/ / Əli Əhmədov: Minsk qrupunun həmsədr dövlətləri məsələyə konkret münasibət bildirsəydilər, münaqişənin tənzimlənməsi istiqamətində daha ciddi addımların atılmasına nail olmaq mümkün olardı
Əli Əhmədov: Minsk qrupunun həmsədr dövlətləri məsələyə konkret münasibət bildirsəydilər, münaqişənin tənzimlənməsi istiqamətində daha ciddi addımların atılmasına nail olmaq mümkün olardı
20.06.2013 [00:34]
“ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərləri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi ilə bağlı narahatçılığı ifadə edən bəyanatlar səsləndirilməsini ümumilikdə müsbət qiymətləndirmək olar”. Bu fikri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, bu, böyük dövlətlərin, Minsk qrupunun həmsədrlərinin münaqişənin nizama salınmasını unutmadığının götəricisidir. Onun sözlərinə görə, həqiqət ondan ibarətdir ki, 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, münaqişə hələ də həll olunmayıb.
“Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərinin vəziyyətində dəyişiklik baş verməyib. Onlar hələ də öz yurd-yuvalarına qayıda bilməyiblər. Beləliklə, tarixi həqiqət bərpa olunmayıb” - deyən YAP Sədrinin müavini qeyd edib ki, tarixi həqiqətin bərpa olunmamasının günahının böyük bir hissəsi də münaqişənin nizama salınması kimi əhəmiyyətli missiyanı öz üzərinə götürmüş Minsk qrupunun öz vəzifəsinin öhdəsindən gələ bilməməsidir: “Mən təsəvvür edə bilmirəm ki, Minsk qrupu bu münaqişəni həll etmək missiyasını öz üzərinə götürəndən bu günə qədər, 20 il ərzində bu vəzifəni öhdəsindən gələ bilməyib. Bu məqamda onlar kimləri günahlandırmaq istəyir ki? Bu məntiqi başa düşmək mümkün deyil. Nə qədər ki, işğalçının işğal etdiyi torpaqları geri qaytarması tələbi Minsk qrupunun bütün həmsədr dövlətləri tərəfindən konkret şəkildə qoyulmayıb, münaqişənin nizama salınması sahəsində irəliyə addım atmaq mümkün olmayacaq. Hesab edirəm ki, Minsk qrupunun həmsədr dövlətləri bu məsələyə konkret münasibət bildirsəydilər, münaqişənin tənzimlənməsi istiqamətində daha ciddi addımların atılmasına nail olmaq mümkün olardı”.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

