Azərbaycan dövlətinin apardığı təbliğat erməni yalanlarını ifşa edir
23.04.2009 [17:03]
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin geniş keçirilməsinə dair Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində, o cümlədən, Muxtar Respublikada silsilə tədbirlər keçirilir. Bu barədə qəzetimizə açıqlamasında Prezident Administrasiyası İctimai - siyasi şöbənin sektor müdiri Qafar Əliyev məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə keçirilən tədbirlərin böyük siyasi əhəmiyyəti var: “Azərbaycan Respublikasına ərazi iddialarında olan və torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ problemindən yayındırmaq üçün müxtəlif uydurma iddialarla çıxış edir. Bu məqsədlə, Naxçıvanın guya tarixən Ermənistan dövlətinə məxsus olması yönündə absurd iddalar səsləndirirlər. Onlar bununla bağlı müxtəlif kitablar, broşuralar, jurnallar çap etdirir, tədbirlər keçirirlər. Bütün bunlar bizi ona səsləyir ki, erməni yalanına qarşı ideoloji istiqamətdə fəaliyyətimizi gücləndirək, ermənilərin bu yalanlarını da ifşa edək. Bizim məqsədimiz erməni təbliğatının iç üzünü açmaq, tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, ən əsası Azərbaycanın qədim, doğma, ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqqında olan tarixi həqiqətləri ölkə və dünya ictimaiyyətinə çatdırmaqdır. Bu mənada bu silsilə tədbirlər böyük siyasi, hüquqi və mənəvi əhəmiyyət daşıyır”.
Son illər Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği işində müsbət, titanik irəliləyişlər qeydə alındığını deyən Q.Əliyevin sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərində bu sahədə yaranmış fəsadlar indi aradan qaldırılır: “1990-cı illərin əvvəllərində, daha dəqiq desək, 1991-92-ci illərdə Azərbaycan ictimaiyyətinin başı daxili problemlərə qarışmışdı. Milli birlik yox idi. Hakimiyyətin isə başı iqtidar davasına qarışmışdı. Bunun əksinə erməni ideolji maşını dünyada işləyirdi. Lakin 1993-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün digər istiqamətlərdə olduğu kimi, bu sahədə də dönüş yarada bilmişdi. Sevindirici haldır ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, məkrli erməni siyasətinin əsl üzünün açılması yönündə addımlar atmaq, böyük işlər görmək ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də fəaliyyətində prioritet istiqamətlərdəndir. Azərbaycan inkişaf etdikcə, dünyadakı mövqeləri daha da möhkəmlənir, Azərbaycan öz həqiqətlərini daha inamlı qoruya bilir və qəbul etdirir. Tam səmimiyyətimlə deyə bilərəm ki, bu gün artıq Azərbaycanın apardığı ideoloji iş erməni təbliğatını üstələyir”.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27

