Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülh prosesi Cənubi Qafqaza yeni baxış qazandırır

Sülh prosesi Cənubi Qafqaza yeni baxış qazandırır

16.10.2025 [11:39]

Böyük Britaniya silah embarqosunu tamamilə ləğv edir

Azərbaycanın təşəbbüsü və qətiyyəti ilə Cənubi Qafqazda formalaşan sülh prosesi regionun inkişafında yeni bir mərhələ açır. Artıq bölgəmiz qlobal dünya ilə münasibətlərdə daha fərqli bir aspektdən çıxış edəcək - Cənubi Qafqaz konfrantasiyalı bölgə kimi yox, sülh şəraitli, sabit və inkişafa doğru can atan region kimi dəyərləndiriləcək. Bu ilin sentyabrında başlanan və Ermənistan ilə Azərbaycanın avqustda birgə imzaladığı müvafiq müraciətə əsaslanan ATƏT-in Minsk qrupunun ləğvi prosesi regionda hər hansı bir münaqişənin və ya qarşıdurmanın olmadığını bir daha sübuta yetirir. Dünya dövlətlərinin məsələyə münasibəti də adekvatdır - bu, həm də bölgədə yaranan yeni reallıqların dünya ictimaiyyəti tərəfindən tam qəbul edilməsi deməkdir.

Məsələn, Böyük Britaniya Azərbaycan və Ermənistana qarşı silah embarqosunu tamamilə ləğv edir. Bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautin Böyük Britaniya parlamentinin saytında dərc olunmuş yazılı açıqlamasında bildirib. Bəyanatda qeyd edilir ki, London Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişi alqışlayır. Nazirin sözlərinə görə, bu, “sülh və sabitliyə doğru mühüm addımdır”.

Dautin xatırladıb ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli sammit keçirilib. Zirvə görüşündən sonra sülh müqaviləsi paraflanıb və bəyannamə imzalanıb. Sənədə əsasən, Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətlərini ticarət, təhlükəsizlik və müdafiə sahələrində strateji tərəfdaşlığa yüksəltmək qərarına gəlib.

 “Biz Minsk qrupunun buraxılmasının tərəfdarıyıq. Əldə edilmiş irəliləyiş nəzərə alınmaqla, biz hesab edirik ki, 1992-ci ildə ATƏT-in silah embarqosu artıq aktual deyil. Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə ləğv edir. Bu, təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına kömək edəcək və hibrid təhdidlərə cavab olaraq bu ölkələrin suverenliyini və ərazi bütövlüyünü qoruyacaq. İxrac lisenziyaları ciddi meyarlar əsasında ayrı-ayrılıqda nəzərdən keçiriləcək”.

ATƏT-in çağırışı, BMT-nin qətnamələri...

Sözügedən embarqo ötən əsrin 90-cı illərinin əvvəlində Ermənistanın Azərbaycana qarşı başladığı işğalçı müharibədən qaynaqlanırdı. Belə ki, 1991-1992-ci illərdə SSRİ dağıldıqdan sonra Dağlıq Qarabağ və ətrafındakı ərazilər Ermənistan tərəfindən işğal olunmağa başladı. Qısa zamanda Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar gücləndi. Beynəlxalq aləm keçmiş SSRİ məkanındakı təhlükəsizliyi ciddi təhdid edən bu eskalasiyanı dayandırmaq məqsədilə 1992-ci ilin fevralında ATƏT-in (o zaman ATƏM adlanırdı) “müvəqqəti və könüllü” silah embarqosunu tətbiq etməyə çağırışı yayıldı - məqsəd döyüşən qüvvələrə silah və sursat göndərilməsinin qarşısını almaqla müharibənin daha da dərinləşməsinin önünə keçmək idi. Bu çağırış hüquqi olaraq könüllü xarakter daşıyırdı - yəni, ATƏT iştirakçıları silah satışını dayandırmağa çağırılırdı.  Bu çağırış vahid məcburi BMT qərarı deyildi. Buna görə çağırış haqqında danışılanda “multilateral, könüllü” embarqo termini işlədilir.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası o zamankı Ermənistan-Azərbaycan münaqişəsi ilə məlum qətnamələri qəbul etdi və dövlətləri “hər hansı bir silah tədarükündən çəkinməyə” çağırdı. Bu qətnamələr də məcburi tədbirlər (Chapter VII-ya əsaslanan) formatında deyil - daha çox tərəflərə çağırış/pressing idi. Başqa sözlə, 1993-cü il qərarları da embarqonu sərt şəkildə məcbur edən sanksiya tipli qərar deyildi, amma beynəlxalq səviyyədə embarqonun leqal çərçivəsini gücləndirdi. 

Embarqoya tam riayət olunmadı...

ATƏT-in çağırışı və BMT qətnamələri əsasən “münaqişəni daha da dərinləşdirə biləcək” hər cür silah və sursatın çatdırılmasından çəkinməyi nəzərdə tuturdu - yəni zirehli texnika, top-mühərriklər, kiçik silahlar, sursat və s. konkret siyahı kimi hər ölkənin ixrac nəzarət qaydalarına uyğun şəkildə tənzimlənirdi. Könüllü olması səbəbindən embarqo vahid və universal icraya malik olmadı. Qərb ölkələrinin çoxu (bəzi hallarda rəsmi olaraq) embarqoya riayət etsə də, münaqişədə birbaşa və ya dolayı yolla silah axınları davam etdi. Məsələn, Fransa və başqa dövlətlər açıq şəkildə Ermənistanı silahlandırdılar - paralel olaraq, başqa dövlətlər də müxtəlif dövrlərdə tərəflərə silah və hərbi texnika tədarükü etdilər və ya embarqonu tam anlamıyla tətbiq etmədilər. Bu da embarqonun effektivliyini məhdudlaşdırdı. Məsələ burasında idi ki, embarqonun icrasını yoxlayan vahid beynəlxalq səlahiyyət və ya müfəttiş qurum yaradılmamışdı: nəticədə, silah tədarüklərinə nəzarət imkanları mövcud deyildi.

Qeyd edək ki, keçmiş “münaqişə”nin militarizasiyasının məhdudlaşdırılması yönündə atılan bu addım rəsmi səviyyədə bəzi tədarükləri dayandırsa da, qeyri-rəsmi və üçüncü ölkə kanalları vasitəsilə silah axını davam etdiyindən hərbi əməliyyatlar və işğal prosesi tamamilə dayandırılmadı. Sadəcə olaraq, embarqo o zamankı beynəlxalq ictimaiyyətin münaqişə ilə bağlı narahatlığının göstəricisi idi və sonrakı BMT qətnamələrinin siyasi zəminini yaradırdı.

Bakının qlobal təhlükəsizliyə yeni töhfəsi...

Artıq regionda siyasi-hərbi vəziyyət dəyişib - işğal prosesinə son verilib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olunub. Avqustun 8-də Vaşinqtonda paraflanan sülh sazişi isə Cənubi Qafqazın stabil inkişafı üçün yeni mərhələ formalaşdırır. Qısa zamanda sülh sazişinin imzalanması bu sabitlik indeksini daha da gücləndirəcək. Başqa sözlə, sülhün imzalanması:

- Ermənistanın dünya dövlətləri ilə münasibətində daha fərqli bir məcra formalaşdıracaq;

- Dünyanın aparıcı dövlətlərinin bölgəyə münasibətində daha müsbət tonlar oturuşduracaq;

- Qərb-Şərq tranzit yolu üzərində ən effektiv logistik seqment kimi Cənubi Qafqazın yerini daha da möhkəmləndirəcək;

- Ən əsası, Cənubi Qafqazın stabil bölgə statusunu təsdiqləyəcək.

Beləliklə, Azərbaycanın sülh prosesi istiqamətindəki qətiyyətinin bir daha bölgənin ümumi inkişaf mənzərəsinə qazandırdığı müsbət ştrixlər vurğulanmalıdır. Bakının qlobal təhlükəsizliyin ən mühüm, hətta açar regionlarından sayılan Avrasiyanın mərkəzində sabitlik formalaşdırması göründüyü kimi, yeni tendensiyalara yol açır...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 32 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

3 badam, 1 qoz

15 Oktyabr 15:07  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31