Dərin ehtiramla anırıq
13.12.2024 [16:58]
Xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin Anım günü kimi böyük məhəbbət və minnətdarlıq hissi ilə qeyd edir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi təkrarsız və nadir şəxsiyyətdir! Gənc yaşlarından mühüm dövlət vəzifələrində çalışan Ulu Öndər Heydər Əliyev fitri istedad, topladığı zəngin təcrübə ilə dünyanın ən mükəmməl, müdrik dövlət xadimlərindən biri kimi yetişmişdir. Bütün həyatını fövqəladə bacarıq, əzmkarlıq və böyük inamla Vətənə xidmətə həsr etmişdir. Onun: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” məşhun fikrini həmişə qürurla dinləyirik.
Bu günkü azad, müstəqil, iqtisadi cəhətdən yüksək inkişaf etmiş, qüdrətli Azərbaycanımız Ümumilli Lider Heydər Əliyevin şah əsəridir.
Azərbaycan xalqı bu dahi şəxsiyyətlə həmişə qürur duyub, fəxr edib. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, habelə böyük Sovetlər İttifaqının rəhbərlərindən biri olduğu zamanlarda, ən ağır, çətin, yaxud sevincli günlərimizdə xalqımız həmişə öz dahi liderinə güvənmiş, onunla nəfəs almışdır.
Ulu Öndər qeyd etmişdir ki, "Mən həyatda yalnız üç şeyə arxalanmışam: yaradanıma, zəhmətimə və bir də xalqıma". Müasir Azərbaycan tarixinin ən ağır dövrü olan 1990- cı illəri yaxşı xatırlayırıq. Ölkənin parçalanmaq, dövlətin dağılmaq təhlükəsi ilə üz- üzə qalmışdıq. 1993-cü ildə böyük səs çoxluğu ilə Prezident seçilən Ulu Öndər ilk növbədə ictimai - siyasi sabitliyə nail oldu, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi. Vətənimizdə separatçı meyillərə son qoyuldu. Təcavüzkar Ermənistanla atəşkəs elan olundu.
Qonşu və digər dövlətlərlə balanslaşmış, uğurlu xarici siyasət apararaq Azərbaycanın mənafe və maraqlarını üstün tutdu. Onların Azərbaycan dövlətinə hörmətlə yanaşmasına nail oldu. Ulu Öndər "Əsrin müqaviləsi”ni imzalamağa nail olmaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Belə ki, ilkin müqavilə dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlandı. Bu müqavilə sonrakı illərdə isə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı.
Bu, o demək idi ki, Azərbaycan dünya iqtisadiyyatını yönəldən dövlətlərin və şirkətlərin maraq dairəsinə çevrildi. Onların tərəfdaşı oldu. Azərbaycanın milli gəliri artmağa başladı. Bu gəlir ölkənin iqtisadi inkişafında mühüm rol oynadı. Habelə müxtəlif sahələrdə iqtisadiyyatımız şaxələnmiş şəkildə inkişaf etməyə, ölkəmizdə böyük quruculuq və abadlıq işləri aparılmağa başlandı. Neft amili Azərbaycanın həm də milli təhlükəsizlik faktoruna çevrildi.
Bütün bunlar xaricdən və daxildən, ağıla gələn və gəlməyən çətinliklər, manelərlə qarşılaşsa da dahi Heydər Əliyevin uzaqgörən, düşünülmüş siyasəti ilə uğurla davam etdi. Azərbaycan milli müdafiə sənayesini yenidən qurmağa başladı. Bununla da illər sonra ən müasir milli ordu yaratmaq mümkün oldu. Tarixi, 44 günlük Zəfər Qələbəsinə gedən yol Ulu Öndərin apardığı uzaqgörən siyəsatin nəticəsi idi. Dahi Lider Heydər Əliyevin siyasi və irsi varisi, qəhrəman Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən uğurlu və şərəfli fəaliyyət nəticəsində qalib ordumuz torpaqlarımızı azad etdi. Bu gün Azərbaycan dövləti öz tarixində ən qüdrətli, nüfuzlu inkişaf dövrünü yaşayır. Böyük Öndər Heydər Əluyevin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Ona görə də Ümummilli liderimiz Heydər Əliyevə böyük məhəbbət və ehtiram milyonlarla insanın qəlbində əbədi yaşayır və yaşayacaqdır!
Hər birimiz dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anırıq! Ruhu şad olsun!
Saleh Səmədov,
İmişli rayon Ağsaqqallar Şurasının sədri
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

