/ / Əli Həsənov: Azərbaycanda ayrıca İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ehtiyac var
Əli Həsənov: Azərbaycanda ayrıca İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ehtiyac var
08.05.2014 [09:33]
Hazırda Azərbaycanın informasiya təhlükəsizliyi mühitinə təsir edən əsas amillərin müəyyənləşdirilərək sistemləşdirilməsi və onların ayrıca formada İnformasiya Təhlükəsizliyi Konsepsiyasında öz əksini tapması vacibdir. Trend xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransına təqdim etdiyi məqalədə öz əksini tapıb.
PA rəsmisi bildirib ki, Milli İnformasiya Təhlükəsizliyi Konsepsiyasında həm də beynəlxalq aləmdə, ölkə daxilində, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən proseslərin dövlət informasiya təhlükəsizliyinə təsiri və bundan irəli gələn vəzifələr əksini tapmalıdır.
Ə.Həsənovun sözlərinə görə, İnformasiya Təhlükəsizliyi Konsepsiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçiriləcək informasiya siyasətinin əsas istiqamətləri və bu sahədə qarşıda duran vəzifələr ayrıca əks etdirilməlidir: “Hazırda Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsində Ermənistan xüsusi canfəşanlıq göstərir. Erməni diasporu müxtəlif ölkələrin informasiya vasitələrində Azərbaycanın dünyada gündən-günə artan nüfuzuna, siyasi, iqtisadi, mədəni sahələrdə əldə etdiyi uğurlara kölgə salmağa çalışır. Bu məsələdə ermənipərəst və daxili siyasi dairələr xüsusi aktivlik nümayiş etdirirlər. Ermənilərin və onlara himayədarlıq edən siyasi dairələrin əsas məqsədi, nəyin bahasına olursa-olsun, beynəlxalq ictimai rəydə Azərbaycan barədə mənfi fikir formalaşdırmaqdır”.
PA rəsmisinin fikrincə, Milli Təhlükəsizlik Konsepsiyasında və “Milli təhlükəsizlik haqqında” Qanunda informasiya təhlükəsizliyi problemi əsas vəzifə kimi qoyulmur, yalnız ölkənin ümumi milli təhlükəsizliyi fonunda təsnif olunur.
Ə.Həsənov qeyd edib ki, həmin sənədlərdə informasiya təhlükəsizliyi ilə bağlı sadalanan təhdidlər də bir qədər ümumi xarakter daşıyır və ölkənin siyasi, iqtisadi, müdafiə, sosial-milli, elm, texnika, mənəvi-əxlaqi və digər sahələr üzrə konkret informasiya təhlükəsizliyi tələblərinə toxunmur: “İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, Azərbaycanda da bu sahə üzrə ayrıca İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ehtiyac var. Həmin konsepsiyada milli informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin hüquqi əsasları müəyyənləşdirilməli, dövlətin informasiya mühitinin təhlükəsizliyinə təhdidlər sistemli formada öyrənilməli, qruplaşdırılmalı və təhdidlərin doğura biləcəyi konkret nəticələr proqnozlaşdırılmalıdır. Eyni zamanda, bu sahə üzrə dövlət qurumlarının praktiki fəaliyyətinin effektivliyi ciddi şəkildə təmin edilməlidir”.
Ə.Həsənov bildirib ki, hər bir ölkədə informasiya təhlükəsizliyinə təhdidlərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması milli təhlükəsizliyin bütövlükdə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir: “Azərbaycanda informasiya təhlükəsizliyi sahəsindəki əsas vəzifələrin yerinə yetirilməsi, milli informasiya resurslarının qorunması və təhdidlərin qarşısının alınması, bu sahədə effektli tədbirlərin gücləndirilməsi məqsədilə son zamanlar dövlət səviyyəsində ciddi fəaliyyət başlanıb”.
Vurğulanıb ki, müstəqilliyə nail olduqdan sonra Azərbaycanın milli təhlükəsizliyinin əsas problemlərindən biri ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı olub.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda söz və informasiya azadlığının bərqərar olmasının, azad informasiya mühitinin və müstəqil kütləvi informasiya vasitələrinin yaradılması siyasətinin banisi Ümummilli lider Heydər Əliyevdir.
Şöbə müdirinin sözlərinə görə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, qərarların qəbulu və idarəçilikdə ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi üçün Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.
Sənəddə informasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, normativ-hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində, vergi nəzarəti və yoxlamaları prosesində, mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması, açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

