Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır

Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır

19.09.2018 [09:43]

Sinxua agentliyi azərbaycanlı həmkarları ilə əməkdaşlığa və informasiya mübadiləsinə böyük əhəmiyyət verir.
AZƏRTAC xəbər verir ki, bu fikir agentliyin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri, Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi və AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşü barədə xəbərlərində yer alıb.
Agentliyin internet səhifəsinin Çin, ingilis və rus dilləri versiyalarında yerləşdirilmiş xəbərlərdə Prezident İlham Əliyevin xəbər agentliklərinin Azərbaycan-Çin münasibətlərinin inkişafındakı böyük rolu barədə fikirləri xüsusi vurğulanır. Qeyd edilir ki, Prezident İlham Əliyev Sinxua agentliyinin Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə yaxşı əməkdaşlıq etməsindən məmnunluğunu bildirib, agentliyin baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən sonra bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Xəbərlərdə, həmçinin vurğulanır ki, Sinxua-nın baş redaktoru Hi Pinq təmsil etdiyi agentliyin azərbaycanlı tərəfdaşları ilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığa hazır olduğunu bildirib.

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30