/ / YAP Gənclər Birliyi "Sabaha inamla" layihəsi çərçivəsində ilk dəfə olaraq humanitar aksiya keçirib
YAP Gənclər Birliyi "Sabaha inamla" layihəsi çərçivəsində ilk dəfə olaraq humanitar aksiya keçirib
29.04.2009 [16:31]
Aprelin 28-də Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatında baş tutan tədbiri YAP-ın Gənclər Birliyinin sədri Ramil Həsənov açaraq qeyd edib ki, “Sabaha inamla” layihəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunub. Kimsəsiz, ahıl və xəstə insanlara məhz belə bir vaxtda qayğı göstərilməsinin xeyli vacib olduğunu söyləyən Gənclər Birliyinin sədri “Sabaha inamla” pilot layihəsi çərçivəsində Bakının 11 rayonunda, Sumqayıt şəhərində və Abşeron rayonunda, eləcə də, respublikanın digər bölgələrində humanitar aksiyaların keçiriləcəyini bildirib. Onun sözlərinə görə, partiyanın Gənclər Birliyinin rəhbərliyi və fəal iştirakı ilə keçiriləcək aksiyalar zamanı ahıl və kimsəsiz insanlara ərzaq və dərman preparatları paylanılacaq. Bundan başqa, iki nəfərdən ibarət qruplar bir gün ərzində əvvəlcədən müəyyənləşdirilmiş siyahı üzrə ahıl və kimsəsizlərə qulluq göstərəcək, onların ev işləri ilə məşğul olacaqlar.
Aksiyanın humanitar xarakter daşıdığını vurğulayan Ramil Həsənov aksiya zamanı fərqlənən gənclərə Yeni Azərbaycan Partiyasının diplomlarının və xüsusi pul mükafatlarının təqdim olunacağını da bildirib. Daha sonra o, Nərimanov rayonunda artıq bu aksiyanın başlandığını qeyd edib. Rayon üzrə yüzdən çox kimsəsiz və ahıl insanlara 116 nəfər YAP fəalının qayğı göstərəcəyini vurğulayan Ramil Həsənov bu cür insanlara dəstək verilməsini ulu öndərimiz Heydər Əliyevdən qalan xeyirxah ənənə kimi dəyərləndirib: “Məqsədimiz ulu öndərimiz Heydər Əliyevdən qalan xeyirxahlıq ənənələrini davam etdirməkdir”.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin ölkə vətəndaşlarına, xüsusilə də, ahıl və kimsəsiz insanlara böyük diqqətlə yanaşdığını xatırladaraq bunun bütün xalqımız üçün nümunə olduğunu deyib. Humanitar aksiyaların bundan sonra da davam etdiriləcəyini vurğulayan T.Tağıyev qeyri-hökumət təşkilatlarını, eləcə də, gənclər təşkilatlarını bu aksiyaya qoşulmağa çağırıb. Daha sonra, tədbir Nərimanov rayon sakini “Yazıçı” nəşriyyatının sabiq əməkdaşı Tatyana Apişovanın mənzilində davam etdirilib. Ona ərzaq və dərman preparatlarından ibarət olan bağlama təqdim olunub. YAP-ın Nərimanov rayon Gənclər Birliyinin iki üzvü isə gün ərzində T.Apişovaya qulluq göstərib.
BAHAR
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55

