/ / Türkiyənin “Hürriyet Daily News” qəzetində “Azərbaycanda innovativ ictimai xidmət” sərlövhəli məqalə dərc edilib
Türkiyənin “Hürriyet Daily News” qəzetində “Azərbaycanda innovativ ictimai xidmət” sərlövhəli məqalə dərc edilib
16.01.2014 [14:43]
Azərbaycan Hüquqşünaslar Konfederasiyasının baş katibi Kamal Cəfərovun Türkiyənin “Hürriyet Daily News” qəzetində “Azərbaycanda innovativ ictimai xidmət” sərlövhəli məqaləsi dərc edilib.
AzərTAc xəbər verir ki, məqalədə qeyd olunub ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda yaradılan yeni mobil ID layihəsi, “Asan imza” vətəndaşlara mobil telefondan təhlükəsiz elektron şəxsiyyət vəsiqəsinin bir növü kimi istifadə etməyə imkan verir. ID kart kimi bu yenilik təhlükəsiz e-xidmətlərə çıxış və sənədlərin elektron imzalanması üçün istifadə oluna bilər və onun üstün cəhəti kart oxuyucusu tələb etməməsidir. Hazırda “Asan imza” yalnız vergi məsələləri üçün istifadə edilir, lakin qısa müddətdə bank, maliyyə və park sahələrini də əhatə edəcək.
Müəllif vurğulayıb ki, əslində, m-hökumət e-hökumətdə tamamlayıcı rol oynayır. Belə ki, m-hökumət əvvəllər elektron mühitdən xaric olan insanların həyat səviyyəsini yaxşılaşdıra bilər. Xüsusilə, mobil texnologiyalar ictimai informasiyaya və xidmətlərə rahat çıxışı təmin edir. Məsələn, ucqar ərazilərdə vətəndaşlar təkmilləşdirilmiş m-tibbi yardım, bildirişlər və təcili tibbi siqnallar ala bilərlər.
Qeyd edilib ki, m-hökumət xidmətin çatdırılmasında mövcud olan “online” və “offline” üsulların aradan qaldırılmasını nəzərdə tutmur, əksinə, ictimai sektorda təkcə mövcud olan xidmətlərə çıxışı artırmaqla deyil, həm də yeni xidmətlərin tərtibi və çatdırılmasını mümkün etməklə, güclü və transformasiya olunan imkanlar təqdim edir.
Yazıda bildirilib ki, m-hökumətlə bağlı bir sıra tədbirlər görülməlidir. Əvvəlcə, vətəndaşlar ictimai xidmətdə yeni trend üçün hazır olmalı və bu xidmətlər, həmçinin onların mahiyyəti haqqında məlumatlandırılmalıdırlar. İkincisi, zəruri infrastruktur və bu yeni texnologiyaya dəstək sistemi olmalıdır. Üçüncüsü, yuxarıda qeyd olunan bütün xidmətlər üçün müştəri mərkəzi fəaliyyət göstərməlidir. Nəhayət, proqram interfeysləri istifadə üçün daha asan bir şəkildə tərtib olunmalıdır. Bundan əlavə, təhlükəsizlik məsələləri və məlumatların məxfiliyi bu yeni trend üçün üstün prioritetlərdən olmalıdır.
Məqalənin ingilis dilində tam versiyası ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: http://www.hurriyetdailynews.com/innovative-public-service-in-azerbaijan.aspx?pageID=238&nID=61032&NewsCatID=396
Xəbər lenti
Hamısına baxFormula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53

