimi qətnamələr isə ona hazırlıq prosesi də adlana bilər. Birinci mərhələdə onlar Azərbaycanın guya “erməni abidələrinə” təhdid yaratması fikri ilə ölkəmizdə belə abidələrin olması fikrini qlobal rəyə sırımaq istəyirlər. Əgər söhbət Azərbaycandakı xristan keçmişimizə söykənən abidələrdən gedirsə, Azərbaycan dövləti işğaldan azad edilmiş regionlarda həmin abidələrin də təmir-bərpa işlərini yüksək səviyyədə təmin edir. Niderlandlı parlamentarilər bundan narahat olmaya bilər...
Beləliklə, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri bütün nəticələri ilə yanaşı, həm də Qərbin, xüsusilə Avropanın “demokratik” dona bürünən ölkələrinin əsl simasını üzə çıxardı. Erməni lobbisinin pulu ilə Azərbaycana qarşı mövqe tutan Avropanın bəzi “beynəlxalq” strukturları, həmin strukturlarda təmsil olunan “rəsmi şəxslər” növbəti dəfə ikili standartın, riyakarlığın simvolizasiyasını öz fəaliyyətlərində ortaya qoymuş oldular. Amma onlar özləri də anlayrılar ki, belə tələblərin heç bir əsası olmayacaq - Azərbaycanla nə təhdid dilində danışmaq, nə də iradəsinə təsir etmək mümkün deyil!
XİN: Hər iki qətnaməni qətiyyətlə rədd edirik...
Yeri gəlmişkən, Niderlandın bu qeyri-hüquqi, ədalətsiz mövqeyi Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən etirazla qarşılanıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə əsassız qətnamələrə və Niderlandın XİN başçısı Kaspar Veldkampın qərəzli fikirlərinə dair şərhində bildirib ki, hər iki qətnaməni qətiyyətlə rədd edirik. Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların “hərbi əsir” kimi qələmə verilərək azad edilməsinə dair çağırışları isə qəbuledilməzdir. Ayxan Hacızadə bildirib ki, sözügedən sənədlərdə və səslənən fikirlərdə ölkəmizə münasibətdə törədilmiş hərbi işğalın və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulmasının, Ermənistanın Azərbaycana qarşı hələ də davam edən ərazi iddialarının tamamilə gözardı edilməsi təəssüf doğurur: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı 1954-cü il Haaqa Konvensiyasına zidd olaraq mədəni və dini irsimizin dağıdılmasına, təhqir edilməsinə, mənimsənilməsinə, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə etinasız yanaşan Niderland tərəfinin indi ermənilərin saxta təbliğatına istinadən ölkəmizin guya erməni abidələrini hədəf aldığını bildirməyə heç bir mənəvi haqqı yoxdur”.
A.Hacızadə qeyd edib ki, qətnamələrdə yer alan və xarici işlər nazirinin səsləndirdiyi fikirlərdə antiterror tədbirlərinin məram və məqsədlərinin təhrif olunması ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir: “Niderland tərəfinin iddialarında “hərbi əsirlər” kimi istinad edilən şəxslər Azərbaycan ərazisində separatçılıq, qəsdən öldürmə, işgəncə, terrorçuluq və digər insanlıq əleyhinə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var. Buna görə də, qeyd edilən məsələdə Azərbaycana qarşı səslənən bütün fikirlərin heç bir əhəmiyyəti yoxdur”.
Diplomat Niderland tərəfini bölgədə sülhə qarşı olan və Azərbaycan-Niderland münasibətlərində gərginlik yaradan birtərəfli mövqedən əl çəkməyə çağırıb.
QAİ: Bu, açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir
Qərbi Azərbaycan İcması da sözügedən qətnamələrin və niderlandlı nazirin mövqeyinin qəbuledilməz olduğunu bildirib. Vurğulanıb ki, COP29 yaxınlaşdıqca Azərbaycana qarşı vahid mərkəzdən idarə olunan hücumlar intensivləşməkdədir. Bu sənədlərdə əks olunan iddialar böhtandır. Azərbaycanda saxlanılan məlum şəxslər hərbi əsirlər deyil, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunanlardır. Bu səbəbdən onların hərbi əsir kimi qələmə verilməsi hüquqa hörmətsizlikdir: “İkincisi, erməni mədəni irsinin təhlükə altında olması iddiaları da heç bir əsası olmayan uydurmadır. Azərbaycanın Şuşa şəhərində yerləşən Qazançı kilsəsinin yenicə başa çatdırılmış bərpası da göstərdiyi kimi, Azərbaycanda heç bir “erməni abidəsi” təhlükə altında deyil. Azərbaycan dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irsin qorunmasını təmin etmişdir. Bu və Niderland Parlamentinin Azərbaycana qarşı son dövrlər qəbul etdiyi çoxsaylı digər sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir. Azərbaycanofob siyasət yürüdən Fransa, Litva, Kanada kimi, Niderland da Ermənistan tərəfindən bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə aparılmasına, Ermənistanda yüzlərlə məscidin və digər mədəni abidələrin dağıdılmasına, eləcə də vaxtilə işğal altında olmuş ərazilərdə Azərbaycan mədəni irsinə vurulan zərərə, yüzlərlə şəhər və kəndin dağıdılmasına biganə qalmışdır”.
QAİ-dən o da bildirilib ki, qanlı müstəmləkə keçmişinə malik, islamofobiyanın geniş tüğyan etdiyi, Srebrenitsa soyqırımına görə məsuliyyət daşıyan və Boner, Sint Eustatius, Saba, Aruba, Kurasao və Sint Maarten kimi dəniz ərazilərində dekolonizasiya öhdəliklərini yerinə yetirməkdən imtina edən Niderlandın beynəlxalq hüquq və insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur: “Biz Qərbi Azərbaycan İcması olaraq, Niderland hökumətindən və parlamentindən Azərbaycana qarşı ittihamları və hücumları dayandırmağı, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik”.
BTQ: Niderlandın cinayətlərlə dolu müstəmləkəçilik siyasəti...
Bakı Təşəbbüs Qrupu da məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan əleyhinə qəbul edilən qətnamələr birtərəfli və qərəzli adlandırılıb, bu qətnamələrin qəbulu Niderlandın cinayətlərlə dolu müstəmləkəçilik siyasətinin ifşası ilə məşğul olan Bakı Təşəbbüs Qrupunda təəccüb doğurmadığı bildirilib.
Bəyanatda, həmçinin qeyd olunur: “Öz müstəmləkəçilik siyasətini Boner, Sen-Martin, Aruba, Kurasao, Sen Eustatius və Sabada davam etdirən Niderland bu ərazilərdə məqsədyönlü assimilyasiyaya siyasəti aparır, yerli əhalini adalardan qovaraq onları niderlandlılarla əvəzləyir, yerli əhalinin nümayəndələrinə ikinci dərəcəli “vətəndaşlar” kimi rəftar edir, müstəqillik tərəfdarlarını təqib edir və həbs edir, yerli xalqlara öz ana dillərində təhsil almağa və danışmağa qadağan edir, yerli xalqların öz mədəniyyətini qoruyub-saxlamasına lazımi şərait yaratmır və digər çoxsaylı cinayətlər törədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı Təşəbbüs Qrupu Niderland parlamentini bu ölkənin Boner, Sen-Martin, Aruba, Kurasao, Sen Eustatius və Saba adalarında törətdiyi cinayətlərə son qoymağa dair Niderland hökumətinə çağırış etməyə dəvət edirik.
Bu xüsusda, törədilmiş və bu gün də davam edən cinayətlərin müəlliflərin məsuliyyətə cəlb olunması üçün müvafiq Araşdırma Komissiyasının yaradılmasına çağırış edirik.
Bundan əlavə, Avropa İttifaqı ölkələrini BMT-nin İnsan Hüquqları Şurası tərəfindən adıçəkilən adalarda baş verən cinayət hallarını birbaşa nəzarət altına götürəcək müvafiq orqanın yaradılması və həmin orqan tərəfindən qeyd alınan halların BMT-nin digər qurumlarına göndərilməsinə dəstəyin göstərilməsinə çağırış edirik.
Beynəlxalq səviyyədə kolonial cinayətlərə qarşı irəli sürülən təşəbbüslərə, bu xüsusda, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə dəstək verməyə dəvət edirik”.
P.S: “Niderland” sözünün yerli dildə mənası “alçaq ərazilər” deməkdir. Hər kəsin gördüyü iş və ya niyyəti də elə adına layiq olur...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElm
05 Noyabr 23:29
Xəbər lenti
05 Noyabr 22:57
Din
05 Noyabr 22:41
Dünya
05 Noyabr 22:20
Siyasət
05 Noyabr 21:59
Xəbər lenti
05 Noyabr 21:39
İdman
05 Noyabr 21:18
İqtisadiyyat
05 Noyabr 20:57
Sosial
05 Noyabr 20:37
Sosial
05 Noyabr 20:16
Elm
05 Noyabr 19:33
İdman
05 Noyabr 19:12
Xəbər lenti
05 Noyabr 18:52
Sosial
05 Noyabr 18:31
Dünya
05 Noyabr 18:10
YAP xəbərləri
05 Noyabr 17:28
YAP xəbərləri
05 Noyabr 17:26
YAP xəbərləri
05 Noyabr 17:25
YAP xəbərləri
05 Noyabr 17:24
YAP xəbərləri
05 Noyabr 17:23
YAP xəbərləri
05 Noyabr 17:22
Elm
05 Noyabr 17:02
Xəbər lenti
05 Noyabr 16:59
Siyasət
05 Noyabr 16:56
YAP xəbərləri
05 Noyabr 16:29
YAP xəbərləri
05 Noyabr 16:25
İdman
05 Noyabr 16:22
Siyasət
05 Noyabr 16:22
Gündəm
05 Noyabr 16:09
YAP xəbərləri
05 Noyabr 15:59
YAP xəbərləri
05 Noyabr 15:50
YAP xəbərləri
05 Noyabr 15:26
YAP xəbərləri
05 Noyabr 15:25
Elm
05 Noyabr 15:13
Elm
05 Noyabr 14:31
Dünya
05 Noyabr 14:30
Siyasət
05 Noyabr 14:29
İdman
05 Noyabr 14:29
Dünya
05 Noyabr 14:18
Mədəniyyət
05 Noyabr 14:10
Siyasət
05 Noyabr 14:08
Dünya
05 Noyabr 13:06
İqtisadiyyat
05 Noyabr 13:05
İqtisadiyyat
05 Noyabr 13:02
Dünya
05 Noyabr 12:53
Sosial
05 Noyabr 12:45
Gündəm
05 Noyabr 12:26
Hərbi
05 Noyabr 12:02
Dünya
05 Noyabr 12:00
İdman
05 Noyabr 11:59
İqtisadiyyat
05 Noyabr 11:55
Sosial
05 Noyabr 11:54
Siyasət
05 Noyabr 11:51
Siyasət
05 Noyabr 11:34
Sosial
05 Noyabr 11:03
İqtisadiyyat
05 Noyabr 10:54
Gündəm
05 Noyabr 10:28
Sosial
05 Noyabr 10:27
Dünya
05 Noyabr 10:25
Din
05 Noyabr 09:59
Hadisə
05 Noyabr 09:39
Dünya
05 Noyabr 09:38
Siyasət
05 Noyabr 09:23
Sosial
05 Noyabr 09:19
COP29
05 Noyabr 09:16
Analitik
05 Noyabr 09:12
İqtisadiyyat
05 Noyabr 09:09
Dünya
05 Noyabr 09:05
Dünya
05 Noyabr 09:03
Dünya
05 Noyabr 08:59