/ / “Milli Olimpiya Komitəsi ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib
“Milli Olimpiya Komitəsi ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib
14.11.2013 [09:45]
Dünən Milli Olimpiya Komitəsində (MOK) bu qurumla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə “Milli Olimpiya Komitəsi ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, media orqanlarının baş redaktorları və digər qonaqlar iştirak ediblər. Konfrans iştirakçılarını salamlayan Çingiz Hüseynzadə tədbirin əhəmiyyətindən bəhs edərək, Azərbaycanda idmanın dinamik inkişaf etdiyini və bu sahəyə yüksək diqqət olduğunu vurğulayıb. İdmanın inkişafının mediada işıqlandırılmasının da mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb. Daha sonra çıxış üçün söz alan Vüqar Səfərli müsabiqənin keçirilməsinin məqsədindən söz açıb. Qeyd edib ki, burada başlıca məqsəd, Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafının KİV-lərdə təbliğini daha da genişləndirmək və bu sahədə peşəkar idman jurnalistlərinin yaradıcılığını keyfiyyətcə yeni mərhələyə qaldırmaqdır. V.Səfərli müsabiqəyə 27 yazının təqdim olunduğunu bildirib: “Müsabiqəyə daxil olan yazılar kodlaşdırılaraq münsiflərə təqdim edilib. İdman spesfik sahə olduğundan yazıların qiymətləndirilməsi sırf bu sahə üzrə ekspertlərə həvalə olunub”.
V.Səfərli müsabiqə arxada qaldığından yazıları qiymətləndirən ekspertlərin adlarını da açıqlayıb: “Müsabiqədə yazıları qiymətləndirən ekspertlər Bakı Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Təhsil” respublika İdman Sağlamlıq Mərkəzinin baş direktoru Cəfər Hümbətov, Gənclər və İdman Nazirliyinin Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Qədəmşah Sadıxov olub”.
Konfrans iştirakçılarına tədbirdə iştirak edən media orqanlarının baş redaktorlarını təqdim etdikdən sonra, çıxış üçün söz ekspertlərə verilib.
Ekspertlərdən Raqif Abbasov müsabiqəyə təqdim olunan yazıların qiymətləndirmə meyarlarından danışıb. İdman jurnalistikasının mövcud durumuna toxunan natiq bu sahənin inkişafından da geniş bəhs edib.
Cəfər Hümbətov və Qədəmşah Sadıxov da müsabiqəyə təqdim olunan yazılar barədə öz fikirlərini bildiriblər. Azərbaycan Mətbuat Şurasının sədri Ə.Amaşov isə Azərbaycan bayrağını zirvələrə qaldıran idmançılarımızın uğurlarının bütün xalq tərəfindən böyük rəğbətlə qarşılandığını və hər bir azərbaycanlını sevinc hisslərinə qərq etdiyini bildirib. O, bu qəbildən olan tədbirlərin jurnalistlərin, o cümlədən idman yazarlarının yaradıcılığına müsbət təsir göstərdiyini də xüsusi olaraq vurğulayıb. Digər çıxış və təkliflərdən sonra müsabiqənin qaliblərini mükafatlandırma mərasimi keçirilib.
Belə ki, müsabiqədə birinci yer “Mövqe” qəzetinin müxbiri Mübariz Bayramova təqdim edilib. 2-ci yerin qalibi “İdmançı” qəzetinin redaktoru Dilqəm Quliyev, 3-cü yerin qalibi isə “Olimpiya dünyası” qəzetinin şöbə müdiri Anar Əhmədov olub. “Palitra” qəzetinin müxbiri Anar Miriyev, “525-ci qəzet”in yayım üzrə direktoru İlqar Tağıyev, “Təhsil Problemləri” qəzetinin müxbiri Dilşad Yusifova, “Olimpiya dünyası” qəzetinin şöbə müdiri Aysel Sultanova, “Zaman-Azərbaycan” qəzetinin müxbiri Əziz Mustafayev, “Xalq sözü” qəzetinin baş redaktoru (İmişli rayonu) Səməd İsmayılov, “Futbol+qol” qəzetinin baş redaktoru Fariz Vəliyev isə həvəsləndirici mükafata layiq görülüblər.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

