/ / Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri ölkələrimizin münasibətlərini çox yüksək səviyyəyə çatdırdı
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri ölkələrimizin münasibətlərini çox yüksək səviyyəyə çatdırdı
04.09.2018 [08:50]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri ölkələrimizin münasibətlərini çox yüksək qarşılıqlı etimad və faydalı əməkdaşlıq səviyyəsinə çatdırdı.
Rusiyalı məşhur politoloq Pavel Klaçkov bu fikri Azərbaycanın dövlət başçısının sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfərinin və Prezident Vladimir Putinlə aparılmış danışıqların yekunlarını AZƏRTAC-a şərh edərkən söyləyib.
Pavel Klaçkov deyib: “Prezident İlham Əliyevin Rusiyaya səfəri göstərdi ki, ölkələrimiz arasında diplomatik əlaqələr çox yüksək səviyyədədir. Bu qarşılıqlı fəaliyyət həm ikitərəfli münasibətlərin, həm də daha ciddi beynəlxalq problemlərin geniş spektrini əhatə edir. İndi, dünya nizamının formatının dəyişdiyini müşahidə etdiyimiz bir vaxtda hər iki ölkə birgə olmalıdır ki, beynəlxalq siyasətdə bu qeyri-sabitlik dövrünü ən az itki ilə başa vursunlar. Bunun üçün müxtəlif istiqamətlər üzrə, o cümlədən təhlükəsizlik, hərbi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığı möhkəmləndirmək lazımdır. Səfər uğurlu keçdi və qarşıya qoyulmuş bütün hədəflərə nail olundu”.
Ekspert Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayaraq deyib: “İki ölkə arasında əlaqələr uzunmüddətli və planlı xarakter daşıyır. Ticarət və neft-qaz sahələrində əməkdaşlığın müsbət nəticələri göz qabağındadır. Biz kənd təsərrüfatı sahəsində əməkdaşlığın vacibliyini də başa düşürük. Rusiya bazarına Azərbaycandan çoxlu kənd təsərrüfatı məhsulları daxil olur.
İndi biz səmərəli nəqliyyat modellərini, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin yeni infrastruktur qovşaqlarının yaradılmasını da nizamlamalıyıq. Rusiya üçün Azərbaycanın geosiyasi əhəmiyyəti artır. Biz başa düşürük ki, Hindistana gedib çıxan bu nəqliyyat dəhlizi Rusiya üçün çox vacibdir. Ümumiyyətlə, Azərbaycan ilə Rusiya arasında yaxşı münasibətlər olmasa, bir sıra ölkələrin iqtisadi və təhlükəsizlik problemlərinin həlli mümkün deyil. Cənubi Qafqazda sabitliyin bərqərar edilməsi, burada münaqişəli zonaların olmaması, münasibətlərin kəskinləşməməsi Rusiyanın da maraqlarına uyğundur”.
Rusiyalı politoloq deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi baxımından Rusiya üçün də zəruridir.
Pavel Klaçkov iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə toxunaraq qeyd edib ki, çoxlu sayda biznes layihələri, xüsusən Taman bərə terminalının tikintisi layihəsi var. Rusiyalı ekspert iqtisadi əlaqələrin genişlənməsində Bakının rolunu vurğulayaraq deyib: “Burada iki yanaşmanın sintezi müşahidə olunur. Biz təhlükəsizliyi təmin etmək üçün hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk. Qarşılıqlı etimadın müəyyən səviyyəsinə çatandan sonra isə iqtisadiyyatı inkişaf etdiririk. Rusiya hesab edir ki, burada ardıcıl irəliləmək üçün çox böyük perspektivlər, geniş imkanlar var. Ölkələrimiz iqtisadiyyatın bir sıra sahələrində, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığı addım-addım genişləndirir, hərtərəfli düşünülmüş tədbirlər həyata keçirirlər”.
Xəbər lenti
Hamısına baxSosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32

