Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

09.06.2018 [09:06]

İyunun 8-də Baş nazirin müavini Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazirin müavini Əli Həsənova cəbhə xəttinə yaxın ərazilərdə təşkilat tərəfindən həyata keçirilən humanitar layihələr barədə ətraflı məlumat verən Elena Aymone Sessera yaradılan münbit şəraitə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib və həmin layihələrin davamlı olacağını diqqətə çatdırıb.
Baş nazirin müavini humanitar missiyasının icrasında beynəlxalq təşkilata bundan sonra da lazımi dəstək veriləcəyini qeyd edib. Daha sonra Əli Həsənov işğal altında olan Kəlbəcər rayonu ərazisində doğmalarının məzarını ziyarət etmək məqsədi ilə əzəli torpaqlarına səfər zamanı Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətləri ilə bağlı narahatlığını ifadə edib. O, BQXK-nın bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə beynəlxalq humanitar təşkilatın ölkəmizdə gələcək fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30