“Azərbaycana edilən təzyiqlər heç bir nəticə verməyəcək”
01.05.2013 [01:30]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov aprelin 30-da jurnalistlərlə söhbətində kinodramaturq xadimi Rüstəm İbrahimbəyovun son zamanlar səsləndirdiyi fikirlərə münasibət bildirib.
“Media forum” saytının məlumatına görə, Siyavuş Novruzov Rüstəm İbrahimbəyovu Azərbaycan hakimiyyətinin legitimliyini şübhə altına almaqda qınayıb: “Azərbaycan Konstitusiyasına əsasən, hakimiyyətin mənbəyi xalqdır, xalq öz hakimiyyətini formalaşdırır. Azərbaycanda xalq prezidenti, parlament və bələdiyyə üzvlərini seçib, öz hakimiyyətini formalaşdırıb və idarəetmə bu seçkili orqanlara həvalə olunub. Rüstəm İbrahimbəyov heç Azərbaycan vətəndaşı da deyil, Rusiya vətəndaşıdır. Rusiya vətəndaşı olan bir şəxsin Azərbaycan haqqında nə danışması maraqlı deyil.
Ölkəmizin ən çətin vaxtlarında, 1990-cı illərin əvvəllərində, ondan sonrakı dövrlərdə, Ermənistan torpaqlarımızı işğal edəndə, Xocalı soyqırımı baş verəndə, Azərbaycanın informasiya blokadasına alındığı və ziyalı dəstəyinə böyük ehtiyac duyulduğu zamanlarda Rüstəm İbrahimbəyov Moskvada otururdu. Amma həmin vaxt o, Azərbaycan həqiqətləri haqda bir kəlmə də danışmayıb, bir məqalə də yazmayıb, iş görməyib. O dövrdə mərkəzi televiziya vardı və orada yalnız ermənilərin təbliğatı gedirdi. Baxmayaraq ki, bu sahə, televiziya sahəsi Rüstəm İbrahimbəyova yaxın sahə idi.
Azərbaycan çiçəklənən zaman birdən onun azərbaycanlı olduğu yadına düşüb, ya da kimsə yadına salıb və ölkəmiz haqda danışmağa başlayıb. Təbii ki, bunlar Rüstəm İbrahimbəyovun fikirləri deyil, onu ortaya atan qüvvələr var. Bunların hamısı bizim üçün aydındır. İndi hərəsi bir tərəfdən yavaş-yavaş meydana çıxır. Neçə ildir xidmət etdikləri xüsusi xidmət orqanları bunları atıb ortaya və əvvəlki fəaliyyətlərini davam etdirirlər. Rüstəm İbrahimbəyov Rusiyanın adamıdır, o, Rusiyaya işləyir.
Azərbaycanda Rüstəm İbrahimbəyovun yubileyləri keçiriləndə ölkənin iqtisadi vəziyyəti indikindən ağır idi, quruculuq-abadlıq işləri indiki səviyyədə getmirdi, ölkənin gəlirləri az idi, dövlət büdcəsi 1 milyard dollar da deyildi. İndi dövlət büdcəsi 25 milyard dollardır. Bu vəsaitlər də əhalinin sosial problemlərinin həllinə, insanların yaxşı yaşamasına, yeni iş yerlərinin açılmasına, beş mindən artıq gəncin xaricdə təhsil almasına xərclənir. Rüstəm İbrahimbəyov nədən narazıdır, narahatdır? İndiyədək bir azərbaycanlını da yaxşı rejissor kimi yetişməsi üçün Rusiyaya aparmayıb, orada yaxşı universitetlərdə oxumasına himayədarlıq etməyib, təhsil haqqına kömək etməyib. Azərbaycan üçün bir nəfər yaxşı rejissor, sənətkar yetişdirməyib”.
Rüstəm İbrahimbəyovun Azərbaycan hakimiyyətinə qarşı mövqe tutmasının Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə baş verdiyini iddia edən Siyavuş Novruzov bildirib: “Amma bunlar Azərbaycan üçün təhlükə deyil. Onlar ölkəmizdə heç nə edə bilməzlər və eləmək qabiliyyətinə də malik deyillər. Rüstəm İbrahimbəyov və onu ortaya atanlar yaxşı bilirlər ki, Azərbaycanda sabit hakimiyyət var, hakimiyyətlə xalq birdir, vətəndaşlar Prezidenti dəstəkləyir. Sadəcə olaraq, bu gün müəyyən məsələlər, layihələrlə bağlı Azərbaycana təzyiq etməyə cəhd göstərirlər. Azərbaycan ümumxalq, dövlət maraqlarını, mənafeyini nəzərə alaraq həmin layihələrdə iştirak etmir. Prezident İlham Əliyev də dəfələrlə deyib ki, biz bu layihələrə qoşulmayacağıq. Bura Gömrük İttifaqı, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İttifaqı daxildir. Bu layihələr xalqın maraqlarına zidd olduğuna görə onlara qoşulmayacağıq, işində iştirak etməyəcəyik. Ona görə də bizə təzyiq etməyə, ara qatmağa çalışırlar. Amma belə təzyiqlər heç bir nəticə verməyəcək. Axıradək dayanacağıq”.
Xəbər lenti
Hamısına baxFormula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53

