Azərbaycan ilə Niderland arasında əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunub
26.04.2014 [12:00]
Aprelin 25-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Oqtay Əsədov son illərdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə inkişaf edən əməkdaşlıqdan və dostluq münasibətlərindən danışıb. Sədr ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Rene Van der Lindenin “Dostluq” ordeni ilə təltif edilməsini dostluğumuzun ən gözəl nümunəsi kimi qiymətləndirib.
Yaxın günlərdə Bakıda Azərbaycan-Niderland biznes forumunun keçirildiyini xatırladan O.Əsədov ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsində biznes forumların əhəmiyyətini qeyd edib. O, münasibətlərin inkişafı üçün yeni sənədlərin imzalanmasının və hüquqi bazanın daha da möhkəmləndirilməsinin vacibliyinə toxunub.
Milli Məclisin sədri qeyd edib ki, sürətlə inkişaf etməkdə olan Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Biz münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarıyıq. Lakin Ermənistan beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi sənədlərə məhəl qoymur. Bununla əlaqədar işğalçı dövlətə heç bir sanksiya tətbiq edilmir.
O.Əsədov Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə və AŞ PA kimi mötəbər bir qurumun sədri olduğu dövrdə Cənubi Qafqazda, xüsusən Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə bağlı həqiqətləri söyləməkdən heç vaxt çəkinmədiyinə görə Rene Van der Lindenə təşəkkürünü bildirib.
Rene Van der Linden Azərbaycana yenidən səfər etməsindən, dostluq münasibətləri və çox yaxşı əlaqələrin olmasından məmnunluğunu ifadə edib. Qonaq Azərbaycana səfərləri çərçivəsində keçirdiyi görüşləri xatırlayaraq ölkəmizdə gedən inkişafdan məmnunluqla danışıb. O, ölkəmizdəki hərtərəfli inkişafı iqtisadi yüksəlişin göstəricisi kimi dəyərləndirib, Azərbaycan ilə Niderland arasında iqtisadi, biznes, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.
Niderland Senatının üzvü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunacağına inandığını deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07

