Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin deputatı QDİƏT komitəsinin Kiyevdə keçirilən iclasında iştirak edib

Milli Məclisin deputatı QDİƏT komitəsinin Kiyevdə keçirilən iclasında iştirak edib

27.09.2018 [09:24]

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İqtisadi, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin Ukraynanın paytaxtı Kiyevdə keçirilən 51-ci iclasında iştirak edib. Tədbir üzv dövlətlərdə kiçik sahibkarlığın inkişafina və dəstəklənməsinə həsr edilib.
İclasda çıxış edən Ə.Amaşov Azərbaycanda sahibkarlığın inkişafından danışıb. O, Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” üzərində dayanaraq sənədin biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün maliyyə resurslarının ayrılması, onların xarici bazarlara çıxışının təmin edilməsi və sair vəzifələrindən söz açıb. Deputat, həmçinin “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı”ndan da danışıb. Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin ölkənin ixrac potensialını gücləndirməyə xidmət etdiyini vurğulayan Ə.Amaşov bildirib ki, QDİƏT-ə daxil olan ölkələrdə kiçik sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirməyə də ehtiyac var. O, bunun üçün zəruri olan məsələlərə diqqət çəkib.

Paylaş:
Baxılıb: 473 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30