Bu gün Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yığıncağı keçiriləcək
18.04.2014 [10:45]
Akademik Ramiz Mehdiyevin də iştirak edəcəyi yığıncaqda AMEA Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti müzakirə olunacaq
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncaq keçiriləcək. Tədbirdə ötən il əldə olunan nailiyyətlərə dair hesabat dinləniləcək, qarşıda duran vəzifələr, problemlər və gələcək işlərə nəzər salınacaq. Həmçinin, AMEA-nın elmi müəssisələrinin nailiyyətləri ilə əlaqədar sərgi təşkil olunacaq və bir neçə alimə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim ediləcək.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev iştirak edəcək.
Sözügedən yığıncaq Azərbaycanda elmin inkişafı sahəsində son bir ildə əldə olunan uğurları ictimaiyyətin diqqətinə çatdıracaq.
Vurğulamaq yerinə düşər ki, Azərbaycanda elmin inkişafı dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu gün ölkədə elmin inkişafı əsas etibarilə Prezident İlham Əliyevin 4 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın müəyyənləşdirdiyi prinsiplər əsasında gerçəkləşir. Strategiya elmi tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsinə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılmasına, elm sahəsində idarəetmə sisteminin modernləşdirilməsinə, yüksəkixtisaslı kadrların hazırlanmasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına yönəlmiş dövlət siyasətinin əsas istiqamətlərinin, bu sahədə həyata keçiriləcək tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur.
Eyni zamanda, dövlət başçısının 2009-cu il 21 oktyabr tarixli Sərəncamına əsasən, Prezident yanında Elmin İnkişafı Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda elmi araşdırmaların stimullaşdırılması, ölkənin təbii sərvətlərinin, mədəni və tarixi irsinin öyrənilməsi işlərinin intensivləşdirilməsi, elmin müxtəlif sahələri üzrə tədqiqatların səmərəliliyinin artırılması və Azərbaycan elminin dünya səviyyəsində layiqincə təmsil olunmasına dövlət dəstəyinin təmin edilməsidir. Elmin inkişafının təşviq edilməsi, alimlərin potensialının üzə çıxarılması məqsədilə Fond hər il müxtəlif elm sahələri üzrə qrant layihələri təşkil edir.
2013-cü ildə isə Azərbaycan elminin inkişafında növbəti əlamətdar hadisə Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclər Mükafatı”nın təsis edilməsi oldu. Mükafat elm, mədəniyyət, o cümlədən, ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün müəyyənləşdirilib. Qeyd olunan mükafat elm sahəsində gənclər arasında rəqabət mühitini formalaşdırmaqla bərabər bu sahədə uğurlar əldə etmiş gənc alimlərin fəaliyyətinə stimul verir.
Qeyd edək ki, elmin inkişafına dəstək məqsədilə, hər il bu sahəyə dövlət büdcəsindən iri həcmdə vəsait ayrılır və ayrılan məbləğin miqdarı ildən-ilə artırılır. 2014-cü ilin dövlət büdcəsindən isə elmin inkişafına 140,3 milyon manat ayrılması nəzərdə tutulub. Bu, 2013-cü illə müqayisədə 16,3 milyon manat və ya 12,5 faiz çoxdur. Ayrılan vəsaitin əsas etibarilə, əməkhaqqı sisteminin təkmilləşdirilməsinə, pensiya təminatının yaxşılaşdırılmasına, elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının gücləndirilməsinə xərclənməsi planlaşdırılıb. Əlbəttə ki, görülən bu işlər ölkəmizdə elmin sürətli inkişafını təmin etməklə yanaşı, Azərbaycanın yaxın gələcəkdə regionun elm mərkəzinə çevrilməsini də şərtləndirir.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

