Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
15.11.2018 [09:36]
Noyabrın 14-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin, Təbii Ehtiyatlar və Ekologiya Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Ticarət-Sənaye Palatasının və Rusiya Elmlər Akademiyasının dəstəyi ilə keçirilən tədbir MDBMİ-nin Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutu tərəfindən “Xəzərin elmi və innovasiyaları” Şurası ilə birgə təşkil edilib.
Forumda çıxış edən Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev qeyd edib ki, dünyada ən zəngin ehtiyat mənbələrindən biri olan Xəzər dənizi onun sahillərində yerləşən beş ölkənin və bu ölkələrin xalqlarının ümumi sərvətidir. Xəzər dənizi həm də Şərqdən Qərbə və Şimaldan Cənuba doğru uzanan nəqliyyat yollarının kəsişdiyi məkan, Xəzəryanı dövlətlər arasında əlaqələri möhkəmlətməyin ən mühüm vasitələrindən biri olmaqla bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırır. D.Savelyev deyib: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir. Ölkələrimiz, bir tərəfdən, Xəzərdə ciddi kommersiya layihələrini reallaşdırır. Məsələn, “Rosneft” və SOCAR Xəzər dənizinin təkinin Azərbaycana aid hissəsindəki “Qoşadaş” blokunun neft və qaz potensialının, həmçinin Abşeron yarımadasının dayazsulu şimal hissəsinin birgə öyrənilməsi barədə razılığa gəliblər. Digər tərəfdən, ekologiya sahəsində çoxillik uğurlu əməkdaşlıq təcrübəsi toplanıb: nərə balığı ovunun məhdudlaşdırılması, balıq ehtiyatlarının bərpa edilməsi, Ön Asiya bəbirinin populyasiyasının bərpa olunması üçün transsərhəd təbii yasaqlıq yaradılması barədə razılaşma, ali məktəblər arasında birgə elmi-tədqiqatlar aparılan mərkəzlər yaradılmasına dair çoxsaylı layihələr buna parlaq misaldır”.
Azərbaycanın Rusiyadakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Şövqi Mehdizadə forumdakı çıxışında qeyd edib ki, Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasına fəal töhfə verir. O vurğulayıb ki, Azərbaycan regionun nəqliyyat infrastrukturuna fəal sərmayə yatırır. Həyata keçirilən layihələr sayəsində iqtisadi əməkdaşlıq genişlənir, yeni iş yerləri yaradılır, xalqlarımız bir-birinə daha da yaxınlaşır, sabitlik və təhlükəsizlik möhkəmlənir.
“Xəzər dialoqu” beynəlxalq forumunun işində forumun Proqram Komitəsinin həmsədrləri MDBMİ-nin rektoru Anatoli Torkunov və Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunun elmi işçisi Valeri Salıqin, Rusiya Prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov və başqaları iştirak ediblər.
Forumun əsas sessiyasında Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci ilin avqust ayında imzalanmış Konvensiya əsasında beynəlxalq əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58

