Ölkəmizdə siyasi dialoq mühiti dərinləşir
11.03.2025 [10:20]
Ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi məqsədilə müxtəlif layihələr icra olunur. Azərbaycan ictimaiyyəti son illər ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir. Siyasi dialoq ilə əlaqədar bütün təşəbbüslər mətbuatda işıqlandırılır və bu məlumatlar ictimaiyyət üçün tam olaraq açıqdır.
Qeyd edək ki, siyasi dialoq mühitinin təşviqi ilə bağlı təşəbbüslər institusional və qanunverici müstəvilərdə olmaqla yanaşı, ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşdırılması kimi mühüm sahəni də əhatə edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu təzahürləri davamlı olaraq qeyd edir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin martın 6-da Xankəndi, Əsgəran və Xocalıya növbəti birgə səfərinin təşkil olunması da ölkəmizdə dialoq mühitinin nümunəsidir.
Arzuxan Əlizadə: Siyasi islahatlar sağlam dialoqa xidmət edir
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə bildirib ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin yeganə amalı inkişaf siyasətinə dəstək vermək və bu prosesdə fəal iştirak etməkdir. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin iradəsi əsasında milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar mühüm yeniliklərə yol açıb: “Dialoqun inkişafı əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırıb. Ümummilli məsələlərdə də vahid mövqe yaranıb. Fikrimcə, ölkəmizdə postmüharibə dövründə dialoqun daha da gücləndirilməsi olduqca vacibdir. Bu mənada, işğaldan azad olunmuş ərazilərimizə təşkil olunan səfərlər çox əhəmiyyətlidir”.
A.Əlizadə qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Xankəndi, Xocalı və Əsgəranda böyük quruculuq işləri həyata keçirilir. “Siyasi partiyalar olaraq bu prosesdə dövlətimizə siyasi dəstək verməliyik. Ölkəmizdə ümummilli məsələlərdə həmrəylik və birliyimizi hər zaman qorumalıyıq”, deyə partiya sədri vurğulayıb.
Fazil Mustafa: Belə səfərlər partiyalararası dialoqun inkişafına kömək edir
Böyük Quruluş Partiyasının (BQP) sədri, parlamentin komitə sədri Fazil Mustafa bildirib ki, Prezident Administrasiyasının işğaldan azad edilmiş ərazilərimizə təşkil etdiyi səfərlər çox yüksək səviyyədədir. Onun sözlərinə görə, bu əraziləri görmək, işğaldan azad olunmuş torpaqlarımızı bir daha ziyarət etmək bir xoşbəxtlikdir: “İndi bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, hər yerdə quruculuq işləri gedir. Bu, bütün Azərbaycan üçün böyük fəxarətdir. Biz də siyasi partiyalar olaraq burada olan mənzərəni müşahidə etdikcə, özümüzün düşüncəmizi, dünyagörüşümüzü daha fərqli formada inkişaf etdiririk və bura ilə bağlı təəssüratlarımızı formalaşdırırıq”.
Partiya sədri qeyd edib ki, belə səfərlər, həm də partiyalararası dialoqun inkişafına kömək edir, partiya təmsilçiləri, media nümayəndələrinin bir yerdə gələcək barədə düşünməsi fürsəti yaradır: “Ona görə də çox faydalı bir tədbirdir və biz bundan ancaq bəhrələndik. Qarabağa növbəti səfərlə bağlı təəssüratlarımız çox böyükdür”.
Elşən Musayev: Ümummilli məsələlər bizdən hər zaman birlik və həmrəylik tələb edir
“Prezident Administrasiyasının təşkilatçılığı ilə biz növbəti səfərimizdə Qarabağda baş verən quruculuq işləri ilə tanış olmaq, həm də bu ərazilərdə görülən işlərin, proseslərin şahidi olmaq, əhalinin məskunlaşması ilə bağlı bilgilər əldə etmək fürsəti qazandıq. Çox sevindik. Çünki, illər öncə bunu arzulayırdıq. Amma zaman göstərdi ki, biz gəldik və bayrağımızı burada dalğalandırdıq”. Bu fikirləri isə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri (ADMP), millət vəkili Elşən Musayev deyib. E.Musayev bildirib ki, artıq Qarabağ Universiteti fəaliyyət göstərir, Qarabağ stadionu qarşımıza panorama olaraq açılır, binalar tikilir, insanlar köçməyə başlayırlar və biz Qarabağın artıq həqiqətən də tam mənada Azərbaycanı bütövləşdirdiyinin şahidi oluruq.
“Ona görə də bu səfərin təşkilatçılarına təşəkkür edirik. Belə gözəl səfərlər, həm də partiyalararası dialoqun inkişafına da fayda verir. Çünki bütün bunlar ümummilli məsələlərdir ki, bizdən hər zaman birlik və həmrəylik tələb edir”,-deyə partiya sədri vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

