/ / Pərvanə Vəliyeva Kenyanın dövlət televiziyasında iqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın verdiyi böyük töhfədən danışıb
Pərvanə Vəliyeva Kenyanın dövlət televiziyasında iqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın verdiyi böyük töhfədən danışıb
19.02.2025 [17:37]
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Kenyanın dövlət televiziyasında (KBC TV) iqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın verdiyi böyük töhfədən danışıb.
Deputat bildirib ki, COP29-da iqlim maliyyəsi ilə bağlı tərəflər arasında konsensus əldə olunub və əvvəlki hədəf üç dəfə artırılaraq illik ən azı 300 milyard ABŞ dolları səviyyəsinə çatdırılıb. Bu, inkişaf etməkdə olan ölkələrə uyğunlaşma və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini gücləndirməyə, texnologiyalar və potensialın artırılması imkanlarına çıxış əldə etməyə şərait yaradacaq. Eyni zamanda, COP29 zamanı İtki və Zərər Fondunun fəaliyyətə başlaması təmin olunub ki, bu da inkişaf etməkdə olan ölkələr üçün itki və zərərin aradan qaldırılması məqsədilə vəsaitlərin əlçatanlığını təmin edib. COP29-un başqa bir mühüm nailiyyəti isə tərəflər arasında Karbon bazarları üzrə 6-cı maddə ilə bağlı qəbul edilən qərar olub. Bakı iqlim maliyyəsi “Bakı Sıçrayışı” kimi adlandırılıb və bu, iqlim diplomatiyasında böyük bir uğurdur.
Azərbaycan “yaşıl enerji”nin inkişafını əsas prioritetlərindən biri kimi müəyyənləşdirib və bu sahədə beynəlxalq enerji şirkətləri və maliyyə institutları ilə sıx əməkdaşlıq edir. Ölkəmiz 28 qiqavatlıq bərpa olunan enerji potensialını reallaşdırmaq üçün işləyir. Əsas hədəflərdən biri 2030-cu ilə qədər quraşdırılmış bərpa olunan enerji gücünün ölkənin ümumi enerji balansında payını 30%-ə çatdırmaqdır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji” zonalarına çevirmək və bu ərazilərdə 2050-ci ilə qədər “sıfır emissiya” statusuna nail olmaq üçün əhəmiyyətli layihələr icra olunur. Bu strategiya çərçivəsində davamlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhər və kəndlərin yaradılması, minlərlə hektar meşənin bərpası kimi innovativ yanaşmalar həyata keçirilməsi planlaşdırılır.
Azərbaycan iqlim dəyişikliyi kimi qlobal çağırışlara cavab verməkdə əsas rolunu sübut edib. Biz növbəti iqlim maliyyəsi hədəfini müəyyənləşdirdik ki, bu da iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox vəsaitin əlçatan olmasını təmin edir. Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı enerji tərəfdaşı kimi tanınır.
Gələn il Bakı BMT-nin iki beynəlxalq tədbirinə – Dünya Şəhərsalma Forumu (WUF) və Dünya Ətraf Mühit Günü (WED)-nə ev sahibliyi edəcək. Bu tədbirlərin əsas məqsədi iqlim dəyişmələri ilə mübarizə aparmaq, yüksək uyğunlaşma səviyyəsinə malik şəhərlər yaratmaq, ağıllı şəhər və kənd konsepsiyalarının tətbiqini genişləndirmək və müasir urbanizasiya planları vasitəsilə iqlim dəyişmələrinin təsirlərini azaltmaqdır. BMT-nin UN-Habitat təşkilatı tərəfindən təşkil olunan və Bakının ev sahibliyi edəcəyi bu forumda kənd təsərrüfatı, enerji, sağlam və sürətlə inkişaf edən şəhərlər daxil olmaqla, optimal, səmərəli və davamlı şəhərlərin yaradılması diqqət mərkəzində olacaq.
Bütün bu təşəbbüslər və yanaşmalar bir daha sübut edir ki, Azərbaycan Yer kürəsinin qorunmasında lider mövqeyini nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

